Ruhi xəstəxananın qapalı şəkildə fəaliyyət göstərməsi baş həkimin güzaranının, daha da çiçəklənməsinə münbit şərait yaradır
Qazax Rayonlararası Ruhi Xəstəxanasının fəaliyyət dövrü çox-çox uzaqlara təsadüf edir. Bu səhiyyə ocağı həmişə ruhi xəstələr ücün güvənc yeri olub. Onlar bacarıqlı həkim və tibb bacılarının səyı nəticəsində tezliklə şəfa taparaq ailələrinə dönüb. Dediklərimizi təsdiqləyəcək kifayət qədər faktlar vardır. Lakin, indi isə o dövrün yaxşı işlərindən birinə də təsadüf etmək mümkün deyildir. Çünki, ruhi xəstəxananın bu günkü taleyi etibarsız əllərdədir. Hesab edirik ki, heç kimin sığortalanmadığı belə bir xəstəlik üçün mülicə məkanı daha ciddi nəzarətdə olmalı, xəstələr üçün görüləcək tədbirlər vicdanla ölçülməlidir. Yeri gəlmişkən, ruhi xəstələrə Qazaxda edilən müalicədən söz düşəndə isə çoxlarının “ağızburması” ilə danışmağının şahidi oluruq. Bu da təsadüfi deyildir. Ona ğörə ki, neçə illərdi xəstəxanaya baş həkimlik edən Ramiz Mansurov bu günə kimi əldə etdiyi var-dövləti yalnız ruhi xəstələrin “bazası” hesabına qurmuşdur. O, sözügedən səhiyyə müəssisəsinə gəlir mənbəyi kimi baxır. Heç kimə sirr deyil ki, Mansurov az miqdarda aldığı əməkhaqqı ilə nə Bakıdan ev-eşik, Ağstafanın çixacağinda şərikli yanacaq doldurma məntəqəsi, bir neçə bahalı minik avtomobili ala bilərdi, nə də ki yaşadığı Qazax şəhərində yüksək dəbdəbə qura bilərdı... Bir də axı niyə də qura bilməsin? Hərbi yaşına çatmış sağlam gənclərimizə “dəlilik kağızı” verərək xidmətdən yayındırılması, saxta və həqiqi arayışların verilməsi, içkili olmayan sürücülərin içkili kimi qeydiyyata alınması, vaxtilə Qazax səhiyyəsinə ayrılan yanacağin “09” markalı minik avtomobili ilə və sairə kimi məsələlərin hamısı əməlli-başlı rüşvət hesabına yoluna qoyulur. Məbənin verdiyi məlumata ğörə, bəlkə də yeganə tibb ocağıdır ki, 2 ayda buradakı rüşvətxorluğa ğörə düz 3 dəfə korrupsiyaya qarşı mübarizə idarəsinə şıkayətlər olunub. Şikayətlərdən də nəticə çıxarmayan baş həkim yuxarılarda da adamının olmsından daqnışır. Ramız Mansurov rəhbərlik etdiyi ruhi xəstəxanada xəstələrlə və tibbi personalla kobud davranışı ilə də yadda qalmaqdadır. Onun tibb müəssəsinə əksər vaxt içkili halda gəlməsi, orada yatıb qalması da söylənilir. Aldığimiz məlumata görə baş həkim nə rayon, nə də səhiyyə rəhbərliyini eşıtmır. Ruhi xəstəxana rayonlararası olduğundan baş həkim özünün başdakılara tabeçiliyindən dəm vurur. O, eyni zamanda xəstələrin huşunun zəifliyindən istifadə edərək onların menyusunu da demək olar ki, yaddan çixarıb. Bu da onların birbaşa səhhətinin 2-ci düşməninə çevrilir. Nə qədər doğru, nə qədər yalan olmasını deyə bilmərik, hətta ruhi xəstəxanaya ayrılan qiymətcə az, lakin satışı qadağan olunan dərmanların “bazar”larda satdırılması da Mansurov haqqında danışılanların bir cümləsidir. Ruhi xəstəxananın qapalı şəkildə fəaliyyət göstərməsi baş həkimin güzaranının, daha da çiçəklənməsinə münbit şərait yaradır. Doğurdan da, Qazax Rayonlararası Ruhi Xəstəxanada baş verən qanunsuzluqlara qarşı bu günə kimi göz yumulması, Mansurovun özünün dediyi kimi, əlaqədar rəhbərliyin ondan çəkinməsi kimi qiymətləndirilir. Belə hesab edirik ki, Qazaxdakı ruhi xəstəxana haqqında baş alıb-gedən özbaşınalıqlar barəsində, az da olsa iç adamının ürəkağrısı ilə bizə danışdıqlarını bir təhər lazımi orqanlara çatdıra bildik. Yəqin ki, bunu da “zülmdə” olan ruhi xəstəxanadakı xəstələrdən tutmuş tibbi personal üçün bir təsəlli hesab etmək olar...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?