gundemxeber.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Şirvan şəhər sakini, "Sürücülük yataqxanasında" yaşayan 1970-ci il təvəllüdlü Teymur Cavadağa oğlu Əliyevə naməlum şəxs tərəfindən bıçaqla xəsarət yetirilib.
Teymur Əliyev daxilə nüfuz edən yara diaqnozu ilə Şirvan şəhər Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Daha sonra yaralı reanimasiya şöbəsinə götürülüb.
Cinayətin kim tərəfindən törədilməsi istiqamətində əməliyyat axtarış tədbirləri aparılır.
Faktla bağlı Şirvan polis Şöbəsində cinayət işi açılıb, araşdırmalara başlanılıb.
Sorğu
Yeni dizaynımız necədir?