GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanı silkələyəcək məhkəmə prosesi

Azərbaycanı silkələyəcək məhkəmə prosesi

Tarix: 21-02-2013, 10:20 Bölmə :Ölkə Baxış: 1 406
Azərbaycanı silkələyəcək məhkəmə prosesi

38 milyon manatla bağlı qalmaqallı məhkəmədə şok
isimlər - Kəmaləddin Heydərovun müavini, Məhərrəm Əliyevin
oğlu, Arzu Kazımovun qohumu və bir neçə sabiq polis zabiti


Bir neçə il əvvəl ayrı-ayrı əmanətçilərin 38 milyon manatını dələduzluq yolu ilə mənimsəmiş "Texnikabank" ASC-nin (Bu bankın Müşahidə Şurasının sədri və pay sahibi olan Etibar Əliyevin həbsindən sonra adı dəyişdirilib-F.Ə.) Bakı Filialının sabiq rəhbəri Zal Yusifov və oğlu İslam Yusifov da daxil olmaqla, 14 nəfərin cinayət işi üzrə Ali Məhkəmənin ötən ay çıxardığı hökm zərərçəkənləri narazı salıb. Artıq zərərçəkənlər həbsdə olan bankir və yaxınlarının hərəkətləri səbəbindən vurulan zərərin ödənilməsi məqsədi ilə hüquqi müstəvidə yenidən mübarizəyə başlayıblar. Onlar əvvəlcə Bakı Ağır Cinayətlər Məhkəməsinə hökmdən yenidən şikayət etmək üçün müraciət ünvanlayıblar. Həmin məhkəmənin verdiyi qərar üzrə isə Bakı Apellyasiya Məhkəməsinə üz tutublar. Artıq qarşıdakı həftədən Bakı Apellyasiya Məhkəməsində ölkədə böyük səs-küyə səbəb ola biləcək yeni məhkəmə prosesinə start veriləcək.
Baş verənlər haqda yazan "reytinq"ə daxil olan məlumata görə, ötən ay Ali Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə il əvvəl verdiyi hökmdə dəyişiklik edərək, iş üzrə gözlənilməz qərar verib: "Ali Məhkəmə Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə əmlakı müsadirə olunmaqla 15 il müddətinə həbs olunmuş Zal Zakir oğlu Yusifov, CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə 8 il həbsə məhkum olunmuş oğlu İslam Yusifov və CM-nin 32.5, 178.3.2 və 32.5, 179.3.2-ci maddələri ilə cəzalandırılan qardaşı Camal Zakir oğlu Yusifov və digər yaxın qohumlarından (Behbudov Vüqar Ќüsrət oğlu, Məmmədova Səmayə Hacan qızı, Əhmədov Rauf Vaqif oğlu, Hüseynov Ülvi Sərdar oğlu, Hüseynov Fəxri Müseyib oğlu, Sultanov İntiqam Bahəddin oğlu, Mürsəlov Məhəmməd Təmraz oğlu, Həsənov Elşən Həsən oğlu, Ќəsirov Dağıstan Aslan oğlu, Həsənov Akif Mayıl oğlu, Zeynalov Mübariz İlyas oğlu və Qasımov Saleh Həmid oğlu) ibarət olan dəstənin işi üzrə verilmiş hökmdə dəyişiklik edib. Ali Məhkəmənin qərarı ilə adıçəkilənlər zərərçəkənlərə vurduqları zərəri ödəməkdən azad olunublar. Bundan əlavə, onların əmlaklarının müsadirəsi ilə bağlı hissə də hökmdən çıxarılıb. Bu isə illərdir dələduzluq yolu ilə vəsaitləri mənimsənilmiş zərərçəkənləri narazı salıb. Artıq onlar Ali Məhkəmə tərəfindən ləğv olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti vermək üçün hüquqi yollara əl atıblar. Bakı Ağır Cinayətlər Məhkəməsi iş üzrə zərərçəkənlərin müraciətinə 31 yanar 2013-cü ildə baxıb. Lakin bu məhkəmənin həmin tarixdə verdiyi qərar məsələni bir qədər də qəlizləşdirib. İndi zərərçəkənlər Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Ali Məhkəmənin hökmündən şikayət vermək üçün ötürülmüş müddətin bərpasını xahiş edirlər".
Aldığımız məlumata görə, ümumilikdə 38 milyon manatları batmış zərərçəkənlərin verdiyi şikayət artıq Bakı Apellyasiya Məhkəməsi tərəfindən icraata qəbul olunub: "Zərərçəkənlərin şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun icraatına verilib. Hakim Rizvan Səfərov Zal Yusifov, Vüqar Behbudov, Səmayə Məmmədova, İslam Yusifov və qeyrilərinin barələrindəki hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2013-cü il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpası üzrə verilmiş ərizəyə fevralın 20-də, saat 14.30-da baxacaq".
Məlumatlı şəxsin sözlərinə görə, iş üzrə zərərçəkənlər arasında ölkənin tanınmış simaları da var. Bunlar Bakı Baş Polis İdarəsinin sabiq rəisi, hazırda Prezident Administrasiyasında işləyən general Məhərrəm Əliyevin oğlu Polad Əliyevdən tutmuş, Yasamalın keçmiş polis rəisi Zakir Babayev, həmçinin Ќərimanov yol polisinin Ənvər adlı əməkdaşı və digər tanınmış şəxslərdir: "Məhərrəm Əliyevin oğlunun 300 min avrosunu mənimsəyiblər. Elə şəxs də var ki, onun 1,5 milyon manatı ələ keçirilib. Həmin məbləğin müəyyən hissəsi geri ödənilsə də, borc tam bağlanmayıb".
Məlumatlı şəxs bildirib ki, Zal Yusifovun cinayət işində ötən ilin noyabr ayında ABU rektoru Elşad Abdullayevin şikayətləri əsasına həbs olunmuş Arzu Kazımovun qayının da adı hallanır: "Arzu Kazımovun qayını "Kapitalbank"ın "Tərəqqi" Filialının müdiri işləmiş Hüseyn Səfərovun da adı Zal Yusifovun dələduzluq əməlində çəkilir. Bu, o Hüseyn Səfərovdur ki, hazırda həbsdədir. Onu da dələduzluq yolu ilə "Kapitalbank"dan 50 milyon manatı mənimsəməkdə ittiham ediblər. Onun ittiham aktında isə Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini Etibar Mirzəyevlə bərabər, Arzu Kazımovun qardaşının da adı çəkilirdi. Lakin sonradan onların adları istintaq materiallarından çıxarıldı".
Mənbəmiz bildirib ki, zərərçəkənlər məhkəmə ilə bərabər, ictimai yöndə də fəaliyyətlərini mərkəzləşdirmək istəyirlər. Onların bəziləri mətbuat konfransı keçirərək, bu və ya digər məsələləri ictimaiyyətin diqqətinə çatdırmaq fikrindədirlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyevin barəsində olan cinayət işi dayandırılıb

    “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri ...

    12-06-2013, 18:56

  • 
  • Əli Kərimlinin qaynına 7 il 6 ay iş kəsildi

    Əli Kərimlinin qaynına 7 il 6 ay iş kəsildi ...

    29-10-2013, 13:03

  • 
  • Həbs olunan şair oğlunun əmlakı hərraca çıxarılır - HÖKM

    Həbs olunan şair oğlunun əmlakı hərraca çıxarılır ...

    23-11-2013, 15:15

  • 
  • Paşayevlər “Texnikabank”ı ələ keçirib

    Paşayevlər “Texnikabank”ı ələ keçirib ...

    15-12-2012, 14:08

  • 
  • Bankın vəzifəli şəxslərinin şikayəti təmin edilmədi

    Bankın vəzifəli şəxslərinin şikayəti təmin ...

    29-03-2015, 12:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu