Çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib, yaşamaq şansı azdır
Bu gecə Bakının Nəsimi rayonunda transformatorun içində elektrik cərəyanı vuran 20 yaşlı Fəqan Fərzəliyevin vəziyyəti kritikdir. 1 saylı şəhər xəstəxanasından Lent.az-a bildirilib ki, reanimasiya şöbəsində saxlanılan gənc oğlanın bədəninin bəzi hissələri amputasiya edilib. Həkimlər onun yaşamaq şansının çox az olduğunu bildirirlər.
Məlum hadisə zamanı ağır xəsarət alan 18 yaşlı Pərvanə Hüseynovanın (ad və soyad şərtidir) vəziyyəti normallaşıb. Qohumları onu səhər saatlarında 1 saylı xəstəxanadan çıxarıblar. 3 və 4-cü dərəcəli yanıq xəsarətləri alan gənc qız 5 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-stabildir. Onun sifət nayihəsi tamamilə yanıb.
*****
04:42
Nəsimi rayonunda bədbəxt hadisə baş verib. APA -nın məlumatına görə, rayonun Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və hələlik kimliyi məlum olmayan təxminən 18 yaşlarında qız 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub. Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib.
Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?