GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “İndi Gürcüstanda müxalifət daha populyardır”

“İndi Gürcüstanda müxalifət daha populyardır”

Tarix: 26-10-2015, 21:31 Bölmə :Ölkə Baxış: 0
“İndi Gürcüstanda müxalifət daha populyardır”

Azər Süleymanov: “Gürcüstan 1990-cı illərin duruma qayıdır, reketlər, oğrular ortaya çıxıb”

Gürcüstan parlamentinin üzvü Azər Süleymanovla müsahibəni təqdim edirik.

- Azər müəllim, Gürcüstanda ictimai-siyasi durumu necə qiymətləndirirsiniz?

- Gürcüstan tədricən 1990-cı illərin əvvəllərinə qayıdır. Kriminal ünsürlər çoxalır, ölkədə işsizlik bumu artıb, cinayətlər artıb, Gürcüstanın milli valyutası dollar qarşısında devalvasiya edir. Hökumətdə bu prosesi seyr edir. Hesab edirəm ki, Gürcüstan hökuməti bununla eyni zamanda milli azlıqlarla işləmir. İqtisadi baxımdan durum getdikcə pisləşir. Bu mənə 1990-cı illəri xatırladır. Demək olar ki, Tiflisdə hər gün mitinqlər, etiraz piketləri keçirilir, insanlar nələrsə bağlı etirazlarını ifadə edirlər. Mətbuata da müəyyən qədər basqı var. İndi hakimiyyətdə olan partiya onun sözünü deməyən qəzetlərə qarşı addımlar atırlar. Konkret olaraq Rustavi-2 kanalına təzyiqlər mövcuddur. Əlbəttə, bu dözülməz haldır. Bir sözlə, biz 1990-cı illərin duruma qayıdırıq, reketlər, oğrular ortaya çıxıb. Müxalifətin durumu da ortalıqdadır. 2012-ci ildə indi hakimiyyətdə olan “Gürcü Arzusu” koalisiyası müəyyən vədlər irəli sürdü. Məsələn, xalqa vəd verdilər ki, iqtidar başına keçsələr mavi yanacağın qiymətini ucuzlaşdıracaqlar, neftin qiymətini endirəcəklər, insanlara faizsiz kreditlər veriləcək, zavod və fabriklər açacaqlar. Ancaq sizə deyim ki, bu vədlərin heç biri yerinə yetirilmədi. Üstəlikdə ölkədə kriminal durum, korrupsiya halları artmağa başladı. Camaat “Gürcü Arzusu” blokunun irəli sürdüyü seçki platformasına və vədlərinə inanaraq səs vermişdi. Amma bu vədlər 2012-ci ildən havadan asılı qalıb. Üstəlik onlar hakimiyyətə gəldikdən sonra ancaq özlərini və yaxınlarını düşünməyə başladılar, gürcü xalqı isə onların yadından çıxdı. Gürcüstanın indiki durumu belədir. Siyasi durum xoşagəlməzdir. Onu da vurğulayım ki, hakim koalisiyanın daxilində də müəyyən fikir ayrılıqları müşahidə olunur. Mütəmadi olaraq istefalar olur, parçalanmalar olur, bir-birindən ayrılırlar. Həmçinin prezidentlə baş nazir arasında fikir ayrılıqları özünü büruzə verir. Əslində danışmaq üçün çox məqamlar var.

- Müxalifətin təmsilçisi olaraq öz düşərgənizdəki situasiyanı necə qiymətləndirirsiniz?

- Müxalifətin güclənməsi prosesinin baş verdiyini düşünürəm. Ümumən sizə deyim ki, Gürcüstanda son günlər rəy sorğusu keçirilib. Həmin rəy sorğusunda Gürcüstan əhalisinin 53 faizi faktiki olaraq heç bir partiyaya üstünlük verməyib, fikrini bildirməyib. Yerdə qalan əhalinin 15 faizi Saakaşvilinin sədri olduğu və mənim təmsil etdiyim Vahid Milli Hərəkat Partiyasını dəstəkləyib. İndi iqtidarda olan “Gürcü Arzusu” təşkilatı isə 11 faiz səs toplayıb. Məncə, bu iqtidarda olan partiya üçün zəif göstəricidir. Bu gün çoxluq deyir ki, Gürcüstan əhalisi nə görübsə, 2003-2012-ci illərdə görüb. Bu illər ölkədə dirçəliş ili olub, əksər sahələr üzrə ciddi islahatlar həyata keçirilib, ölkədə korrupsiya və rüşvət yığışdırılıb. Lakin hakimiyyət

dəyişdikdən sonra bizim partiyanın apardığı reformalar dayandırılıb, nəticədə Gürcüstan iqtisadiyyatı, kənd təsərrüfatı geriyə düşüb. Real durumu mən belə qiymətləndirirəm.

- Gürcüstanda növbəti parlament seçkiləri nə zaman keçiriləcək?

- Bizdə seçkilər 2016-cı ilin oktyabrında keçiriləcək.

- Müxalifət qüvvələri seçkilərə hazırlaşır, yoxsa əsasən işini media vasitəsilə qurur?

- Sözsüz ki, seçkilərə 1 il qalır. Bu uzun müddətdir. Ancaq tədricən müxalifət partiyaları regionlara çıxır, işlərini qurur, insanlarla təmasda olurlar. Hazırda onu demək olar ki, ölkədə müxalifət iqtidardan daha nüfuzlu, daha populyardır.

- Necə düşünürsünüz, 2016-cı ilin seçkilərindən sonra Gürcüstanda siyasi təsnifatlaşdırma nmecə olacaq?

- Bilirsinizmi, bu haqda indidən kimsə konkret fikir ifadə edə bilməz. Bu təsnifatlaşdırmanı parlament seçkilərinin nəticələri müəyyən edəcək. Məhz seçkidən sonra hansı partiyanın neçə faiz səs aldığı bəlli olacaq. Bundan sonra isə hökuməti qurmaq üçün koalisiyanın olacağı və ya bir partiyanın hakimiyyətə gələcəyi bəlli olacaq. Əgər müxalifət olaraq bizim partiya səs çoxluğu ilə qalib gəlsə, şübhəsiz ki, hakimiyyət Saakaşvilinin partiyasına keçəcək. Bundan sonra Gürcüstanda reformalar yenidən davam etdiriləcək. Yox, əgər, Gürcüstan və seçicilər indiki dövrdə yaşamaq istəyəcəksə, bu zaman durum fərqli olacaq. Amma sizə deyim ki, biz partiya olaraq hər yerdə işləyirik, insanlarla təmasda oluruq. İndi insanların fikirlərində ciddi dəyişikliklər baş verir, heç kim indiki iqtidara səs vermək niyyətində deyil. Odur ki, hakimiyyətin əlində sadəcə olaraq inzibati resurslar qalıb.

- Demək burada söhbət həm də Saakaşvilinin özündən deyil, onun sədri olduğu partiyanın iqtidara gəlməsi məsələsindən gedə bilər...

- Saakaşvili ciddi siyasi fiqurdur. Lakin iş ondadır ki, hazırda Gürcüstanda ona cinayət işi açılıb. Bildiyim qədər keçmiş prezident seçkilərə qədər Gürcüstana gəlməyəcək. Hazırda Odessanın qubernatorudur və orada böyük islahatlar həyata keçirir. Onun bura gəlməsi ehtimalı 2016-cı ilin oktyabrından sonra reallaşa bilər. Əgər seçkilərdə bizim partiyamız çoxluğu qazana bilsə, əhali Saakaşvilini Gürcüstana dəvət edəcək. Bundan sonra cənab Saakaşvili hansısa bir formada hakim komandada təmsil olunacaq.

- Bu yaxınlarda Gürcüstanın baş naziri Bakıda səfərdə olub, müəyyən görüşlər keçirib. Bu haqda məlumatlısınızmı?

- Sözsüz ki, məlumatlımız var. Azərbaycan Gürcüstanın strateji müttəfiqidir. Ancaq qeyd edim ki, mənim müşahidəmə görə, baş nazir balaca uşaq kimi cənab prezident İlham Əliyevdən üzr istəmək və ya izahat vermək məqsədilə ora səfər edib. İkincisi, sizə deyim ki, baş nazirin Gürcüstanda çəkili siyasi reytinqi yoxdur. O, faktiki olaraq İvanişvilinin adamıdır və onun dediyi ilə hərəkət edir. Bildiyiniz kimi SOKAR şirkəti Gürcüstanı 90 faiz qazla təmin edir, bizim ölkədə böyük fəaliyyəti var. Amma bizim məlumatımıza görə, Gürcüstan hökuməti ölkəyə qaz nəql etməsi üçün başqa bir dövlətlə danışıqlar aparıb, ölkəyə əlavə qaz daxil etmək istəyib. Bu xəbər çıxdıqdan sonra bir növ sensasiya oldu, siyasətçilər bu haqda danışmağa başladı, iqtidar-müxalifət bir-birinə qarışdı. Elə iqtidar komandasının daxilində də, bu problem yarandı. Elan olundu ki, Azərbaycan ən çətin məqamda Gürcüstana dəstək verib, bu ölkənin ən yaxın qonşusudur, strateji müttəfiqidir. Bu halda hansı səbəblərdən baş nazir başqa ölkə ilə qazla bağlı danışıqlar aparıb. Ola bilsin ki, baş nazirin qəfildən Bakıya səfər etməsi baş verdi. Mənim fikrimcə, səfər etməklə Azərbaycana izahat vermək istəyiblər. Bildiyiniz kimi baş nazirdən sonra xarici işlər naziri də Azərbaycana səfər etdi. Hazırda Gürcüstan hökuməti qərb və Avropa meylli siyasətdən imtina edib.

- Gürcüstanda yaşayan soydaşlarımızın durumu necədir?

- Bu da, ciddi mövzulardan biridir. Hesab edirəm ki, durum yaxşı deyil. Hamısı işsiz-gücsüz, çayxanalarda. Azərbaycanlılar az qala burada ikinci sorta çevrilir. Müəyyən məsələlər gündəmə çıxır. Azərbaycanlıların iqtisadi durumu günü-gündən geriyə düşür. Bildiyiniz kimi bizimkilər əsasən bazara gedirdilər, istehsal etdiyi məhsulları satırdılar. Lakin son aylar iqtisadi böhran müşahidə olunur, dolların qarşısında lari devalvasiya edir. Bu da, soydaşlarımıza ciddi çətinliklər yaradır. Bu mənada vəziyyət pisdir, acınacaqlıdır. Kiçik biznesi olan soydaşlarımızın da artıq rentabelli fəaliyyəti yoxdur. Mən bütün bunları təəssüf hissi ilə qeyd edirəm. Anlayıram ki, iqtisadi böhran hər bir ölkədə var, müşahidə edilir. Lakin Gürcüstan kiçik ölkədir, böyük milli sərvətləri yoxdur, yalnız turizmdən gələn maliyyə hesabına yaşayır. Bəzən vergi müfəttişləri kiçik obyektlərdən tutmuş iri müəssisələrə qədər hamısına vergi cəriməsi tətbiq edir. Bu da, insanları sındırır. Azərbaycanlılar isə əsasən kənd təsərrüfatı xarakterli yerlərdə məskunlaşıb yaşayırlar. Lakin iş ondadır ki, başqa regionlara texnika aparırlar, bizim regionda isə bu da problemdir.

- Son günlər Gürcüstan mediasının müəyyən hissəsində “Borçalı” Cəmiyyətinə qarşı kampaniya aparılır. Buna səbəb nədir?

- Əsas kampaniya “İmedi” kanalında aparılıb. Bu Bizdina İvanişvilinin kanalıdır. Bəzi qəzetlərdə bu haqda yazıblar. Bilirsinizmi, mən özüm “Borçalı” Cəmiyyətinin təşkil etdiyi Elat tədbirində bir neçə dəfə iştirak etmişəm. Sonuncu tədbirə qubernatorda qatılmışdı. Ola bilsin ki, bu tədbirlər

kiminsə xoşuna gəlmir. Bu tədbirlərdə heç vaxt Gürcüstanın ərazi bütövlüyünə qarşı fikirlər olmayıb. Bunu rəsmən deyirəm. Əgər belə bir fakt olsaydı, mən özüm həmin şəxsi Gürcüstandan qovardım. Çünki Gürcüstan bizim vətənimizdir, bizdə vətənimizin hər bir qarış torpağı üçün ölməyə hazırıq. Heç vaxt istəmirik ki, Gürcüstan-Azərbaycan münasibətlərində problem olsun. Elat bayramında dostluq və qardaşlıqdan başqa heç bir şey olmayıb. Sadəcə olaraq 5-10 min azərbaycanlının bir araya gəlməsi kimlərisə qane etmir, bundan çəkinirlər. Mən bunu sadəcə olaraq qorxaqlıq hesab edirəm. Biz Gürcüstan vətəndaşıyıq, bura bizim vətənimizdir. Biz heç vaxt imkan vermərik ki, burada Gürcüstan dövlətinə qarşı fikirlər işlənsin. Bununla razılaşmarıq. Ancaq reallıq budur ki, belə bir hallar da olmayıb. Sadəcə olaraq indiki iqtidarın pozisiyası belədir ki, 5-6 azərbaycanlı bir araya gəlməsin.

- 2016-cı ildə namizədliyinizi irəli sürəcəksiniz?

- Bu haqda mən konkret bir söz deyə bilmərəm. Seçkilərə 1 il zaman var. İkincisi, bu məsələni təkcə mən həll etmirəm. Namizədliyim partiya xətti ilə irəli sürülür. Əlbətdə, biz burada təhlil aparacağıq, camaatın fikirlərini öyrənəcəyik. Bir neçə namizədimiz var, hansı layiq olsa, onunda namizədliyini irəli sürərik. Millət vəkilinin məqsədi seçildiyi rayonun dirçəlişidir. Bizdə bu məqsəd ətrafında birləşib addım atacağıq.

HÜSEYN ABBASOĞLU

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gürcüstan azərbaycanlıları etiraza qalxdı - Deputat hökumətə müraciət etdi

    Gürcüstan azərbaycanlıları etiraza qalxdı - ...

    7-01-2020, 22:17

  • 
  • Gürcüstan parlamenti sədrinin Azərbaycana səfər proqramı açıqlanıb

    Gürcüstan parlamenti sədrinin Azərbaycana səfər ...

    20-06-2019, 11:06

  • 
  • Rövnəq Abdullayev: “SOCAR-ın dəstəyi ilə Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlıların sayı artıb”

    Rövnəq Abdullayev: “SOCAR-ın dəstəyi ilə ...

    10-02-2020, 19:36

  • 
  • “Azərbaycanlıların təhsil, iş, inteqrasiya problemləri var”

    “Azərbaycanlıların təhsil, iş, inteqrasiya ...

    17-01-2017, 18:02

  • 
  • Gürcüstanda yeni parlament sədri seçilib

    Gürcüstanda yeni parlament sədri seçilib ...

    25-06-2019, 15:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (423)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu