Oktyabr ayının 10-da Türkiyənin Ankara şəhərində baş verən dəhşətli partlayışın yeni kadrları yayılıb.
ANS PRESS-in Türkiyə kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, dəmiryol stansiyasının önündə baş verən hadisənin görüntüləri təhlükəsiz şəhər kameralarından birində qeydə alınıb və sosial şəbəkələrdə paylaşılıb. Videoda partlayış anı, insanların təşviş içində qaçması görünür.
Partlayışın yeni kadrları
Oktyabrın 10-da səhər saat 10-da Türkiyənin paytaxtı Ankarada çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. Terror hadisəsinin həmkarlar ittifaqları konfederasiyasının təşkil etdiyi mitinq sahəsində baş verdiyindən insan tələfatının həcmi böyük olub.
İlkin məlumatda 47 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilsə də, Baş Nazirlik Kordinasiya mərkəzi gecə saatlarında ölü sayının 97, yaralı sayının 245 olduğunu açıqlamışdı.
Hadisədən sonra Türkiyədə 3 günlük yas elan olunmuş və ölkədəki bütün bayraqlar yarıya endirilmişdi.
Baş vermiş terror aktı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng vuraraq başsağlığı verib.
Partlayış zamanı dünyasını dəyişən şəxslərdən biri də azərbaycanlı Gökhan Arpaçay olub. Onun meyiti Türkiyənin Qars şəhərinə aparılıb və orada dəfn edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?