ABŞ İraq ərazsində İŞİD liderlərinə qarşı əməliyyatlar düzənləyib. Bu əməliyyatlar zamanı İŞİD-in hərbi əmiri və hərbi şuraının üzvü Süleyman abd-Şabiba əl-Ciburiyə qarşı təşkil edilib. Bu barədə məlumat verən ABŞ-ım Yaxın Şəqr komandanlığının nümayəndəsi Stiven Uorren deyib ki, təşkil olunan bu aviasiya zərbələrinin əsas hədəfi Süleyman abd-Şabiba əl-Ciburini məhv etmək olub: “Onun məhv edilməsi nəinki terrorçu İŞİD liderləri arasında əlaqərin deyil, eyni zamanda terrorçuların hücumlarının əlaqələndirilməsini və öz mövqelərinin müdafisəinin zəiflədilməsi ilə nəticələnəcək”.
S. Uorren deyib ki, hazırda bu əməliyyatın nəticələri Pentaqonda diqqətlə öyrənilir. Qeyd edək ki, ABŞ bu əməliyyat zaman B-52 strateji bombardmançı təyyarədən istifadə edib. Əməliyyat İraqın Kayara şəhəri yaxınlığında həyata keçirilib. Bu zaman İŞİD-ə məxsus hərbi baza, hərbi qərargah və silah anbarları məhv edilib. İŞİD-in hərbi əmirinin də orada olduğu deyilir.
Sorğu
Yeni dizaynımız necədir?