Kəndin küçələrinə və evlərin həyətyanı sahələrinə dizə qədər su yığılıb
İki gün aramsız yağan yağışlar Lənkəranda ciddi fəsadlar törədib. "Report" xəbər verir ki, axşam saatlarında daha da güclənən leysan yağışları nəticəsində bir sıra yaşayış məhəllələri su altında qalıb. Yağış suları altında qalan yaşayış məntəqələrindən biri də Lənkəranın Siyavar kəndidir. Kəndin küçələrinə və evlərin həyətyanı sahələrinə dizə qədər su yığılıb. Belə durum kənd sakinlərinə ciddi ziyan vurub, insanların və avtomobillərin hərəkətinə problemlər yaradıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?