Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın soyğunçuluqda təqsirləndirilərək həbs edilən köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror bildirib ki, M.Hüseynovanın xalq artisi İ.Quliyevanın 2 milyon 700 min manat dəyərində olan daşınan və daşınmaz əmlakını ələ keçirməyə cəhd edib. O bildirib ki, M.Hüseynova bu məqsədlə saxta vəsiyyətnamə hazırlayıb. Prokuror M.Hüseynovanın cinayət əməlinin istintaq zamanı şahidlərin ifadəsi ilə sübuta yetirildiyini bildirib. Dövlət ittihamçısı M.Hüseynovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
M.Hüseynovanın vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi dekabrın 27-nə təyin edilib. M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?