GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Zığda məmurlarla qarşıdurma: bir ev söküldü, intihar anonsu verildi

Zığda məmurlarla qarşıdurma: bir ev söküldü, intihar anonsu verildi

Tarix: 19-10-2015, 17:05 Bölmə :Ölkə Baxış: 0
Zığda məmurlarla qarşıdurma: bir ev söküldü, intihar anonsu verildi

Bu gün Suraxanı rayonu, Zığ qəsəbəsindəki sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən evlərin söküntüsünə başlanılıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) göstərişi ilə səhər saatlarında 28 evin işıq, qaz və su xətti kəsilib. Hatəm Allahverdiyev küçəsindəki 89 saylı ev sökülüb. Söküntüyə etiraz edən ev sahibi Emin Həmidovla icra nümayəndələri arasında qarşıdurma yaranıb.

Virtualaz.org saytının hadisə yerində olan reportyorları xəbər verir ki, sakinlər evlərinin onlara xəbərdarlıq edilmədən sökülməsinə etiraz ediblər. Əraziyə polis çağırılıb.

Sakinlərin etirazından sonra Suraxanı RİH nümayəndələri ərazini tərk ediblər. Söküntü prosesini yalnız Zığ qəsəbə nümayəndəsi Cəlaləddin Əhmədov və sahə müvəkkili izləyib. Digər sakinlər evlərinin söküləcəyi təqdirdə özlərini yandıracaqları ilə bağlı xəbərdarlıq ediblər. Bundan sonra söküntü prosesi tam dayandırılıb.

Sökülən evin sahibi Emin Həmidov virtualaz.org saytına açıqlamasında bildirdi ki, ona evinin söküləcəyi ilə bağlı xəbərdarlıq edilməyib: “Səhər qonşular zəng vurub xəbərdarlıq etdilər. Ev tamamilə qəzalı vəziyyətdə olduğundan kirayəyə köçmüşük. Lakin dövlət tərəfindən kirayə haqqı ödənilmir. Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri dedilər ki, evin qonşulara təhlükə yaratdığı üçün onlar evin söküntüsünü tələb ediblər. Yəni çoxsaylı şikayətlər olduğu üçün ev sökülür. Lakin şikayətlərlə bağlı hansısa sənəd təqdim etmədilər”.

Zığda məmurlarla qarşıdurma: bir ev söküldü, intihar anonsu verildi

Qonşular isə E.Həmidova ondan şikayət etmədiklərini dedilər.

E.Həmidov artıq mübarizənin nəticə vermədiyini söylədi: “5 ildir məhkəmələrdəyəm. Suraxanı Rayon İcra Hakimiyyəti Suraxanı Rayon Məhkəməsində evin sökülməsinə dair iddia qaldırmışdı. Məhkəmə isə evin sənədsiz olmasını əsas götürərək qanunsuz tikili kimi sökülməsinə dair qərar çıxarmışdı. Amma mən təkrar məhkəməyə müraciət edərək evin və torpağın sənədlərini təqdim etdim. Bundan sonra torpağın başqa torpaqla əvəzlənməsi, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən dəymiş zərərin ödənilməsinə dair qərar çıxarıldı. Sonuncu məhkəmə 2 il əvvəl olub. Bakı İnzibati-İqtisad Məhkəməsi dəymiş zərərin ödənilməsi ilə bağlı tələbi rədd etdi, amma torpağın başqa torpaqla ödənilməsinə qərar verildi. İki ildir torpaq verilmir. Artıq etirazların mənasız olduğunu görürəm”.

Sakinlər isə bildirdilər ki, dünən gecə 28 evin sahibinə xəbərdarlıq göndərilib. Hatəm Allahverdiyev küçəsinin sakini Rəfiqə Yaqub qızı Həsənovanın adına göndərilən xəbərdarlıqda deyilir ki, sizin ev qəzalı vəziyyətdədir, qarajınız isə uçmaq üzrədir, evi öz hesabınıza sökün, yoxsa icra hakimiyyəti ağır texnika gətirərək sökəcək.

R.Həsənovanın oğlu isə qəsəbə nümayəndəsi Cəlaləddin Əhmədova evlərinin söküləcəyi təqdirdə benzin töküb yandıracağı ilə bağlı xəbərdarlıq etdi. C.Əhmədov isə onların evlərinin sökülməyəcəyinə söz verdi.

Zığda məmurlarla qarşıdurma: bir ev söküldü, intihar anonsu verildi

Qəsəbə nümayəndəsi Cəlaləddin Əhmədov sakinlərə bundan sonrakı söküntünün məhkəmə icraçıları tərəfindən aparılacağını dedi: “Biz yalnız təhlükəsizliyi təmin edirik. Sizin nə şikayətiniz varsa, başqalarına deyin”.

Bundan sonra C.Əhmədov sakinlərdən birinə 250 manat kirayə haqqı verdi: “Solmaz xanım, bu da sizin pulunuz, idarəyə gəlib sənədə qol çəkərsiniz”.

Qəsəbə nümayəndəsinin bu hərəkəti isə digər sakinlərin narazılığına səbəb oldu: “Baxın, sakinlərin birliyi belə parçalanır. Birinə pul verirlər, digəri öz hesabına kirayəyə çıxarılır”.

Zığ sakini Seyran Mustafayeva dedi ki, evləri tam yararsız hala düşüb: “İki ay əvvəl digər sakinləri kirayəyə köçürdülər. Gəlinim hamilə olduğu üçün biz köçmək istəmədik. İndi evdə iki körpə var. Hər gün çatlar dərinləşir, ev başımıza uçur. Amma Cəlaləddin Əhmədov deyir ki, öz hesabınıza köçün, iki ay əvvəl köçsəydiniz, kirayə haqqı ödəyərdik”.

Təranə adlı sakin də etiraz etdi: “Mənim ondan nə fərqim var ki?! Niyə birinə pul verirlər, digərinə yox? Jurnalistlərin yanında çıxarıb pul verirlər. Mən də evimə qayıdacam. Ev başıma uçsun, bəlkə mənim də şikayətimi dinləyərlər”.

Sakinlərdən biri isə qonşularına xitabən belə dedi: “Abid Şərifov Türkiyədə baş verən faciəyə görə ağlayır. Bir az da gözləyin, bizim üçün də göz yaşı tökəcək”.

...Beləliklə, söküntü işləri bir evin yerlə-yeksan edilməsi ilə tamamlandı. Hələlik, bu günlük... Bəs sabah nə olacaq? Hələ heç nə məlum deyil. Sakinlər səksəkə içində yaşamaqda davam edir.

Ülviyyə Xudiyeva

Fotolar Samirə Həsənovanındır

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

  • Yasamalda sakinlər tikinti şirkətinə qarşı etiraz aksiyası keçiriblər

    Yasamalda sakinlər tikinti şirkətinə qarşı etiraz ...

    17-08-2017, 14:30

  • 
  • Zığ sakinləri Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirir

    Zığ sakinləri Nazirlər Kabinetinin binası ...

    3-09-2015, 17:58

  • 
  • Bakıda bir ailə küçəyə atıldı: - İcazəmiz olmadan evimizi sökdülər

    Bakıda bir ailə küçəyə atıldı: - İcazəmiz olmadan ...

    10-05-2019, 11:42

  • 
  • Tağı Əhmədov depo ərazisindəki evləri sökməyə başladı

    Tağı Əhmədov depo ərazisindəki evləri sökməyə ...

    22-01-2014, 13:10

  • 
  • Bayılda qarşıdurma - Əhalinin etiraza kimlər qalıdırır? - VİDEO

    Bayılda qarşıdurma - Əhalinin etiraza kimlər ...

    16-12-2017, 19:28

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (417)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu