Xalq artisti, "Şöhrət" ordenli İlhamə Quliyeva və köməkçisi Mehriban Hüseynova ilə bağlı yaranan qalmaqal hər gün daha da böyüməkdədir. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Hüseynovanın məktub vasitəsi ilə redaksiyamıza göndərdiyi müraciət, onun xalq artistinə qarşı səsləndirdiyi ağır ittihamlar, İlhamə Quliyevanın bu məsələyə reaksiyası, ifadələri mətbuatda, sosial şəbəklərdə ciddi müzakirə müzakirə olunur.
İcitimaiyyət nümayəndələri, ziyalılar aidiyyatı orqanlar tərəfindən xalq artistinin davranışlarına hüquqi qiymət verilməsini, hətta əldə etdiyi titulların geri alınmasını tələb edirlər. Yaranmış qalmaqal barəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən susqunluq nümayiş etdirilsə də, Milli Məclisin deputatı Çingiz Qənizadə artıq baş prokuror Zakir Qaralova müraciət edib. Deputat xalq artistinin keçmiş köməkçisi Mehriban Hüseynovanın müraciətində çox ciddi faktların olduğunu, köməkçinin saxlanılmasını tələsik qəbul edilmiş qərar hesab etdiyini bildirib. Və nəhayətdə dəfələrlə mətbuata öz qalmaqallı yalanları ilə gündəmə gələn İlhamə Quliyevanın daha bir yalanı, "4 nömrə ilə prezidentimə zəng edəcəyəm" hədəsinin əslində bir yalan olduğu ortalığa çıxdı.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov publika.az-a açıqlamasında bildirib ki, indi "dördrəqəmli" telefonu "üçrəqəmli" nömrələr əvəz edir. Həmin nömrələr isə sıravi vətəndaşlara deyil, yalnız yüksək dövlət vəzifəsində çalışan şəxslərə verilir. Bütün bu olaylarla bağlı xalq artisti İlhamə Quliyevanın münasibətini öyrənmək istədik.
Xalq artistinin "Yeni Müsavat"a verdiyi cavab bu oldu: "Çox gözəl işlər görmüsüz, ictimaiyyətdə yaxşı sorğular aparmısız. Hər kim ki mənim haqqımda maraqlanır, mənfi və ya müsbət rəylər verir, Allah hamısına cansağlığı versin".
Onu da vurğulayaq ki, İlhamə Quliyeva modern.az-a açıqlama verərkən "Yeni Müsavat" qəzeti və saytının rəhbərliyini hədələmiş, köməkçinin müraciətini yaydığı üçün cinayət əməli törətməkdə ittiham etmişdi.
Sorğu
Yeni dizaynımız necədir?