Artıq bu Azərbaycanda dəb halını alıb. Dövlət tərəfindən idarələrə ayrılan minik avtomobillərində yalnız müdirin özü gəzir. Hətta, idarənin aparıcı adamlarının da bu maşında oturmasına xor baxır. Bəzən elə olur ki, həmin minik avtomobillərində nəinki müdirin özü, həyat yoldaşı, uşaqları, nəvəsi, nəticəsi və sairələri də gəzir. Xidməti dövlət avtomobilləri yanacağı isə nazirlikdən avtomobillər üçün ayrılmış vəsaitdən istifadə edir. Xüsusilə də əyalətlərdə elə anlarla qarşılaşırıq ki, xidməti maşınlara müdir işini aşırmaq üçün daş, qum, ot doldurur, üstəlik iri qablarda su da gətirir. Əlbəttə, qanunçuluqda isə belə hallar qətiyyən yol verilməzdir. Sadəcə ölkədə bununla məşğul olan yoxdur. Məmurlar dərk etməli, bilməlidirlər ki, Dövlətin idarəyə ayırdığı xidməti maşın onun üçün deyil, yalnız idarənin işini görmək üçün verilir.
Çox vaxt isə, məsələn icra hakimiyyətlərinə verilmiş xidməti maşınlar orada çalışan bir neçə adamlar tərəfindən idarə olunur. Maraqlıdır ki, bir maşınınn idarə edilməsi üçün neçə adamın etibarnaməsi vardır? Təbii ki, bir adamın. Belə halda yol polis işçiləri hara baxırlar? Elə burada da qanun birmənalı şəkildə pozulur. Belə çıxır ki, rayon və ya şəhəır icra hakimiyyəti işçilərindən yol polisi qorxur. Bəs onda hadisə olanda təqsirkar kim olur? Anacaq yenə də günah günahı olmayan bir fəqirin üstünə atılır.
Odur ki, qanun qanundursa, bu ölkənin kasıbından tutmuş milyarderinə kimi hamı tabe olmalıdır. Xidməti dövlət maşınları idarənin, istifadəçi isə həmin idarədən zəhməthaqqı alanlar olmalıdır. Məhz elə qanun da bunu tələb edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?