Məhkəmə Mehriban Hüseynovanın vəkilinə çıxış etmək üçün vaxt verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı qeyd edib ki, Mehriban Hüseynovanın əməli məhkəmədə sübuta yetirilib. O, Mehriban Hüseynovanın 8 il azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili Vasif Mirzəyev çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Proses dekabrın 27-də davam edəcək.
Xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd,
zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
İlhamə Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?