Türkiyənin Diyarbəkr vilayətində İŞİD terrorçularının hücumu nəticəsində iki polis əməkdaşı şəhid olub.
APA-nın yerli KİV-ə istinadən xəbərinə görə, bu gecə bir evdən açılan atəşlə iki polis ölüb, 4 polis isə ağır xəsarət alıb.
Terrorçuların zərərsizləşdirilməsi istiqamətində başlayan əməliyyatlar hələ də davam edir. Atəşin vilayət mərkəzində İŞİD terrorçularının istifadə etdiyi gizli mənzildən açıldığı müəyyənləşib. Onların zərərsizləşdirilməsi üçün keçirilən əməliyyatla 4 terrorçu məhv edilib. Hazırda ərazidən silah səsləri gəlir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?