GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan dilinə rəsmi olaraq 2500 yeni termin daxil edilir.

Azərbaycan dilinə rəsmi olaraq 2500 yeni termin daxil edilir.

Tarix: 27-10-2015, 17:27 Bölmə :Ölkə Baxış: 0
Azərbaycan dilinə rəsmi olaraq 2500 yeni termin daxil edilir.

Azərbaycan dilinə rəsmi olaraq 2500 yeni termin daxil edilir.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Trend-ə bildirib ki, həmin terminlər yeni hazırlanan və artıq çap olunma ərəfəsində olan izahlı dilçilik lüğətinə daxil edilib.

Lüğətdəki terminlər son 2-3 il ərzində dilimizə yeni daxil olan və dilin daxili imkanları hesabına yaranan sözlərdir. Terminlər müxtəlif sahələr - informatika, iqtisadiyyat, riyaziyyat, kimya, tibb sahələri üzrədir. Yeni terminlərin sırasında informatika sahəsi üzrə olan sözlər çoxluq təşkil edir.

S.Sadıqova əlavə edib ki, yeni terminlər indiyədək Azərbaycan dilinin orfoqrafiya, eləcə də izahlı lüğətinə daxil edilməyib.

Trend yeni terminlərin bir neçəsini oxuculara təqdim edir:

AYFON - Səs, rabitə və görüntü imkanlarını özündə birləş­dirən simsiz multimedia qurğusu.

AYPƏD - İnternetə fərdi qoşulma cihazı; klaviaturasız noutbuk.

BİOPSİYA - Xəstəliyin xarakterini mikroskopla müəyyən etmək üçün canlı orqanizm toxumasından kiçik bir parçanın kəsilib müayinə edilməsi.

CAKUZİ - Suyun xüsusi sistem üzrə dövr etdiyi və yüksək təzyiqlə vurulduğu vanna.

CEKPOT - Lotereyada böyük məbləğli uduş.

ÇAT - İnternet şəbəkəsi dialoq rejimində qısa mətn məlumatları ilə mübadilənin təşkili. Bu halda dialoq iştirakçıları klaviatura vasitəsilə sorğu göndərir və displeyin ekranında cavabı alır.

ÇAT SEANS - İnternet şəbəkəsində qarşılıqlı dialoqun əsas forması.

ÇİLƏYİCİ HOVUZ - Su dövranlı basqılı boru kəmərləri sistemi ilə təchiz olunmuş açıq çən.

ÇİP - 1. Mürəkkəb siqnal elementi. Bu siqnalın uzunluğu informasiyalı simvolun uzunluğundan dəfələrlə azdır. 2. Bir kristal üzərində yarımkeçirici mikrosxem.

ÇİP SÜRƏTİ - Geniş skeptrli sistemdə siqnalların verilmə sürəti. Takt tezliyi giriş siqnalın tezliyindən dəfələrlə çoxdur.

ÇİPS - Lay-lay doğranmış və yağda qızardılmış kövrək, xırçıldayan kartof dilimləri.

ÇİZBURQER - İsti qəlyanaltı; ikiyə bölünmüş və arasına kotletlə pendir qoyulmuş ədviyyatlı dairəvi kökə.

DATA KART - İnformasiya əməliyyatlarını yerinə yetirmək üçün elektron kart.

DAYCEST - Rəqəmli imza rolunu oynayan qısa şifrələnmiş məlumat. Bu rabitə kanallarında şifrə edilməmiş məlumatlar birgə ötürülür.

DEBET - Müəssisənin (bankın) borclarının miqdarını göstərən, mühasibat hesablarının sol tərəfidir. Aktiv hesablarda debet sayılan məbləğin artmasını, passiv hesablarda isə azalmasını göstərir. Bütün iqtisadi hesablaşmalar bir hesabın debetinə və digər hesabın kreditinə yazılır.

DEBET NOT - Bu və ya digər səbəblərə görə ödənilməli olan, sonuncu müəyyənləşdirilmiş məbləğin debet hesabına yazılması barədə bir tərəfin o biri tərəfə göndərdiyi bildiriş.

DEBET KARTI - Alıcının cari hesabından onun tərəfindən alınmış mal və xidmətlərə görə pul silinməsini həyata keçirən mikroprosessor kartoçka.

DEBİTOR - Kredit (borc) verilmiş hüquqi və ya fiziki (borclu) şəxslərdir.

DEBİTOR BORCLARI - 1. Debitorlardan, yəni hüquqi və ya fiziki şəxslərdən müəssisəyə çatacaq borcun məbləğidir. Debitor borcu iqtisadi fəaliyyətin normal prosesi və ya maliy­yə, yaxud ödəmə intizamının pozulması ilə əlaqədar ola bilər. Debitor borcu xammal və materialların alınması üçün dövriy­yə vəsaiti çatışmazlığında vaxtsız ödəmə hallarında, müəssisə dayanarkən işçilərə əmək haqqının verilməsində müəssisənin dövriyyəsindən vəsaitin ayrılmasını əks etdirir. 2. Şirkətin gəlir­lərinin ümumi məbləğinin qeyri-müəyyənliyi nəticəsində, hələ­lik üçüncü şəxs tərəfindən daxilolmaların hesaba yazılmamış gəlirləridir.

DEBURS - Qaytarıla bilməyən ticarət və digər xərclər.

DEVALVASİYA - Pul vahidinin, qızıl məzənnəsinin rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyu­taya görə məzənnəsinin aşağı düşməsi deməkdir. İnflyasiya, tədiyyə balansının defisiti (kəsiri) pul dövriyyəsinin pozulması nəticəsində digər ölkələrin valyutası ilə müqayisədə bir ölkənin valyutasının dəyişmə məzənnəsinin birdəfəlik aşağı düşməsi,qiymətdən düşməsidir. Devalvasiya zamanı ixrac olunan mallar ucuzlaşır, idxal olunan mallar isə bahalaşır.

DƏRƏCƏ PROFİLİ - Təhsil proqramı və ya ixtisaslaşma xüsusiyyətlərinin təsviridir. Bu tanıdıcı, təhsil proqramının məxsusi məqsədlərinə əsaslanan proqramın əsas xüsusiy-yətlərini, tədris olunan fənlərin akademik xəritəsinə və ya tematik təlimlərə necə uyğunlaşmasını və peşəkar ictimaiyyətə nə dərəcədə aid olmasını göstərir. Cəmiyyətin və konkret fənn sahəsinin birgə ehtiyaclarının, o cümlədən sözügedən təhsil proqramının təsis edilməsi üçün tələb olunan maliyyə və kadr resurslarının təhlili prosesinin nəticəsində yeni dərəcə profili təsis edilə bilər.

DİCEY - Səsyazma daxil edilməklə, şərh, zarafat və reklamla müşayiət olunan musiqili verilişin və ya əsasən, musiqi üzərində qurulmuş radio proqramının aparıcısı.

DİSKRESİON SİFARİŞ - Qeydiyyatdan keçmiş nüma­yəndəyə və ya digər broker firmasına qiymətli kağızların seçil­məsi, qiymətli kağızların miqdarı və həmçinin alqı-satqı haq-qında müştəri adından xüsusi qərarlar qəbul edilməsinə səla­hiyyət verən sifarişdir.

DİSKRESYA SİYASƏTİ - Qanunverici və icraedici orqanın qərarında daha çox dəyişən iqtisadi vəziyyətə nəzərdə tutulan çevik siyasətdir.

DİSKRETLƏŞDİRMƏ - Fasiləsiz analoq siqnallarının diskret impulslar ardıcllığına çevrilməsi prosesi.

DİSKRET İSTEHSAL - Məhsulların fasilələrdə istehsal edildiyi metoddur. Məsələn, avtomobillərin, kompüterlərin və s-nin istehsalı.

DİSKRET KƏMİYYƏTLƏR - Müxtəlif qiymətli tapşırıqlara verilmiş fasiləsiz ölçülərin əksi olan kəmiyyətlər. İqtisadiyyatda üstünlük təşkil edən diskret anlayışlardan, göstəricilərdən istifadə edilir. Onlar qeydə alınır, ölçülür, müəyyən vaxt və müxtəlif anlarda hesablanır (saat, gün, həftə, ay, rüb, il, bir neçə il).
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşrə göndərilib

    "Azərbaycan dilinin orfoqrafiya lüğəti" ...

    18-11-2019, 12:31

  • 
  • Bu adlar qadağan olundu - SİYAHI

    Bu adlar qadağan olundu - SİYAHI ...

    1-12-2015, 13:38

  • 
  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti hazırlanır

    Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti ...

    1-11-2017, 18:11

  • 
  • Azərbaycanda bu adlar qadağan edildi - SİYAHI

    Azərbaycanda bu adlar qadağan edildi - SİYAHI ...

    15-07-2016, 15:21

  • 
  • Dil Qanununu pozan KİV-lər bağlanmalıdır

    Dil Qanununu pozan KİV-lər bağlanmalıdır ...

    25-01-2014, 14:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (423)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu