Natavan Həbibi Aygün Kazımova arasında daha bir qalmaqal yaranıb.
ANS PRESS-in məlumatına görə, “İnstaqram” hesabında təyyarədə çəkilmiş fotosunu paylaşan Aygün Kazımova “Di, salamat qalın” yazaraq gülüş işarəsi qoyub.
Müğənninin həmkarı Natavan Həbibi isə sosial şəbəkədə xalq artistinə ünvanlandığı iddia olunan atmacalı bir status yazıb.
“Eşitdim ki, hələ ki qanunun qüvvəyə minməməsindən istifadə edərək ölkədən tez-bazar uçan var. Amma unutmaq lazım deyil ki, hər gedişin bir dönüşü var. Bu, heç kimdə fikir çaşqınlığı yaratmasın. Çünki nə qanun dəyişər, nə də sizin Natavan. İstəyirsən Afrikaya get, istəyirsən Marsa. Yenə də hər bir Azərbaycan vətəndaşı Azərbaycan qanunlarına tabedir”.
Natavan Həbibinin köməkçisi isə müğənninin yazdığı bu fikirlərin kimə aid olması ilə bağlı suala belə cavab verdi.
Onun verdiyi məlumatına görə, müğənni hazırda Bakıda deyil. Amma onun paylaşdığı status da hər şey açıq aydın yazılıb.
Aygün Kazımovanın qızı İlqarə isə bu statusdan sonra “İnstaqram” hesabında “Əzizim,xatırla! sən heç kimsən!” fikirlərini paylaşıb.Bu yazılanların isə Natavan Həbibiyə ünvanlandığı güman edilir.
Aygün Kazımovanın "İnstaqram"da paylaşdığı şəkil
Natavan Həbibi xalq artistini onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuzuna xələl gətirilməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni olması barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.
Xalq artisti isə dediyi sözü təkzib etdiyini bildirib, lakin üzr istəməyib. Aygün Kazımovanın Natavan Həbibidən üzr istəməyəcəyi təqdirdə isə, onun ölkədən kənara çıxa bilməməsi haqqında məhkəmə qərarı qəbul olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?