Strategiya.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Suriyada müxalif qruplara və İŞİD-ə qarşı hava əməliyyatları davam edərkən Moskva mağazalarında "Əsədi dəstəklə" yazılı köynəklər satışa çıxarılıb. Rusiyanın paytaxtı Moskvanın ən işlək prospektlərindən Tverskayada hərbi paltar və aksesuar satan Armiya Rossii (Rusiya Ordusu) mağazasında, Suriya Dövlət Başçısı Bəşər Əsədə dəstək köynəkləri satışa çıxarılıb. Üzərində "Əsədi dəstəklə" yazısı olan köynəklərdə, ayrıca Rus döyüş təyyarələrinin 01.10.2015 tarixində reallaşdırdığı hava hücumunun təsviri olan fotoprint də yer alır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?