Teymur Quliyevin hospitallardan birinə yerləşdirildiyi deyilir
Bir neçə gün əvvəl DİN, Baş Prokurorluq və XDMX-nın MTN-də birgə keçirdikləri əməliyyat zamanı həbs olunmuş general Teymur Quliyevin səhhəti pisləşib.MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyev qəfil infarkt keçirib və təcili olaraq yerləşdirildiyi təcridxanadan hospitallardan birinə aparılıb. Hazırda durumunun orta-stabil olduğu deyilir.
JAM.AZ-a verilən məlumata görə, Teymur Quliyevin infarkt keçirməsinin səbəbi həddindən artıq həyacanlı və əsəbi olması olub. İddia edilir ki, qoluna qandal vurulması generala həddindən artıq pis təsir edib.
Sorğu
Yeni dizaynımız necədir?