Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, rayonun Atbulaq kəndi ərazisində Ələddin Alıyevin idarə etdiyi “Mercedes” markalı 90 KV 802 dövlət nömrə nişanlı avtomobil həmin kəndin sakini 1979-cu il təvəllüdlü Rəhimov Elnur Haqverdi oğlunu vurub.
E.Rəhimov xəstəxanaya çatdırılarkən yolda keçinib.
Fakt üzrə Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?