"Bir yarışda Aygün Kazımovanı udmuşam, o da bunu illərdir həzm edə bilmir"
Müğənni Natavan Həbibi Alternativ TV-də (Region TV) yayımlanan "Şou-məkan" verilişinə eksklüziv açıqlamalar verib.
Natavan Aygün haqda çox sərt danışdı. İllərdir davam edən qalmaqal bu açıqlamalarla daha da alovlanacaq.
Xalq artisti Aygün Kazımava ilə məhkəməlik olan müğənni bunları söyləyib: "Aygün Kazımova deyir ki, Natavan bunu yuxusunda görər, amma mən bunu realda görürəm. Sən yuxunda görürsən ki, Natavana qalib gəldin, məni sındırdın. Aygün Kazımova təkzib verib, elə bilir ki, bununla bitdi hər şey. Üzr istəməlidir".
Sevilən ifaçı bu qalmaqalın əsas səbəbini açıqlayıb: "Bir yarışda Aygün Kazımovanı udmuşam, o da bunu illərdir həzm edə bilmir. Bu insan hər şeyi etdi ki, mən şou-biznesdə olmayım. Onun üçün ağır xatirə idi bu. Məni yox etmək istədi. Ətrafına özü kimiləri yığdı və mənə qara piar kampaniyası aparırlar kişinin uşaqları. O kampaniyada da özləri boğuldular, özləri bir-birilərini yedilər. İndi görürəm sizin vəziyyətinizi.
Tanınmış müğənni xalq artistindən təzminat istəməməsini isə belə izah edib: "Hər kəs ölkənin qanunlarına tabe olmalıdır. Qərarın icrası 30 il ərzində icra olunmasa, o, üzr istəməsə, həbs olunacaq. Təzminat istəmədim. Deyirlər ki, sən təzminat götürüb kimsəsiz uşaqlara yardım edərdin. Mən onların haram pulunu uşaqlara yedizdirmərəm. Mən təmiz azərbaycanlıyam. Sən bizim düşmənimiz olan ermənilərin milliyyətini mənə yapışdırmaq istədin. Bu, çox ağır ittihamdır. Şou-biznesdə bu ittihama inanıb mənə düşmən kəsilənlər oldu".
Sənətçi sonda Aygün Kazımovaya sərt ismarıc ünvanlayıb: "Heç kim sənə kömək edə bilməz. Kimsə də mənə bata bilməz. Sənin o tanışların, ətrafın mənə heç nə edə bilməz. Başınızdan yekə danışmayın. Camaatı özünüzə güldürməyin, yetərincə güldürdünüz onsuz da. Mən güclüyəm, mən pulluyam demirəm, mən haqlıyam sadəcə. Hakimlərə, vəkillərə müraciət etdim, dedim ki, məni, bütün nəslimi araşdırın. Araşdırdılar və nəticə oratadadır. Qanun qarşısında üzr istəsə də, mən insan olaraq bunu heç vaxt unutmaram. Əslində o, mənim üçün heç kimdir".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?