Xalq artisti İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynova (Bəylərqızı) saxlanılıb.
Bu barədə məlumatı olke.az-a İ.Quliyeva özü verib. Faktı keçmiş köməkçinin həyat yoldaşı da sayta təsdiqləyib, lakin əlavə bir söz deməkdən imtina edib: "Bəli, həyat yoldaşımı dünən tutublar. Amma əlavə heç nə demək istəmirəm".
Xatırladaq ki, İlhamə Quliyeva M.Hüseynova barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Xalq artisti bir neçə gün öncə keçirdiyi mətbuat konfransında keçmiş köməkçisinin onun həyatına qəsd etmək istədiyini bildirmişdi.
Sorğu
Yeni dizaynımız necədir?