GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İlhamə Quliyevanın evindəki kriminal küçəyə daşındı - Yenilənib

İlhamə Quliyevanın evindəki kriminal küçəyə daşındı - Yenilənib

Tarix: 16-10-2015, 13:56 Bölmə :Ölkə Baxış: 0
İlhamə Quliyevanın evindəki kriminal küçəyə daşındı - Yenilənib

Bir neçə gün öncə xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Bəylərqızını (Hüseynova) işdən uzaqlaşdırması ilə bağlı məlumat yayıldı. Mətbuat katibi Faiq Ələkbərlinin yaydığı açıqlamada bir məqam xüsusilə diqqət çəkirdi:

"Xalq artisti sənət adamlarının, KİV nümayəndələrinin nəzərinə çatdırır ki, M.Hüseynovanın ona heç bir aidiyyəti yoxdur. Onun köməkçi kimi bütün səlahiyyətləri əlindən alınıb. M.Hüseynovanın işindən uzaqlaşdırılmasının səbəbləri yaxın günlərdə ətraflı şəkildə açıqlanacaq".

Görəsən, niyə İlhamə Quliyeva ilyarım işlədiyi köməkçisini işdən uzaqlaşdırmaq qərarına gəlib? Sənətkar Ölkə.az-a müsahibəsində bu barədə şok açıqlamalar verib.

- İlhamə xanım, köməkçinizi niyə işdən uzaqlaşdırdınız, səbəb nə idi?

- Ağır və təhlükəli bir həyat yaşayıram. Çünki ilyarımdır Mehriban Bəylər qızı Hüseynova mənim evimdə köməkçi kimi çalışıb. Bu yaxınlarda məlum olub ki, köməkçi Mehriban mənim adımdan vəsiyyətnamə yazdırıb, imza çəkib. Evimi, əmlakımı, hər şeyimi öz əlinə keçirmək istəyən bir vəsiyyətnamə ilə tutulub. O, məni zəhərləmək, damarıma zəhərli iynə vurdurmaq, huşumu dağıtmaq üçün psixotrop dərmanlar sifariş verib. Həmçinin evimdən külli-miqdarda zinət əşyalarını oğurlayıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinə rəsmi surətdə müraciət etmişəm, faktları, səs yazılarını təqdim etmişəm. Evimdə cürbəcür xoşagəlməz, biabırçı düyünlər, fal zir-zibilləri var. Guya bu kartabaxandır. Bizdə onun səsyazmaları var. O səsyazmalarında məni öldürmək üçün dərmanlar istəyir. Evimdən də xeyli zəhərli dərmanlar tapılıb və polisə təhvil verilib. Dəfələrlə polis əməkdaşları gəlib məndən izahat alıblar. Bildirdilər ki, guya onu həbs edib Kürdəxanı həbsxanasına göndəriblər. Mən də rahat oturmuşam ki, bu həbs olunub. Bilirəm ki, bu gözəl dövlətimin vətəndaşıyam, ödüllərimin, zəhmətimin "çox sağ ol"unu görən adamam. Arxayınam ki, dövlətim məni qoruyur. Ancaq belə olmadı. Dünən gecə bağdan qayıdanda 99 CJ-832 dövlət nömrə nişanlı ağ "Chevrolet" maşında Xatirə adlı rəfiqəsiylə qarşıma çıxdılar. Biz onları saxladıq ki, onu maşından düşürək. Ancaq səs-küy salıb bütün insanları oraya yığdılar. Bu məqamda Mehribanın həyat yoldaşı olduğu deyilən Tofiq adlı bir şəxs üstümüzə hücum çəkdi. Dedim, sənin şərəfsiz arvadın həbsxanada olmalıdır, o burada nə gəzir? Dedi ki, mən buraxdırmışam. Ardınca 90 ZS-433 dövlət nömrə nişanlı qara "Ford" markalı avtomobili üstümüzə sürdülər. Həmin maşın da onlardan idi. Mehriban həmişə deyirdi ki, Tofiq heç vaxt heç yerdə işləməyib, alfonsdur. Ailəmin üstünə hücum çəkirdilər ki, hüquq-mühafizə orqanlarındanıq. Məni görən kimi başladılar üzr istəməyə. Maşınlara minib qaçdılar. Gecə "102" xidmətinə zəng vurduq. Orada heç kim heç kimi döymədi. İstəyirdim ki, onu polisə təhvil verim.

- Bu hadisədən sonra polis gəlib sizdən izahat alıbmı?

- Bəli, üç dörd-dəfə məndən izahat alıblar. Bakı Şəhər Prokurorluğunun və Baş Polis İdarəsinin müstəntiqlərinə bir neçə dəfə izahat vermişəm. Oktyabrın 7-də Mehriban Hüseynovanı evimə çağırtdırdım. Əməliyyat qrupu da evimdə gözləyirdi. Onu elə evimdən götürdülər. Necə ola bilər ki, polis işçiləri mənim başımın altına yastıq qoyurlar ki, biz onu Kürdəxanıya göndərmişik. Bakı Şəhər Prokurorluğuna, digər hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşıram.

- Nədən hiss etdiniz ki, o sizə xəyanət edir, həyatınıza qəsd etməyə hazırlaşır?

- Hər şey oğlumun dostunun sayəsində açıldı. Oğlumun dostuna çox inanıb, bütün sirlərini açıb. Oğlumun dostu isə onun bütün dediklərinin səsini yazıbmış. Yenicə işə başlayan vaxtlarında onu bir qulluq üçün göndərmişdim. Gedib həmin oğlanla görüşüb, deyib ki, zəhər axtarıram. Oğlan deyib, zəhəri neyləyirsən? Barəmdə xoşagəlməz ifadələr işlədib və deyib ki, onu zəhərləyib öldürmək istəyirəm.

- Oğlunuzun dostu olduğunu bilmirdi?

- Bilib, amma oğlan özünü ona elə göstərib ki, bu inanıb. Deyib, İlhaməni öldürən kimi maşının açarını sənə verəcəyəm, bağı, evləri bizim olacaq, böləcəyik. Oğlan görüb ki, bu cəfəng şeylər danışır, hamısını yazıb. Hüquq-mühafizə orqanlarının qarşısına bütün bu faktları qoymuşuq. Oğurluq, dələduzluq, qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi açılmalıdır. Deməli, bu vəsiyyətnaməni hazırlayıb, qalıb mənim imza atmağım. İmzaya görə, evdəki pulumdan 2500 manat götürüb aparıb ki, saxta imzanı ora yazdırsın. Bu məqamda həmin işə baxan qadın bizə gəldi və dedi ki, bu belə işlər görür. Polisə hazır məsələni açıb vermişəm. Necə olur belə bir dövlətdə yaşayıram, bu qədər fəxri adlarım, ödüllərim var, amma mən qorunmuram, təhlükəsizliyim təmin olunmur? Məni bütün dərmanlarla pis günə qoyub, əl-ayağım yer tutmurdu. Gedib özümü müalicə elətdirəndən sonra deyirmiş ki, gündən-günə yaxşılaşır, superləşir. Deyib İlhaməni əl-ayağından yox, ürəyindən öldürəcəyəm, yatan yerdə damarına hava buraxıb öldürəcəyəm.

- Hansı halda Mehriban Hüseynovanı bağışlamağınız mümkündür?

- Burada ölüm söhbəti olub, siz nə danışırsınız? Onu bağışlasam, Allah məni bağışlamaz. O məni öldürüb, xəstə salıb, canıma dərmanlar yeridib. Bu ilyarımda həmişə halsız olmuşam. On gündür onu evdən rədd edib, indi gözümü açmışam, adam olmuşam. Bu dəqiqə evimdən cadu təmizləyirlər. Divardakı şəkillərin arxası, yatağımın içi... Bütün dostlarımı məndən uzaqlaşdırıb keyləşdirmişdi. On gündür özümü çox yaxşı hiss edirəm. Bir daha Bakı Şəhər Baş Polis İdarəsi barədə fikirlərimi demək istəyirəm. Məni aldadıblar. Vəkilimlə və ailəmlə mətbuat konfransı keçirəcəyəm. Bizim dövlətimizə, dövlət başçımıza, polis orqanlarımıza, baş prokurora müraciət edirəm. O oğrunu, dələduzu yerində oturtmaq lazımdır. Hansı haqla, hansı qanunla onu sərbəst buraxıblar? Bu işin obyektiv həll olunmasını istəyirəm və dövlətimə inanıram. Ölənədək əl çəkən deyiləm. İlyarım ölümlə çarpışmışam. Bu iş belə qala bilməz.

***

Oktyabrın 15-i, saat 02 radələrində xalq artisti, "Şöhrət" ordenli İlhamə Quliyeva qalmaqal yaşayıb.


gundemxeber.az xəbər verir ki, "AZƏRFAX"ın əməkdaşı təsadüfən hadisənin şahidi olub.

8-ci mikrorayon ərazisində yerləşən Tennis Akademiyasının qarşısında xalq artisti və iki kişinin olduğu "Hyundai Sonata" markalı avtomobillə içərisində iki xanım olan "Chevrolet" markalı avtomobil üz-üzə gəlib.

İ.Quliyeva avtomobildən düşərək, xanımların ünvanına belə deyib: "Mən bunları tutdurmuşdum, indi çöldə nə gəzirlər?" Xalq artisti xanımların onu zəhərləmək istədiklərini bildirib.

İttiham tərəflərindən biri - "Chevrolet"nin sərnişini də İlhamə xanımın ona xəsarət yetirmək, bıçaqlatdırmaq istədiyini deyib.

Qarşılıqlı ağır ittihamlarla müşahidə olunan mübahisə zamanı hər iki tərəf "102" polis xidmətinə zəng edib.

Məhz bundan sonra tərəflər hadisə yerindən uzaqlaşıblar.

Məsələni araşdırırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlhamə Quliyevanın köməkçisinə cəza istənildi

    İlhamə Quliyevanın köməkçisinə cəza istənildi ...

    21-12-2016, 15:10

  • 
  • Prokuror İlhamə Quliyevanın köməkçisinə 8 il cəza istədi

    Prokuror İlhamə Quliyevanın köməkçisinə 8 il cəza ...

    20-12-2016, 20:05

  • 
  • İlhamə Quliyevanın köməkçisi suçlu bilinərək... azadlığa buraxıldı

    İlhamə Quliyevanın köməkçisi suçlu bilinərək... ...

    8-02-2017, 01:28

  • 
  • “Şubanı oğurlayıb mənim boynuma atdı” — İlhamə Quliyevanın köməkçisindən ŞOK FAKTLAR

    “Şubanı oğurlayıb mənim boynuma atdı” — İlhamə ...

    19-12-2018, 14:36

  • 
  • Əli Mirəliyev İlhamə Quliyevanın ölüm səbəbindən danışdı - YENİLƏNİB

    Əli Mirəliyev İlhamə Quliyevanın ölüm səbəbindən ...

    25-02-2016, 14:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu