Salyanda 25 yaşlı gənc bir neçə nəfər tərəfindən bıçaqlanıb.
Hadisə Salyan rayonunun Pambıqkənd kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Paniyev Eşqin İsmixan oğlu döş qəfəsindən və bədəninin digər nahiyələrindən 3 bıçaq yarası alıb. E.Paniyev Şirvan şəhər Xəstəxanasına döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub və əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirlən gəncin vəziyyətini həkimlər orta-ağır qiymətləndirir. Qeyd edilir ki, hadisə E.Paniyevin həmkəndliləri tərəfindən törədilib. Həmin şəxslərin polis tərəfindən saxlanıldığı bildirilir. Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi açılb, araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?