Türkiyənin paytaxtı Ankarada şənbə günü iki "canlı bomba" tərəfindən gerçəkləşdirilən terror aktının araşdırmaları davam edir. Aralarında 3 saniyə fərqlə törədilən iki partlayışda 97 nəfər həlak olub, 246 nəfər yaralanıb. Partlayışı törədən "canlı bomba"ların kimliyini müəyyənləşdirmək üçün Türkiyədən İŞİD-ə qatılan və "canlı bomba" hazırlığı keçdiyi müəyyənləşdirilən 16 nəfər axtarışdadır.
Partlayış yerindəki iki cəsədin teraktı törədən "canlı bomba"lar olduğu deyilir. Axtarılan şəxslər Mustafa Dokumacı, Hacı Yusuf Kızılbay, Kasım Dere, Mahmut Gazi Dündar, Mehmet Mustafa Çevik, Ömer Deniz Dündar, Yakup Aktulum, Mehmet İşik, Mehmet Taşar, Muhammet Zana Alkan, Ersal Ocak, Mahmut Gazi Tatar, Recep Yaman, Memet İşbar və Salih Küçüktaşdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?