Salyanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. gundemxeber.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyanın Dayıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Lerik rayon sakini, 40 yaşlı Azad Cəmil oğlu Ağayev idarə etdiyi "Oka" markalı avtomobil ilə hərəkətdə olarkən, anidən idarəetməni itirib və avtomobil aşıb. Nəticədə sürücü, içəridə olan Lerik rayon sakinləri - 79 yaşlı Arəstə Hidayət qızı Ağayeva, 52 yaşlı Şamama Cəmil qızı Ağayeva və 40 yaşlı Rəna Balamirzə qızı Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilk tibbi yardım göstərildikdən sonra, Bakıda yaşadıqları üçün öz istəkləri ilə paytaxt xəstəxanalarından birinə göndərilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?