GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » AXCP Etimad Qurultayını keçirdi - Reportaj

AXCP Etimad Qurultayını keçirdi - Reportaj

Tarix: 19-10-2015, 16:40 Bölmə :Ölkə Baxış: 0
AXCP Etimad Qurultayını keçirdi - Reportaj

Bu gün Səttar Bəhlulzadə adına mədəniyyət sarayında AXCP Etimad Qurultayi keçirilib. 1200 nəfərin iştirak etdiyi qurultayı AXCP EQTK-nın sədri Razi Nurullayev açaraq, iştirakçıları salamlayıb. Daha sonra dövlət himni səsləndirilib. AXCP EQTK sədrinin təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin, AXC və AXCP-nin keçmis sədri, ölkəmizin ikinci prezidenti Əbülfəz Elçibəyin, eləcə də torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.Daha sonra Mandat Komissiyasının hesabatı dinlənilib. Komissiyanın məlumatına görə, qurultayda 212 nəfər qurultay nümayəndəsi iştirak edir. Buna görə də qurultay tam səlahiyyətli elan olunub. Razi Nurullayev, Rafiq Daşdəmirli və Rəfail Becanovdan ibarət sədarət seçidikdən sonra gündəlik təsdiqlənib. Bundan sonra çıxış üçün söz AXCP EQTK-nın sədri Razi Nurullayevə verilib.

AXCP Etimad Qurultayını keçirdi - Reportaj

“Xalq lider axtarır”

Razi Nurullayev Etimad Qurultayinda geniş nitqlə çixis edib. Razi Nurullayev ilk öncə Etimad Qurultayının keçirilməsinin məqsədindən danışıb: “1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatının qarşısına qoyduğu məqsəd və vəzifələr həyata keçirilməyib. Müstəqillik əldə olunub, ancaq sosial-siyasi, hüquqi vədlər yerinə yetirilməyib. Müxalifət olaraq xalqa verdiyimiz sözü tuta bilmədik. Xalqa vəd etdiyimiz ağ günü göstərə bilmədik. Birbaşa olaraq xalqın yanında ola bilmədik. Çox acı haldır ki, 10 illiklər ərzində xalqın yanında olduğu deyilən insanlar bunu edə bilmədi. Əbülfəz Elçibəyin yaratdığı AXC hər bir ailəni əhatə edirdi. Amma bu gün belə deyil. Elçibəy xalqın adamı idi, səmimi idi, ürəyi xalqla vururdu. Fərqli düşünənlər ola bilərdi, o, çox humanist insan idi. Bu gün belə insanlara ehtiyac var. Zaman-zaman AXC partiyaya çevrildi, ancaq öhdəliklərini yerinə yetirə bilmədi, xalqdan ayrı düşdü. Bunun birbaşa günahkarı kimi Əli Kərimli və digər müxalifət liderlərini görürəm. 10 illiklərlə aparılan bir siyasət müsbət nəticələnmirsə, onlar kənara çəkilməli idilər. Bir lider söz verirsə, nəticə ilə bağlı öhdəlik götürürsə, xalqa vəd verirsə, nəticə göstərməlidir. Əks təqdirdə kənara çəkilməlidir. Bu gün 20 ildir nazir postu tutanlar, icra başçısı, nazir mavinləri var. Bu, bizə xoş deyil. Xalqın güzəranı xoş deyil. Xalqın yarıdan çoxu işsiz vəziyyətdədir, cibində 1 manat yoxdur. Budurmu siyasət? Amma bu zülmə qarşı biz necə dayandıq? Xalq ayaqdadır, əslində müxalifət olaraq xalqı aparacaq insan olmadı. Kürsüdə oturmağa üstünlük verdilər. Xalq da nəticə olmadığına görə başsız qalıb, lider axtarır, yeni sima görmək istəyir, həyatının yaxşılaşmasını istəyir, bahalı maşınları görüb ürəyi bulanır, istəyir ki, uşağı yaxşı təhsil alsın, məmur övladı kimi xaricdə oxusun. İqtidarda təmsil olunanların yox, həm də müxalifət adına iddialı olan yalançı liderlərin də övladları xaricdə oxuyur, sosial problemləri yoxdur. Amma hər bir cəbhəçi zülm içində yaşayır, onlar isə boş vədlər verir. Biz ona görə yarandıq ki, buna “yox” deyək”.

“Biz iqtidara, YAP-a, İlham Əliyevə müxalifətdəyik”

Daha sonra Razi Nurullayev tezislər şəklində bəzi məsələlərə münasibət bildirib. İlk öncə ünvanlarına səsləndirilən ittihamlara cavab verib: “Bizi günalandırırlar ki, sərt tənqid etmirik. Bəyan edirəm ki, biz müxalifətyönümlüyük, hazırkı iqtidara, İlham Əliyevə, YAP-a qarşı müxalifətdəyik. Amma söyüş söyə, təhqir edə bilmərik. Ən real müxalifətik, qanun çərçivəsində mübarizə aparacağıq. Siyasi məhbusların şəklini burda görmürəm. 30-dan çox mətbəə ilə danışdıq, bir neçəsi söz verdi siyasi məhbusların fotolarını çap etməyə. Amma sonra heç bir mətbəə bunu üzərinə götürmədi. Qorxdular, YAP-dan qorxdular, polis zülmündən qorxdular, bu, düzgün siyasət deyil. YAP-a, onun rəhbərliyinə, iqtidara səslənirəm- məənvi təhdiqlə demokratik dövlət qurmaq olmaz. Cibə narkotik atıb, həbs edib, övladları universitetdən qovmaqla onları düz yoldan çəkindirməməlisiz. Azərbaycana normal mədəni siyasət gətirmək istidarında olan müxalifət bizik. Hökumətə, YAP-a təkliflərimizi burdan bildiririk. Normal səviyyəli müxalifət yoxdursa, normal hökumət qurmaq mümkün deyil. Müxalifət olmalıdır ki, qanunsuzluqları iqtidarın üzünə desin. Hakimiyyətin qanunsuzluğu olacaqsa, müxalifət bunu deməli, iqtidar da bunu normal qarşılamalıdır. Əgər Yap “biz yaxşıyıq” deyirsə, o zaman biz ondan da yaxşıyıq. Əgər müxalifət pisdirsə, o zaman YAP və hökumət bizdən də pisdir. Sistem belə qurulmalıdır. Hökumətlə danışıqlara gedə bilərik, təklif verək ki, cəmiyyətə normal olan nədir. Əgər razılaşmayacaqsa, o zaman bunu da xalqa çatdıracağıq. Deyəcəyik ki, özləri tək idarə etmək istəyirlər, bu isə yolverilməzdir. Xalqımıza böyük sərvətlər verilib, amma elə rayon var ki, qaz yoxdur, meyvə ağacını kəsib qızınırlar. Qazı dünyaya satıır, amma öz vətəndaşımızın evində qaz yoxdur. Özünə müxalifət deyən liderlər zamanında buna nail ola bilərdilər. Amma öz kreslolarını düşündülər, heç bir danışığa getmədilər, öz nüfuzlarını məhv etdilər. Əli Kərimlinin xalq vəd etdiyi qəhrəmanlıq formulu bilirsinizmi nədir? Hökuməti, bizi, onu tənqid edənləri təhqir etmək. Biz onu təhqir etmədik, onun siyasətini tənqid etdik, onlar isə bizə söyüş söydülər, hətta analarımıza belə söyüş söyməkdən çəkinmədilər. Onaların bir çoxu Əli Kərimli ilə çiyin-çiyinə dayanan insanlardır. Bu gün də bu siyasət davam edir. Belə sistem yaradılıb ki, hər cümlənin başında İlham Əliyevin, Ramiz Mehdiyevin, YAP-ın adını çəkmək qəhrəmanlıq sayılr. Amma bu, qəhrəmanlıq deyil. Bu insanlarda ikrah hissi yaradır. Bu gün deyim, gəlib bizi burda döysünlər, sizi həbsxanaya aparsınlar. Mən qəhrəman olacağam. Hər yerə şəkillərim vurulacaq. Nə baş verəcək? Mənə investisiya qoymaq istəyənlər artacaq, mən normal yaşayacağam, sizlər isə problemlərlə üzləşəcəksiniz. Mən belə yalançı qəhrəmanlıq istəmirəm. Zorla insanları polislə qarşıdurmaya göndərir. Gənclər ömrünün 7-8 ilini həbsdə çürüyür, valideynlə həbsxana qarşısında boynu bükük dayanırlar. Budurmu siyasət? Biz güclənərək hökumətə təkliflərimizi qəbul etdirə bilərik. Xalq 100 minlərlə ayağa qalxanda İlham Əliyevə və komandasına təkliflərimizi qəbul etdirə bilərik. Amma bu zalı dağıtmaq üçün bir polis alayı kifayət edər. Biz buna getməyəcəyik. Xalqın firavanlığı bizim üçün əsasdır”.

AXCP Etimad Qurultayını keçirdi - Reportaj

“Bizim siyasətimiz səviyyəsi ilə fərqlənəcək” Digər tezislərini də qısa şəkildə çatdıran Razi Nurullayev siyasətə yeni simaların gəlməsinin vacibliyini qeyd edib: “Xalqın ləyaqətli, savadlı insanları çoxdur. Xalqın adından danışa biləcək kifayət qədər gənclər var və onlar burdadır. O gənclər Etimad Qurultayındadır. Bu insanlar Azərbaycanın yeni tarixini yaradacaqlar. Dəyənək siyasətindən, ancaq fərdi maraqlar üzərində qurulan siyasətdən fərqlənəcək. Bütün idarələrdə, PA, MM-də gəncləşməyə ehtiyac var. O insanlar bu partiyadan çıxacaq. Bunun şahidi olacaqsınız. Bizim siyasətimiz nəticəsi, səviyyəsi, kübarlığı ilə fərqlənəcək”. “Siyasi məhbusların azadlığı üçün çalışacağıq” Siyasi məhbuslar məsələsinə münasibət bildirən Razi Nurullayev deyib: “Onların günahı hakimiyyəti tənqid etmək olub, bu gün həbsdədirlər, hətta biz onların şəkillərini burdan asa bilmədik. Amma onlar bizim ürəyimizdədir, onların azadlığı üçün çalışacağıq. Bizim dostlarımız olan Seymur Həzi, Akif Yusifli, İntiqam Əliyev, Leyla Yunus, Arif Yunus, Xədicə İsmayıl, onlarla digər insanlar həbsxanadadır. Onlara azadlıq arzulayırıq, hökumət özündə güc tapıb şər və böhranla həbs etdirdiyi bu insanları azad etməldiir. Valideynlərin göz yaşına yol vermək olmaq. Sabahdan daha çox zamanımızı buna sərf edəcəyik”.

AXCP Etimad Qurultayını keçirdi - Reportaj

“Qarabağla bağlı kompromisə gedə bilmərik” Dağlıq Qarabağla bağlı mövqeyini çatdıran Razi Nurullayev “Biz heç bir zaman Qarabağ üzərindən çirkin oyuna gedə bilmərik. Hər qarşı torpağımız əzizdir. Heç bir zaman, heç bir şərt altında Qarabağla bağlı bir kompromisə gedə bilmərik. Ərazi bütövlüyümüz ata-anamızdan, canımızdan, övladımızdan da müqəddəsdir” deyə vurğulayıb. “Azərbaycan Avropanın bir hissəsi olmalıdır” Avropaya inteqrasiyaya münasibətini bildirən Razi Nurullayev “İnsanlar yaxşı həyat üçün Avropaya üz tutur” deyib: “Səfirlik qarşısında növbədə dayananlar var. Avropada şəffaflıq, iş, gözəl təhsil, demokratiya, insan şəxsiyyətinə hörmət, qanun və qanunçuluq var. Ona görə də Azərbaycan Avropanın bir hissəsi olmalıdır. Azərbaycanda saf, sivil, kübar bir dövlət yaratmalıyıq. “Xalq ağır durumdadır” İqtisadi durumla bağlı danışan Razi Nurullayev hər bir Azərbaycan vətəndaşının indiki sosial vəziyyətinin ağırlığını vurğulayıb: “ İpoteka ala bilmir, hər kəs bankın girovuna çevrilib. İnsanlara daha çox sosial şərtlərlə kreditlər verilməli idi ki, insanlar girova çevrilməsin. Halbuki bunların heç biri olmadı və xalqın vəziyyəti günbəgün ağırlaşdı”.

AXCP Etimad Qurultayını keçirdi - Reportaj

Qonaqlar qurultaydan razıdır

Məruzədən sonra Qurulataya qatılan qonaqlardan Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadzenin siyasi partiyalar üzrə köməkçisi Qriqoriy Kuçava təbrik nitqi söyləyib: “AXCP-nin Azərbaycan siyasi həyatında bundan sonra daha fəal mübarizəyə qoşulacağına inanıram. İnanıram ki, gələcək parlament və prezident seçkilərində partiya qələbə qazanacaq”. Qurultayın qonaqlarından daha biri, İberiya Televiziyasının prodüsseti Tina Şavadze də qurultay barədə təəssüratlarını bölüşüb. Siyasi mübarizədə AXCP-yə uğurlar arzulayan Tina Şavadze Azərbaycan-Gürcüstan dostluğunun davamlı olacağına əminliyini ifadə etdi. Qonaqlardan sonra məruzə ətrafında çıxışlar dinlənilib. Partiyanın Nəzarət- Təftiş Komissiyasına (NTK) 5 nəfər açıq səsvermə yolu ilə seçilib.

AXCP-nin Nizamnaməsinə tarixi dəyişiklik

Daha sonra AXCP-nin Nizamnaməsinə dəyişikliklər edildi. Dəyişikliyə əsasən AXCP sədri iki dəfədən artıq seçilə bilməz. Razi Nurullayev bu dəyişikliyin əhəmiyyətini vurğulayaraq onu “tarixi qərar” adlandırıb.

Alternativli seçki

Qurutayda partiya sədrliyinə səsvermənin gizli keçirilməsi qərara alınıb. AXCP Etimad Qurultayında partiya sədrliyinə namizədlər Razi Nurullayev, Mehman Muradli və Səbuhi Aslanbəyli olublar. Namizədlərə özlərini qurultay iştirakçılarına tanıtması üçün şərait yaradılıb.

AXCP Etimad Qurultayını keçirdi - Reportaj

AXCP-də şəffaf və gizli səsvermə

Hesablama Komissiyası yaradıldıb və qurultay nümayəndələrinə gizli səsvermə üçün yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, səsvermə üçün 4 kabina və 2 şəffaf qutu təşkil olunub. Partiya sədrliyinə seçki 14:00-da baslayıb və gizli səsvermə yolu ilə keçirilib. Bir saat çəkən səsvermə prosesindən sonra səslər sayılıb. Hesablama Komissiyasının sədri Xətai Qasımlı Qurultaya səsvermənin nəticələri ilə bağlı məlumat verib. Qurultayina keçirilən səsvermədə Razi Nurullayev 165, Mehman Muradli 24, Səbuhi Aslanbəyli 14 səs toplayıb. Beləliklə Razi Nurullayev AXCP sədri seçilib. Razi Nurullayev AXCP sədri seçildikdən sonra rəqibləri olan Mehman Muradli və Səbuhi Əliyevi kürsüyə dəvət edərək, onların əlini sıxıb və bundan sonra da birgə olacaqlarını bildirib.


Əli Kərimliyə müraciət

Daha sonra AXCP sədri kimi çıxış edən Razi Nurullayev daim xalqın yaninda olacaqlarını bildirib: "Çətinliklərimiz olacaq. Ancaq lap Himalayı qarşımıza atsınlar, biz yol tapıb təmas quracağıq, xalqımızın və onun nümayəndələri olan sizlərin yanında olacağıq. Heç bir zaman sizlərin əziyyəti, əməyiniz üzərində qəhrəman olmaq istəməyəcəyik. Azərbaycanda dəyişiklik olacaqsa, bunun sonunda xoşbəxt həyat olacaqsa, bu, sizin əməyiniz, sizin qəhrəmanlığınız olacaq. Biz parlament seçkisində iştirak etmədik, çünki saxtakarlıqda iştirak etmək istəmədik. Çünki saxta seçkidə iştirak edərək xalqın vəkili olmaq mümkün deyil. Təyinatla olan mandata “yox” deyirik. Bizə sizin seçdiyiniz vəkil daha dəyərlidir. Sizin seçiminiz nəticəsində sizin hər birinizin vəkiliyik. Elçibətin istədiyi AXCP budur. Biz bunu qurduq və bərpa etdik. Bunun sonunda AXCP-ni zəbt edən, nəticəsiz siyasətə imza atan, Azərbaycan gənclərini həbsxanaya göndərən və bunun nəticəsində xalqı təqiblərə məruz qoyan Əli Kərimliyə deyirəm: Əsl AXCP burdadir. Azərbaycana xidmətin bu andan etibarən istefa verməyin ola bilər. Qoy sənin yanındakılar da bizim yanımızda, Elçibəyin qurduğu partiyada yer alsınlar".

Üzeyir Hacıbəyovun “Üvertura”sı səsləndirildikdən sonra qurultay bağlı elan olunub.

Cebhe.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Yeni AXCP yaranır: Razi Nurullayev "Azadlıq" qəzetinə "Əlini burax,yanımıza gəl" dedi

    Yeni AXCP yaranır: Razi Nurullayev ...

    20-08-2015, 14:45

  • 
  • Ədliyyə Nazirliyi Razi Nurullayevin AXCP-sini də tanımadı

    Ədliyyə Nazirliyi Razi Nurullayevin AXCP-sini də ...

    2-12-2015, 15:27

  • 
  • Suraxanı cəbhəçiləri də Əli Kərimlidən ayrıldı...

    Suraxanı cəbhəçiləri də Əli Kərimlidən ayrıldı... ...

    7-09-2015, 13:53

  • 
  • Razi Nurullayevin "AXCP planında" daha nə var?

    Razi Nurullayevin "AXCP planında" daha ...

    21-08-2015, 23:22

  • 
  • AXCP sədrinin müavini müxalifəti ittiham etdi

    AXCP sədrinin müavini müxalifəti ittiham etdi ...

    18-08-2014, 12:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (417)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu