“Məni MTN-nin “podval”ına atıb dedilər ki, 200 min manat gətirməlisən”
Bu günlərdə prezident İlham Əliyevin Milli Təhlükəsizlik naziri Eldar Mahmudovu tutduğu vəzifədən azad etməsi hələ də müzakirə olunmaqdadır. Prezidentin bu addımı atmasının əsas səbəblərindən biri kimi MTN-nin yüksək rütbəli generallarının iş adamlarını hədələyərək onlardan külli miqdarda pul almaları göstərilir.
Bu hadisədən sonra doğrudan da bir çox sahibkarlar KİV-ə müraciət edərək MTN zabitləri tətəfindən şantaj edildikləri, canlarını qurtarmaq üçün yüz min manatlarla pullarından keçməli olduqlarını bildirilər. “Gündəm Xəbər” qəzeti isə hələ bir neçə il əvvəl MTN generallarının ssahibkarlara divan tutduğu barədə silsilə yazılar dərc etmişdi. O zaman qəzetimizə müraciət edən
Yeni Azərbaycan Partiyasının üzvü Zakir Bədəlov üzləşdiyi təzyiqlərdən, ondan külli miqdarda pul tələb edilməsindən və qanunsuz olaraq ölkədən deportasiya edilməsi cəhdlərindən bəhs etmişdi.
Mövzunun aktuallığını nəzərə alaraq yenidən bu məsələni işıqlandırmağa qərar verdik.
Öncə qeyd edək ki, Zakir Bədəlov Gürcüstanda doğulub, 90-cı illərin əvvəllərində Bakıya köçüb, Azərbaycan vətəndaşıdır. Onun həyat yoldaşı Nazilə Bədəlova isə Qusar rayonunda anadan olub: "Qusarda da nigah bağlamışıq. Qızım Gürcüstanda doğulub. Sonra bura köçmüşük. Birinci sinifdən qızım burada məktəbə gedib. Ümumiyyətlə, SSRİ dağılandan və sovet pasportu ləğv ediləndən son-ra mən Azərbaycan vətəndaşı olmuşam".
Zakir Bədəlov və onun həyat yoldaşı 2007-ci ildən başlayaraq, müxtəlif təzyiq, təhdid və hədə-qor-xulara məruz qalıblar. Bəs, bu təzyiqlər nədən başlayıb? Zakir Bədəlov deyir ki, 2006-cı ildə hazır-da yaşadığı evi tikməyə başlayıb və iki mərtəbə tikdikdən sonra imkanı olmadığından ev yarımçıq qalıb. Üçüncü mərtəbəni tikəndə dostluq və qohumluq münasibətində olduğu Gürcüstan vətəndaşı Zakir Mustafayev ona öz köməyini təklif edib: "Zakir Mustafayev evin yarımçıq qaldığını görüb soruşdu ki, Zakir, evi niyə yarımçıq saxlamısan, niyə tikmirsən? Dedim, pulum yoxdur. Dedi ki, mən sənə 60 min dollar borc pul verərəm, sonra mən ev tikəndə sən mənə borc verərsən. Razılaş-dıq. Zakir Mustafayev mənə 60 min dollar verdi, evi tikməyə başladım, yenə pulum çatmadı. Gəlib dedi ki, mən Rostova getmişdim, dostlar məni yaxşı qarşıladı, ordan yaxşı qayıtmışam, sənə yenə borc pul verə bilərəm, Bakıxanov qəsəbəsində, Dostoyevski küçəsində ev tikəcəyəm, evi tikəndə sən borcunu qaytararsan. Mən də dedim, gözüm üstə. "Qırmızı körpü"də Zakir Mustafayevin bacısı oğlu Paşa İsmayılovla axşamüstü üçlükdə görüşdük, Zakir mənə daha 30 min borc pul verdi. Ara-dan bir müddət keçəndən sonra, daha doğrusu, 2008-ci ilin avqustunda dedi ki, Zakir, sənə verdi-yim pulu mənə faizlə qaytar. O, mənə üst-üstə 90 min dollar vermişdi, ötən aylara görə həmin 90 min dolların faizini hesabladı və dedi ki, borcun 100 mindir. Sentyabrda isə 100 min dolları və borc verdiyi vaxtdan hər aya görə həmin məbləğin 5 faizini qaytarmağımı tələb etdi. Dedim, qardaş, mə-nə vaxt ver, bankdan pul tapım, verim. Dözmədi, üstümə adamlar, ev alanlar gətirdi ki, evini sat, pulumu ver. Kömək məqsədilə vermişdi, amma sonradan dedi ki, bacanağın Moskvada yaşayır, yaxşı pulu var, ondan al pulumu qaytar, faizini də ver. Mən də dedim ki, bacanağım evi başlayanda mənə 70 min pul verib, mən daha ondan pul istəyə bilmərəm. O da qayıtdı ki, sən onun ünvanını ver, biz gedib ondan lap bir milyon pul alarıq. Sonra da gəlib yoldaşıma deyib ki, Zakir mənə deyir ki, pulu bacanağımdan al. Yəni aranı qarışdırmaq istəyirdi. O biri tərəfdən də gəlib mənə deyirdi ki,
"Nazilə xanım deyir, evi satıb sənin pulunu verərik, ancaq sən evi satma, yoxsa Moskvaya gedəndə Naziləgil səni öldürtdürəcəklər".
Zakir Bədəlov deyir ki, Zakir Mustafayev borc pul verdikdən sonra kimlərsə onu öyrədiblər: "O mənə pul verəndən sonra kimlərsə onu öyrətdilər ki, Zakiri sıxaq-boğaq, pul alaq. Sonuncu dəfə bu adam məni hədələdikdən sonra Gürcüstana gedib və bir daha bura gəlməyib. Amma oradan MTN-in əməkdaşı Səlimə zəng edib ki, gedin, Zakiri basın içəri, sıxışdırın, arvadı məcbur olub bacısıgil-dən 200 min alıb sizə verəcək. Çünki bacısıgil çox varlıdır, yarım milyon da pul istəsəz, verəcək-lər".
Elə bundan sonra da ev alqı-satqısı ilə məşğul olan makler kimi Zakir Bədəlovun evinə gələn MTN əməkdaşları onu bayıra çıxarar və maşına oturdub MTN-ə aparırlar. Lakin buna qədər o, bir dəfə də MTN-ə aparılıb. Həmin hadisəni xatırlayan Nazilə Bədəlova deyir: "Yoldaşım mənə dedi ki, aşağı düş, mən Akif Çovdarovun yanına gedirəm. Səhər tezdən idi. Qara "Jeer" markalı maşın gəlmişdi. Yoldaşım həmin maşına minib getdi. Sadəcə getməzdən əvvəl Akif Çovdarovun telefon nomrəsini yazıb stolun üstünə qoydu. Yoldaşım gedəndən 3-4 saat sonra ondan bir xəbər çıxmadı. Sonra har-dansa zəng etdi ki, məni "podval"a atırlar. Mən də tanışlarımıza zəng vurdum ki, Zakirin başına be-lə bir iş gəlib. Hamı deyirdi ki, narahat olma, buraxacaqlar. 8 saat keçdi, gördüm buraxmırlar, daya-na bilmirəm, Akif Çovdarova zəng etdim. Dedim, mən Zakirin həyat yoldaşıyam. Dedi ki, siz nə cürətlə bura zəng etmisiniz? Mən də dedim ki, siz niyə yoldaşımı tutub aparmısız və orda saxlayır-sız? Akif Çovdarov yoldaşımın öz xoşu ilə MTN-ə gəldiyini dedi. Dedim, özü gəlibsə, buraxın. O da dedi ki, bu bizlikdir. Dedim ki, iki saata mənim yoldaşım evdə olmalıdır, onu qeyri-qanuni sax-lamısız. Düzünü desəm, iki saat keçməmiş yoldaşım evə gəldi. Xarici pasportunu və şəxsiyyət vəsi-qəsini almışdılar. Fikirləşdim ki, yəqin ara sakitləşəcək, gətirib verəcəklər. Bir-iki gün keçəndən sonra evə zəng gəldi, Səlim müəllim idi. Soruşdum nə istəyirsiz? Dedi ki, siz pasportunuzu mənə verməlisiniz. Səbəbini soruşdum. Dedi ki, siz Azərbaycada qeyri-qanuni yaşayırsız. Mən Azərbay-can vətəndaşı olduğumu, nə qızımın, nə də öz pasportumu verməyəcəyimi bildirdim. Pasportu mə-nə prezident, dövlət verib, o da ala bilər. Səlim müəllim bildirdi ki, bizim icazəmiz var. Dedim, ica-zəniz varsa, gedin pasport qeydiyyat şöbəsinə, mənim məlumatlarım oradadır, oradan götürün, bir də evə zəng edib məni narahat etməyin. O isə bildirdi ki, pasportu gətirib verməlisiniz, yoxsa sizin üçün pis olacaq. Sizi deportasiya edəcəyik, çünki ikili vətəndaşlığınız var. Mən də dedim ki, ikili vətəndaşlığım varsa, sübut edin. İkili vətəndaşlıq mənim nəyimə lazımdı? Sonra "elçilər" gəldilər, müxtəlif söhbətlər oldu ki, "bu qədər pul verin, məsələ həll olunsun". Mən də dedim ki, bir qəpiyim də yoxdur, özümüzün borcumuz var, nə qazanırıq ki, nə də verək. Bir var reket, amma siz dövlət adamısız, dövlət adamı reketlə məşğul olar? Hədə-qorxu gəldilər. Mən də dedim ki, bir dəfə yaran-mışıq, bir dəfə də öləcəyik. Öləndə də təmiz vicdanla ölərik, bəzi cibgirlər kimi yox. Bundan sonra xeyli vaxt keçdi, biz müxtəlif dövlət qurumlarına müraciət etdik. Bir gün bir cavan oğlan gəldi ki, evə baxmağa gəlmişəm, maklerəm. Yoldaşıma dedi ki, gəl çıxaq, mən bayır tərəfdən evə baxım. Yoldaşım da kostyumsuz, ev paltarında çıxdı, hava da soyuq idi. Bir neçə dəqiqədən sonra mağaza-da işləyən qadın gəldi ki, Nazilə qorxma, sənə bir söz deyəcəyəm. Mənim şəkərim var, ona görə eh-tiyat edirdi. Həmin qadın dedi ki, bəs, dörd nəfər Zakir müəllimin qollarını burub maşına saldılar. Bir "Jeer" qabaqda, ikisi də arxada getdilər".
Qeyd edək ki, bu olay, yəni Zakir Bədəlovun MTN tərəfindən növbəti dəfə saxlanılması 2011-ci ilin dekabrın 28-də baş verib.
Bu yerdə bir məqamı da vurğulayaq ki, Zakir Mustafayevdən 90 min dollar borc aldığını deyən Za-kir Bədəlov ona əvvəlcə 125, sonra isə 150 min ABŞ dolları qaytarıb. Zakir Bədəlov borcunu və faizi qaytardığını, hətta xeyli artıq pul verdiyini, qarşı tərəfin isə 90 min dollar qarşılığında 275 min dollar almaqla kifayətlənməyib ondan yenidən pul qoparmaq fikrinə düşdüyü və Akif Çovdarovu da bu işə cəlb etdiyini bildirir. Onun sözlərinə görə, daha 200 min ABŞ dolları almaq üçün Zakir
Mustafayev Akif Çovdarovla əlbir olub və onu deportasiya etməklə hədələyiblər. Hətta Zakir Bədə-lovun deportasiya edilməsi üçün müvafiq dövlət qurumları da bu işi cəlb olunublar.
Nazilə Bədəlova deyir ki, həyat yoldaşı saxlanıldıqdan sonra o, bu barədə polisə məlumat verib: "Mən tez üst qatdakı qızıma zəng etdim ki, monitora bax, gör atanı aparan kimdir. Maşınların nöm-rəsini götürdüm və polisə müraciət etdim. Polisdən bildirdilər ki, narahat olmayın, gəlin ərizə ya-zın. Qızım gedib polisə ərizə yazdı. Mənsə 102-yə zəng etdim və yoldaşımı aparan maşınların nöm-rələrini, lazımı görüntülər olduğunu dedim. Yenə bütün tanışlara zəng etdim. Sonra qızım mənimlə əlaqə saxladı və atasının zəng etdiyini dedi. Mən də tez yeznəmi çağırdım, -o, polkovnik-leytenant rütbəli hərbçidir, dərs deyir,- dedim Vaqif, gəl qızımla get, gör bu nə məsələdir. Aydın oldu ki, yol-daşımı deportasiya etmək üçün Miqrasiya Xidmətinə aparıblar. Qızım orda deyib ki, sizin nə ixtiya-rınız var ki, atamı bu şəkildə deportasiya edirsiz. Miqrasiya Xidmətində deyiblər ki, bizə MTN-dən məktub gəlib ki, bu adam Gürcüstan vətəndaşıdır, Bakıda qanunsuz olaraq yaşayır. Qızım da bildi-rib ki, hətta belə olsa da, bu əsas vermir ki, vətəndaşı zorla maşına basıb aparasınız. Ancaq onların Zakiri deportasiya etmək istəyi baş tutmadı. Çünki Miqrasiya Xidmətində lazımi araşdırmalardan sonra gördülər ki, Zakir Gürcüstan vətəndaşı deyil və onu sərbəst buraxdılar. Gürcüstan tərəfi Zaki-rin bu ölkənin vətəndaşı olmadığı barədə sənəd təqdim etdi ".
Akif Çovdarovla Zakir Mustafayevin əlbir olmalarına gəlincə, Nazilə Bədəlova bunu belə əsaslan-dırır: "Zakir Mustafayevin borcunu qaytardıqdan sonra Akif Çovdarov bizi deportasiya etməmək üçün 200 min ABŞ dolları tələb edirdi. Bununla bağlı Zakir Mustafayev evə zəng elədi ki, pulu nə vaxt verirsiz? Mən də dedim ki, nə pul verməliyik, yoldaşım sənin pulunu qaytarıb, hələ artıq pul da verib. O da dedi ki, yox, siz Akif Çovdarova 200 min verməlisiz. Mən bilərkdən Zakir Mustafa-yevə dedim ki, bəlkə o pulu 50/50-yə verək. Dedim görüm bunların əlaqəsi varmı? Ortaya bir şey çıxacaqmı? Bu söhbətdən 2-3 gün sonra yoldaşım mənə dedi ki, bu nə söhbətdir Zakir Mustafayevə demisən, artıq Akif Çovdarov bunu bilir. O vaxt başa düşdüm ki, Zakir Mustafayevlə Akif Çovda-rov əlbirdirlər".
Yuxarıda MTN-in zabiti Akif Çovdarovun Zakir Bədəlovu deportasiya etmək işinə bir sıra qurum-ları cəlb etdiyini qeyd etmişdik. Bunu Bədəlovların redaksiyamıza təqdim etdiyi sənədlər də təsdiq edir. Belə ki, Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəis müavini Le-van Qurskayanın imzası ilə Zakir Bədəlova göndərilən məktubda deyilir: "Bildiririk ki, Siz 30.09.1998-ci il tarixli Azərbaycan Respublikası vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan vətəndaşı deyilsiniz. Buna görə də 07.08.2010-cu il tarixdə Sabunçu rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi və 14.05.2005-ci ildə DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən müvafiq olaraq Sizə verilmiş AZE-07802278 nömrəli şəxsiyyət vəsiqəsi və P-1369393 nömrəli ümumvətəndaş pasportu müvafiq qaydada fəaliy-yətsizləşdirilmişdir".
Göründüyü kimi, DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi kor-koranə şəkildə, heç bir araşdırma aparmadan Zakir Bədəlovu deportasiya etmək istiqamətində Akif Çovdarovun iradəsini yerinə yetirib. Belə çıxır ki, MTN zabitinin sifarişi Azərbaycan qanunlarının fövqündə dayanır. Əks hala Zakir Bədəlovun Gürcüstan vətəndaşı olub-olmadığı barədə qonşu dövlətin müvafiq araşdırma aparıla və nəticəyə uyğun olaraq, vətəndaşa cavab verilə bilərdi. Digər tərəfdən, məktubda Azər-baycan Respublikası vətəndaşlığı haqqında Qanuna istinad edilsə də, lakin məhz hansı cəbəbdən, hansı maddələrə əsasən, Zakir Bədəlovun Azərbaycan vətəndaşı olmadığı əsaslandırılmayıb. Bu da bir daha DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məsələyə başdansovdu yanaşdığını göstərir.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti 08.12.2011-ci ildə Zakir Bədəlovun Azərbaycandan de-portasiya edilməsi barədə qərar verib və icra olunması üçün onu Baş Pasport Qeydiyyat və Miqrasi-ya İdarəsinə göndərib. Deportasiya qərarı veriləndən, eyni zamanda Baş Pasport Qeydiyyat və Miq-rasiya İdarəsi tərəfindən vətəndaşın şəxsiyyət vəsiqəsi və ümumvətəndaşlıq pasportu fəaliyyətsiz-ləşdirildikdən sonra nəhayət ki, Gürcüstan Respublikasının Bakıdakı səfirliyinin konsulluq şöbəsinə
sorğu göndərmək idarə rəhbərliyinin yadına düşür. Bu sorğuya verilən cavabdan sonra Miqrasiya İdarəsi Zakir Bədəlovun deportasiya olunması barədə qərarın icrasını müvəqqəti olaraq (?) dayan-dırmaq məcburiyyətində qalır. Belə ki, Gürcüstan Respublikasının Bakıdakı səfirliyinin konsulluq şöbəsi Zakir Bədəlovun Gürcüstan vətəndaşı olmadığını təsdiqləyir.
Bütün bunlar hüquq-mühafizə orqanları tərəfindən Bədəlovların hüquqlarının pozulmasına dair faktların bir hissəsidir. Belə ki, Nazilə Bədəlovanın bildirdiyinə görə, dəfələrlə MTN zabiti Akif Çovdarov, Səlim müəllim, xüsusən də Zakir Mustafayev tərəfindən təzyiq və təhdidlərə məruz qal-malarına baxmayaraq, polis orqanları bu barədə şikayətləri araşdırmaq əvəzinə təzyiq faktlarını ört-basdır etməyə, qarşı tərəfə bəraət qazandırmağa çalışıb. Hətta Zakir Mustafayev Zakir Bədəlovun üstünə silah çəksə də, bu barədə heç bir tədbir görülməyib. Belə ki, 13.05.2010-cu il tarixdə Nazilə Bədəlova Zakir Mustafayevin ona hədə-qorxu gəlməsi ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə şikayət edib. Bölmənin təhqiqatçısı, polis kapitanı Samir İslamov isə hədə-qor-xu gəlinməsi faktına göz yumaraq, borc məsələsini qabartmış, işdə cinayət tərkibi olmadığını, tərəf-lərin mübahisəsinin mülki məsələ ilə bağlı olduğunu önə çəkərək cinayət işi başlanılması barədə tə-ləbi rədd edib. Bundan sonra Nazilə Bədəlova Sabunçu rayon Məhkəməsinə müraciət edib. Məhkə-mənin bu müraciətlə bağlı çıxardığı qərarda bildirilir: "Məhkəmə çıxış edən şəxsləri dinləyib, təq-dim olunmuş materialları tam öyrənərək hesab edir ki, Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqatçısı İslamov Samir İsa oğlunun cinayət işinin başlanılmasının rədd edilməsi barədə 13 may 2010-cu il tarixli qərarı Bədəlov Zakir Dilənçi oğlu və Bədəlova Nazilə Cavid qızının şikayəti üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan qəbul edildiyindən ləğv edilərək şikayət ərizəsi üzrə əlavə araşdırma aparılmalıdır: "Belə ki, iş materiallarına əlavə edilmiş Gürcüstan Respublikası Ədliyyə Nazirliyinin Marneuli Rayon Prokurorluğunun 28 iyun 2011-ci il tarixli 13/14-21523 nömrəli Nazilə Bədəlova və Zakir Bədəlova ünvanlanmış məktubun-dan görünür ki, onların ərizəsinə əsasən, Marneuli rayon Prokurorluğunda Zakir Mustafayevin hə-də-qorxu gəlmək faktı üzrə Gürcüstan CM-nin 151-ci maddəsi ilə cinayət işi başlanmış və hazırda cinayət işi üzrə istintaq gedir.
Bədəlova Nazilə Cavid qızının şikayət ərizəsi əsasında Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqatçısı İslamov Samir İsa oğlu tərəfindən araşdırma aparılmış və toplanılmış mate-rialda cinayət hadisəsi müəyyən edilməməsi səbəbindən material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair 13 may 2010-cu ildə qəbul edilmiş qərarın əsaslandırıcı hissəsində göstəril-mişdir ki, "araşdırma zamanı vətəndaş Mustafayev Zakir Nurəddin oğlu Gürcüstan Respublikasında olduğu üçün onun izahatını almaq mümkün olmamışdır, lakin sonuncu özünün deməsinə görə öz xətti ilə yazılmış izahat göndərərk Bədəlov Zakirin 2005-ciildə Gürcüstan Respublikasına gələrək ondan 5 faiz olmaqla 110000 ABŞ dolları almış, lakin sonuncu pulu ödəmədiyinə görə faiz yüksəl-mişdir. Z.Mustafayev qohumu Həbibov Əbdülün vasitəsilə Bədəlov Zakirdən 2007-ciilin may ayın-da 125000 ABŞ dolları, 2008-ci ilin avqust ayında 150000 ABŞ dolları aldığını, lakin sonuncunun ona borcu qaldığını bildirmişdir". Göründüyü kimi, qərarın təsviri əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, Bədəlova Nazilə Cavid qızı şikayət ərizəsində və araşdırma zamanı verdiyi izaşatında, həmçinin Bədəlov Zakir araşdırma zamanı verdiyi izahatında Zakir Mustafayevin onlardan hədə-qorxu ilə pul tələb etməsini göstərsələr də, təhqiqatçı tərəfindən bu xüsusata hüquqi qiymət verilməmiş, hədə-qorxunun nədən ibarət olması araşdırılmamışdır. Qə-rarın əsaslandırıcı hissəsində isə Bədəlova Nazilənin şikayət ərizəsi əsasında toplanmış materialda "cinayət hadisəsinin olmaması, mülki məsələ olması və məhkəmədəhəll olunmalı" olduğu göstəril-sədə, nəticə hissəsində toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından faktla bağlı ci-nayət işinin başlanmasının rədd edilməsi göstərilmişdir".
Məhkəmənin qərarında o da bildirilir ki, toplanmış materialdan və qəbul edilmiş qərardan şikayət ərizəsi üzrə araşdırma zamanı yalnız şikayət vermiş şəxsin, onun ərinin və Həbibov Abdul Məm-məd oğlunun izahatlarının alındığı görünür: "Qəbul edilmiş qərarın əsasını yalnız bu şəxslərin ver-dikləri məlumatlar təşkil edir. Azərbaycan Respublikası CPM-nin 207.4 maddəsinə əsasən, törədil-miş və ya hazırlanan cinayət haqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araş-dırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və di-
gər şəxslərdən izahatları tələb edə, habelə hadisə yerinə baxış keçirə bilər. Göründüyü kimi, cinayət haqqında məlumatlar əsasında tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün CPM-də kifa-yət qədər prosessual hüquqi əsaslar vardır. Yəni aparılan araşdırma zamanı cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin toplanması üçün prosessual əsaslar mövcuddur. Lakin təhqiqatçı tərəfindən aparılan araşdırma zamanı şikayət ərizəsi üzrə göstərilən məlumatlar nəinki tam və hər-tərəfli yoxlanılmamış, hətta şikayətçinin və onun ərinin izahatı da səthi və qeyri-obyektiv alınmış-dır. Belə ki, şikayətçinin izahatı alınarkən, ona şikayət ərizəsində göstərdikləri məlumatları təsdiq və ya təkzib edəcək suallar verilməmiş, eləcə də şikayətçi izahatının axırında Zakir Mustafayev tə-rəfindən hədələndiyini göstərsə də təhqiqatçı tərəfindən həmin hədənin nədən ibarət olması, hansı formada və kimlər tərəfindən edilməsi aydınlaşdırılmamışdır".
Bütün bu məqamları əsas götürən məhkəmə 12 oktyabr 2011-ci ildə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqatçısı İslamov Samirin cinayət işinin başlanmasının rədd edilməsinə dair 13 may 2010-xu il tarixli qərarını, qanunsuz və əsassız olduğundan ləğv edib. Eyni zamanda məhkəmənin qərarı ilə şikayət ərizəsi üzrə araşdırmanın aparılması Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə həvalə edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?