Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Qaçağan kəndinin sakinləri yerli polis şöbəsinin qarşısında etiraz aksiyası keçiriblər.
Kənd sakinləri son zamanlar kənddə mal-qara oğurluğunun artmasına etiraz ediblər.
Kənddəki son durum haqqında Modern.az-a danışan Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov aksiyanın Gürcüstanın gündəminə çevrildiyini deyib: "Qaçağan kəndində son 4-5 ay ərzində əhalinin 100-ə yaxın mal-qarası oğurlanıb. Nə şikayətə baxan var, nə araşdıran. Yeganə dedikləri odur ki, kimdən şübhələnirsiniz, deyin, gedək tutaq. Axı insanlar kimin oğurladığını bilsələr, polisə heç ehtiyac qalmaz. İnsanların dövlətə qarşı da ümidi kəsildiyindən aksiya keçirir".
Azər Süleymanovun sözlərinə görə aksiya iştirakçıları polisə vaxt qoyub: "Əgər problemlər həll olunmasa daha geniş miqyaslı aksiya keçirəcəklər. Tək kənddə deyil, Marneulidə, Tiflisdə də aksiyalar ediləcək. Gürcüstan hökuməti azərbaycanlıların probleminə biganə yanaşmamalıdır"
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?