GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Zığ sakinləri Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirir

Zığ sakinləri Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirir

Tarix: 3-09-2015, 17:58 Bölmə :Ölkə Baxış: 0
Zığ sakinləri Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirir

Bu gün Nazirlər Kabinetinin qarşısında aksiya keçirən Zığ sakinləri hələ də oradadır.

Virtualaz.org saytının əməkdaşı hadisə yerindən xəbər verir ki, Suraxanı rayonu, Zığ qəsəbəsindəki sürüşmə zonasında olan evlərin, həmçinin Xətai rayonu, Cavanşir küçəsi, 10 ünvanındakı qəzalı vəziyyətdə olan yataqxananın sakinləri Nazirlər Kabinetinin qarşısındakı yolu bağlamağa cəhd ediblər.

50-dək qadın baş nazirin müavini Abid Şərifovla görüşməyi tələb edib. Əraziyə cəlb edilən polis əməkdaşları isə qadınları uzaqlaşdırmağa çalışıblar. Bu zaman qadınlarla polis əməkdaşları arasında mübahisə yaranıb. Polis əməkdaşı qadınlardan birini itələyib. Yerə yıxılan qadının vəziyyəti pisıəşib.

Hadisə yerində olan təcili yardım həkimləri Cavanşir küçəsi, 10-dakı yataqxananın sakini, vəziyyəti pisləşən Dilarə Səfərovaya yardım edib.

Aksiya iştirakçısı olan Nərgiz Məmmədova bildirdi ki, bu gün Abid Şərifovun qəbul günüdür. Lakin A.Şərifov şikayətçiləri qəbul etməyib. Şikayətçiləri qəbul edən Şahin Salahov isə onlara yardım edə bilməyəcəyini deyib.

Hazırda ərazi polis nəzarətindədir. Lakin şikayətçilər Nazirlər Kabinetinin qarşısından ayrılmırlar.

Ülviyyə Xuduzadə

* * *16:28

Evləri sürüşmə zonasında olan Zığ qəsəbəsi sakinləri bu dəqiqələrdə Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirirlər.

Aksiyaçılar yolu kəsiblər. Onlar Abid Şərifovla görüş tələb ediblər. Lakin narazı sakinləri Abid Şərifov deyil, Şahin Salahov qəbul edib.

Ş.Salahov narazı sakinlərə köçürülmə və kompensasiya ilə bağlı məlumat verməyib.

50-yə yaxın Zığ sakini Nazirlər Kabinetinə gedən yolu bağlayıb.

Hazırda etirazçıları ərazidən polis gücünə uzaqlaşdırmağa çalışırlar.

Əlavə məlumatlar verəcəyik.



Zığ sakinləri Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirir

Xatırladaq ki, evləri sürüşmə zonasında olan Zığ qəsəbəsi sakinləri avqustun 27-də də Prezidenti Administrasiyasının (PA) qarşısında toplaşmışdı.

50-dən çox qəsəbə sakini rəsmi şəxslərlə görüş tələb edirdi. Onlar PA-nın qarşısındakı bağda oturaq aksiya keçirməyə qərar verdiklərini bildirmişdilər.

Polis aksiya iştirakçılarından dağılışmağı tələb etsə də onlar qərarlarında qəti olduqlarını söyləmişdi: “Biz baş nazirin müavini Abid Şərifovla görüş tələb edirik. Əgər Abid müəllim bizi qəbul etməsə, aksiyamızı davam etdirəcəyik. Bu dəfə Zığda fasiləsiz oturaq aksiya keçirəcəyik. Evlərimiz təhlükəli sürüşmə zonasındadır. Hər an başımıza uça bilər. Amma heç kim bizimlə maraqlanmır. Dəfələrlə gəlib baxıblar, o evlərdə yaşamağın təhlükəli olduğunu deyiblər. Amma problemə əncam çəkən yoxdur. Evi uçmaq üzrə olan ailələrin bir çoxu köçürülüb. Suraxanı Rayon İcra Hakimiyyəti o zaman vəd etmişdi ki, evindən köçürülən sakinlərə kirayə pulu veriləcək. Amma bu vəd də elə söz olaraq qalıb. Elə ailələr var ki, artıq 5 ildir, eləsi var 3 ildir, 2 ildir kirayələrdə yaşayır. Amma Suraxanı RİH onlara vəd etdiyi kirayə pulunu da vermir”.

Qeyd edək ki, aksiya iştirakçıları görüş tələblərinə əməl olunmayacağı təqdirdə Zığa qayıdacaqlarını, saat 16:00-da orada aksiyaya başlayacaqlarını və yolu bağlayacaqlarını bəyan etmişdilər.

Zığ sakin Ədibə Nəsirova deyirdi ki, 5 ildir Abid Şərifovla görüşə bilmirlər: “5 ildir Nazirlər Kabinetinin qarşısına ayaq döyürük. Zığ sürüşmə zonasında yaşayanların problemləri ilə maraqlanan yoxdur. Nazirlər Kabinetinə ünvanladığımız məktub Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilir. Sonra da bizi çağırıb məktubumuzla tanış edirlər, vəssalam. Daha problemə əncam çəkən yoxdur. Evlərimiz başımıza uçur, uşaqlarımızın həyatı təhlükədədir. Nazirlər Kabinetində Şahin Salahov dedi ki, məsələdən xəbərdarıq, amma 2008-ci ildən indiyədək heç kim köçürülmür. Yalnız 10-a yaxın ailə köçürülüb. Köçürülənlərin əksəriyyətinə kirayə pulu verilmir”.

Zığ sakinləri Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirir

PA-da qəbul şöbəsinin rəisi ilə görüşdüklərini deyən Ə.Nəsirova problemlərini ölkə rəhbərliyinə çatdırmaq üçün etiraz aksiyası keçirmək istədiklərini bildirmişdi: “Tələblərimizə cavab versinlər. Ölkə başçısı problemimizi bilmir. Bunu ondan gizlədirlər. Buna görə də aksiya keçiririk. 55 ev qəzalı vəziyyətdədir. 106 ev aktiv sürüşmə ərazisindədir. Ümumilikdə isə 500 ailə sürüşmə ərazisindədir. Xəbərdarlıq edirlər, amma köçürmürlər. 13 ailəyə kirayə pulu verilir. Digərlərinə pul ödənilmir”.

Zığ qəsəbəsi, ev 4-də yaşayan Elnarə Məmmədova demişdi ki, 5 ildir 3 uşağı ilə birgə qohumlarının evində yaşamaq məcburiyyətindədir: “Əvvəl kirayə evə köçdük. Lakin kirayə haqqı ödənilmədiyindən köçmək məcburiyyətində qaldıq. Nə kirayə pulu, nə də kompensasiya verilmir”.

Digər sakin isə bildirmişdi ki, 1 ildir evini tərk edib: “Ötən il evdən çıxmağımızla bağlı xəbərdarlıq olundu. 1 ildir kirayədə yaşayıram. 3 ay əvvəl kirayə pulunun ödəniləcəyini desələr də verilmədi”.

Zığ sakinləri Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirir

Sakinlər oturaq aksiya keçirmək istədiklərini dedilər: “Qəzalı evlərin birində aksiya keçirəcəyik. Ölsək də birgə ölək. Bizim evimizin başımıza uçmasını məmurlar ölkə başçısından gizlədirlər. İndi Nazirlər Kabinetindən cavab gözləyirik”.

Sakinlər səfirliklərə də müraciət edəcəklərini qeyd etmişdilər.

Ülviyyə Xuduzadə

Zığ sakinləri Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirir
Zığ sakinləri Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Abid Şərifovun səhhəti pisləşib? - Nazirlər Kabinetindən açıqlama

    Abid Şərifovun səhhəti pisləşib? - Nazirlər ...

    30-11-2015, 18:32

  • 
  • Bakıda aksiya iştirakçıları yolu bağladı

    Bakıda aksiya iştirakçıları yolu bağladı ...

    26-06-2013, 22:40

  • 
  • Zabrat sakinləri aksiya keçirdi

    Zabrat sakinləri aksiya keçirdi ...

    27-08-2013, 11:11

  • 
  • Sakinlər Bakı-Şamaxı yolunu bağladılar

    Sakinlər Bakı-Şamaxı yolunu bağladılar ...

    30-12-2013, 01:19

  • 
  • Bələdçilər Prezident Administrasiyasının qarşısında aksiya keçirirlər (FOTO)

    Bələdçilər Prezident Administrasiyasının ...

    13-01-2014, 13:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu