Hakim partiya Kremlin yeni birlik təşəbbüsünə qoşulur
gundemxeber.az Dekabrın 3-də Rusiyanın Sankt-Peterburq şəhərində hakim "Vahid Rusiya" partiyasının təşəbbüsü ilə "XXI əsrdə Avrasiya inteqrasiyası" mövzusunda konfrans keçirilib. Bu konfransda Azərbaycanın, Ermənistanın və Qazaxıstanın hakim partiyaları iştirak ediblər. Toplantının sonucu olaraq imzalanan memaranduma iştirakçı dövlətlərin hakim partiyalarından imza atılıb. Bu barədə Rusiya media məlumat verir. Məlumatda bildirilir ki , Sankt-Peterburqda keçirilən toplantıda "Vahid Rusiya", Respublika Partiyası, Xalq Demokratik Partiyası "Nur Otan" və Yeni Azərbaycan Partiyaları imzalayıblar. Qeyd edək ki, memarandumda göstərilir ki, bu sənəd siyasi partiyanın rəhbər orqanı tərəfindən təsdiq edilməlidir. Yəni Azərbaycanın hakim partiyasının imza yetkilisinin təsdiqlənməsi üçün YAP-ın İdarə Heyyəti çağırılmalıdır. Xəbərdə o da bildirilir ki, sənədin yekun versiyası 2013-cü ildə təqdim ediləcək. Maraqlıdır Rusiyada hakim partiyanın Avrasiya Birliyi ilə bağlı təşəbbüslərini YAP-dan kimin imzaladığı barədə heç bir açıqlama verilmir. Qeyd edək ki, Avrasiya Birliyi (EAU) - EurAsEC, Gömrük Birliyini, hökumət strukturlarının qarşılıqlı inteqrasiyasını, ümumi siyasi və hərbi sahədə əməkdaşlığı və qarşılıqlı öhdəlikləri özündə ehtiva edir. Bu birliklə bağlı ideyalar ötən ilin yazından etibarən Rusiyanın prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. İdeya ilə bağlı olaraq iddia olunub ki, rəsmi Moskva belə bir birlik yaratmaq təşəbbüsü ilə çıxış etməklə, faktiki olaraq Avropa Birliyinə alterativ qurum yaratmaq istəyir. Maraqlıdır ki, Rusiyanın bu birlik ideyasına Azərbaycanın hakim partiyasının dəstək verməsi birmənalı qarşılanmır və məhz Avropa ilə münasibətlərin korlanmaması üçün informasiya maksimum gizli saxlanılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?