GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Türkiyəni Suriya və İraqın gününə sala bilməyəcəklərt”

“Türkiyəni Suriya və İraqın gününə sala bilməyəcəklərt”

Tarix: 20-10-2015, 11:21 Bölmə :Ölkə Baxış: 0
“Türkiyəni Suriya və İraqın gününə sala bilməyəcəklərt”

Elxan Mehdiyev: “Terror hadisəsi Türkiyənin İŞİD-a olan münasibətindən doğan əks reaksiyadır”

Sülh və Münaqişələrin həlli Mərkəzinin direktoru, politoloq Elxan Mehdiyevin müsahibəsini təqdim edirik.

- Elxan bəy, Türkiyədə baş verən son hadisələri, özəlliklə Ankarada yaşanan terror aktını necə qiymətləndirmək olar, ümumiyyətlə bu gözlənilən hadisə idi?

-Təbii ki, Ankarada belə bir partlayışın olacağını heç kim gözləmirdi və ağlına gətirmirdi. Qeyd edim ki, bu terror aktı cümhuriyyət tarixində ən böyük terror hadisəsidir. Özəlliklə bu hadisənin Türkiyənin paytaxtı Ankara şəhərində baş verməsi güvənlik qurumlarının zəifliyinin göstəricisi idi. Fikrimcə, bu məqam da xüsusilə vurğulanmalıdır. Türkiyənin indiki qarışıq dönəmində bir tərəfdən PKKK, digər tərəfdən İraq Şam İslam Dövləti adlı terrorçu birləşmə ilə gedən mübarizə konteksində güvənlik qüvvələrinin zəifliyinin nəticəsidir ki, paytaxt Ankarada belə iri çaplı terror aktı baş verdi.

- Bu terror hadisəsini törədənlər, onun sifarişini verənlərin əsas məqsədi nədir, bununla nəyə nail olmaq istəyirdilər?

- Mən hesab edirəm ki, burada məqsəd çoxtərəflidir. Həm Türkiyəni qarışdırmaq, zəiflətmək, həm də qütbləşməni bir qədər də dərinləşdirməkdir. Bildiyiniz kimi hazırda bu məsələdə daha çox İŞİD silahlı birləşməsinin adı çəkilir. Türkiyənin İŞİD-a olan münasibətindən doğan əks reaksiyadır. Yəni bu birqiymətli məsələ deyil. Əlbəttə ki, Türkiyəni cəzalandırmaq məqsədi də var. Ancaq o da aydındır ki, terror aktları ilə heç nəyə nail olmaq mümkün deyil.

- Bu olaylar həm də Türkiyədə seçki kampaniyası dövründə baş verir. Sizcə, bu faciəvi olayın qarşıdan gələn seçkilərlə bağlantısı varmı?

- Bildiyiniz kimi hazırda siyasi qüvvələr Türkiyədə təbliğat kampaniyası aparır. Yəni bir aktivlik mərhələsi yaşanır. Terror aktının seçkilər dönəminə təsadüf etməsi də maraqlıdır. Bildiyiniz seçkilər zamanı insanların bir yerə toparlanması, hansısa tədbirlər keçirməsi qanunauyğun haldır. Əks tərəf isə, məhz seçkilərdə insanların bir araya toparlanması momentindən istifadə edib, daha çox ölüm halları baş versin. Nəticədə törədilən terrorun da təsiri güclü olsun. Yəni bunu yalnız seçkilərə hesablanan terror aktı kimi qiymətləndirmək düzgün olmazdı. Sadəcə Türkiyəni qarışıqlığa, xaosa sürükləmək, İraq və ya Suriyanın gününə salmaq məqsədi olub.

- Çoxlu sayda mütəxəssislər iddia edirlər ki, Suriyanı və İraqı Amerika qarışdırıb. Türkiyə isə ABŞ-ın regionda ən yaxın müttəfiqidir. Bu mənada indiki dövrdə Türkiyəni daxildən qarışdırmaq, xaosa sürükləmək hansı güclərin maraq çərçivəsində ola bilər?

- Daha çox o güclərin ki, Türkiyə onların istədiyini demir. Məsələn İŞİD qüvvəsinin və ya Bəşər Əsəd rejiminin. Burada Əsədin kəşfiyyat strukturlarının fəaliyyəti hesab oluna bilər. Mənə elə gəlir ki, bu məsələdə qeyd etdiyim iki qüvvə xüsusi əhəmiyyət daşıyır. Ancaq hazırda istintaq gedir və daha dəqiq nəticəyə istintaq gələ bilər.

- Əgər İŞİD-Türkiyə əlaqələri mövcuddursa, siz bu münasibətləri necə qiymətləndirirsiniz?

- Mənim bu haqda danışmağım bir qədər çətindir. Çünki əvvəllər Türkiyənin konsulluğunun əməkdaşlarını məhz İŞİD qüvvələri həbs etmişdi. Ankarada uzun müddət İŞİD və bu qurumla bağlı şəxslərlə əlaqədə oldu, danışıqlar apardı və nəhayətdə konsulluğunda çalışan diplomatları azad edə bildi. Ancaq indilikdə İŞİD-Türkiyə əlaqələri haqqında danışmaq mənə çətindir. Odur ki, mən bu məsələlərə birmənalı və konkret nəsə əlavə edə bilmərəm.

- Ancaq bir çox şərhçilər iddia edirlər ki, Türkiyə-İŞİD əlaqələri var və Ankara uzun aylar İŞİD-ə hansısa yardımlar edib...

- Açığını deyim ki, mən bir fərziyyələrlə çıxış edə bilmərəm. İkincisi, mən bu yanaşmaları qəbul edə bilmərəm. Üçüncüsü Türkiyə İŞİD-ə dəstək verib ifadəsi çox məsuliyyət daşıyan və həm də məsuliyyətsiz yanaşmadı. Sadəcə olaraq Türkiyə öz sərhədlərindən Suriyaya keçən insanlarla müəyyən mənada şərait yaradıb. Yəni sərhədlərini tam qoruya bilməyib. Lakin sərhəddən keçənlərin hamısı anti-Əsəd qüvvələrə deyil, İŞİD-ə qoşulanlar da oldu. Onlar Türkiyə sərhəddində ki, boşluqdan istifadə edərək İŞİD-ə qoşula bildilər. İndi bir çoxları bu məqama söykənərək iddia edirlər ki, Türkiyə İŞİD-ə hansısa şərait yaradıblar. Amma indi Suriya və İraqdan Türkiyəyə yüz minlərlə qaçqınlar gəlib. Onların içərisində İŞİD-in gəlməsi mümkün olan variantlardan biridir. Bunu isə aid etmək lazımdır. Türkiyə bunu aid edənə qədər həmin İŞİD-çılarda öz işlərini görə bilərlər. Sözümün mənası odur ki, bu məsələ elə də sadə məsələ deyil.

- Ankarada dəhşətli terror hadisəsi baş verib. Bunun Türkiyə üçün hansı nəticələri olacaq?

- Heç şübhəsiz ki, Türkiyə üçün bunun ağır nəticələri olacaq. Əvvəla hadisə zamanı yüzə yaxın insan qətlə yetirilib. İkincisi, bu hadisə Türkiyənin daxilindəki barışı pozur, təhlükəsizliyə problem yaradır, qardaş ölkənin iqtisadi inkişafına problem yaradır, Türkiyə gələn turistləri qorxudur. Nəzərə alın ki, hər il Türkiyəyə çoxlu sayda turistlər gəlir, onlar ölkəyə 10 milyardlarla dollar xeyir verir, yüz minlərlə insan məhz bu sektorda çalışaraq əmək haqqı alırlar. Ümumilikdə isə bütün bu hallar Türkiyə üçün təhlükəli ssenaridir. Yəni Türkiyəni Suriya və İraqın gününə sala bilər. Bu baxımdan hesab edirəm ki, bu təhlükəli tendensiyadır.

- Sizcə, Türkiyəni Suriyanın gününə salmaq mümkündürmü, baş nazir Əhməd Davudoğlu bəyan etdi ki, onlar heç kimə imkan verməzlər ki, Türkiyəni Suriya gününə salsınlar...

- Təbii ki, Türkiyə dövləti çox güclü dövlətdir. Bu dövlət nə Suriya, nə də İraqdır. Bu terrorçuların Türkiyəyə sızması, daxildə İŞİD hücrələrinin olması qarşıalınmaz proses kimidir. Sadəcə olaraq onları müəyyən edərək ortaya çıxarmaq Türkiyənin güvənlik strukturlarının və kəşfiyyat orqanlarının əsas işidir. Şübhəsiz ki, Türkiyə Milli İstihbarət Təşkilatı güclü qurumdur və hesab edirəm ki, indiki şəraitdə onlar sayıqlığını on qat artıracaq. Bu baxımdan harada İŞİD özəkləri varsa, bunu aradan qaldırmağa çalışacaqlar. Türkiyədə heç vaxt İraq və Suriyanın gününə düşə bilməz. Sadəcə olaraq indi Türkiyə kimi böyük dövləti zəiflətmək, yükləmək cəhdləri var.

- Qarşıdan parlament seçkiləri gəlir və Türkiyədə noyabrın 1-də seçkilər keçiriləcək. Bu seçkilərdən gözləntiləriniz nədən ibarətdir?

- İyunun 7-də keçirilən seçkilərdə Ədalət və İnkişaf Partiyasının səsi azaldı. Cənab Ərdoğannın partiyası istədiyinə nail ola bilmədi. Hakim partiyanın istəyi bu idi ki, seçkidən qalib çıxsın və prezident üsul idarəsinə keçid etsin, ana yasanı dəyişsin və s. Mən hesab edirəm ki, Ədalət və İnkişaf Partiyası səslərini itirməkdə davam edəcək. İş ondadır ki, Türkiyədə vəziyyətin bu cür olması Ərdoğan zehniyyətinin məhsulu kimi qiymətləndirilir. Yəni ölkənin qarşıdurmaya gətirilməsi, çözüm mərhələsinin silahlı toqquşmaya gətirilməsi bilavasitə hakim partiya ilə əlaqəlidir. Təbii ki, seçici bunu görürlər və müşahidələrə görə, onlar hakim partiyaya səs verməyəcək.

- Əgər hakim partiya seçkilərdə qalib olmayacaqsa, bəs hansı partiya irəli çıxacaq?

- Hesab edirəm ki, daha məsuliyyətli və Türkiyəni irəliyə daşıya biləcək siyasi qüvvə Cümhuriyyət Xalq Partiyasıdır. Zənnimcə, bu partiya irəliyə çıxarsa, daha sağlam koalisiya yaradaraq hökuməti formalaşdıra bilər.

- Bəs Xalqların Demokratik Partiyasının imkanlarını necə şərh edirsiniz?

- Əslində əsas hadisələr, Ərdoğanın qurucusu olduğu partiyanın seçkilərdə istədiyi nəticəni əldə edə bilməməsinin səbəbi HDP idi. Çünki HDP 7 iyun seçkilərində barajı aşdı. Başqa sözlə Ərdoğanın kür seçmənləri HDP-yə səs verdilər. İndilikdə hakim partiya daha çox HDP-dən yanıqlıdır. İndi Türkiyə cəmiyyətində bölünmə dediyimiz məsələ daha çox HDP-nin üzərində qurulub. Əlbəttə, bu siyasəti AKP aparır. HDP-nin 7 iyun seçkilərinə qədər olan təbliğatı və kampaniyası çox yaxşı gedirdi. HDP lideri də Türkiyəni qucaqlayan siyasət aparırdı. İndiki qarışıq dönəm çox qeyri müəyyənlik yaradır. Bu terror hadisələrindən sonra HDP-nin barajı aşması real görünür. Fikrimcə, kürd seçmənlər daha AKP-yə səs verməyəcək. Əslində isə HDP-nin topladığı 13 faizlik səsin 6-7 faizi kürd seçmənlərinə bağlı idi. Yerdə qalan səslər isə bütün Türkiyəni əhatə edən sol qüvvələrin səsləri idi. Fikrimcə, onlar yenə də HDP-yə səs verəcəklər ki, hakim partiyanın seçkidən sonra həyata keçirmək istədikləri siyasi planlar baş tutmasın.

HÜSEYN ABBASOĞLU

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə 10 terrorçu saxlanıldı

    Türkiyədə 10 terrorçu saxlanıldı ...

    26-03-2016, 13:19

  • 
  • Türkiyədə növbəti terror aktı: 2 ölü, 3 yaralı

    Türkiyədə növbəti terror aktı: 2 ölü, 3 yaralı ...

    18-10-2015, 20:15

  • 
  • Növbəti terror aktı: 9 ölü, 16 yaralı

    Növbəti terror aktı: 9 ölü, 16 yaralı ...

    11-06-2016, 14:14

  • 
  • Ankara faciəsində ölənlərin ailələrinə pul veriləcək

    Ankara faciəsində ölənlərin ailələrinə pul ...

    15-10-2015, 21:55

  • 
  • Brüssel hava limanında terror aktını törədənlərin kimliyi məlum oldu

    Brüssel hava limanında terror aktını törədənlərin ...

    23-03-2016, 11:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (412)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu