GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Polis generalı harınlamış məmurlara qarşı

Polis generalı harınlamış məmurlara qarşı

Tarix: 25-02-2013, 11:10 Bölmə :Ölkə Baxış: 12 893
Polis generalı harınlamış məmurlara qarşı

Sahib Mirzəyev “plyonka ovu”nda

KİV-dən də məlum olduğu kimi, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi general-mayor Sahib Mirzəyevin öz vəzifəsinə təyin olunduğu ilk gündən etibarən vətəndaşların qanunlara riayət etməsi baxımından ciddi yeniliklərə imza atıb. Bugünlərdə bilgili qaynaqdan redaksiyamıza verilən məlumatda S.Mirzəyevlə bağlı yeni məqamlar yer alıb.

General reyd başında

Mənbənin sözlərinə görə, ölkə başçısının plyonkalarla bağlı məlum çıxışından sonra respublikanın bütün şəhərlərində olduğu kimi Sumqayıtda da silsilə reydlərə start verilib. İşin ən maraqlı tərəfi isə S.Mirzəyevin şəxsən özünün bu cür reydlərdə iştirak etməsi ilə bağlıdır: “Ölkə başçısının plyonkalı avtomobillərlə bağlı xəbərdarlığından sonra DYP əməkdaşları ardıcıl reydlərə başlayıb ki, bu reydlər respublikanın üçüncü ən böyük şəhəri olan Sumqayıtda fasiləsiz surətdə həyata keçirilməkdədir. Sumqayıtda keçirilən “plyonka ovu”nun ən mühüm özünəməxsusluqlarından biri şəhər polis idarəsinin rəisi general S.Mirzəyevin şəxsən bu reydlərdə iştirakı ilə bağlıdır. Keçirilən reydlərin səviyyəsi ilə tanış olmaq üçün Sumqayıtın DYP əməkdaşları tərəfindən keçirilən reydlərə qatılan general, avtomobilində pərdə və ya plyonkadan istifadə edən şəxslərin cəzalandırılması, müvafiq protokolların yazılmasına da şahidlik edib. Bugünün özündə də S.Mirzəyevin günün müxtəlif saatlarında reydlərə qatılaraq qayda pozuntularına qarşı aparılan mübarizəni şəxsən nəzarətdə saxlayır”.

Polis generalı həmkarlarına da güzəştə getməyib

Məlumatlı mənbənin bildirdiyinə görə, yol polisinin keçirdiyi reydlərdə iştirak edən S.Mirzəyev reyd əsnasında qaydanı pozan yüksək çinli polis məmurlarını da cəzalandırıb: “S.Mirzəyevin iştirak etdiyi reydlər zamanı xeyli sayda maraqlı olaylar baş verib. Bunlardan biri qayda pozuntusu ilə diqqət çəkən bəzi yüksək vəzifəli polis əməkdaşlarının S.Mirəzyevin zavalına gəlməsi ilə bağlıdır. Reydlər əsnasında avtomobili içkili vəziyyətdə idarə edən, habelə avtomobilində plyonkalardan istifadə edən polis əməkdaşları təsbit edilərək cəzalandırılıb. S.Mirzəyev qanun pozuntusuna yol verən polis əməkdaşlarına heç bir güzəşt etməyib və bu səbəbdən də qayda pozan polis yetkliləri qanunun bütün sərtliyi ilə cəzalandırılıb”.
Mənbənin bildirdiyinə görə, S.Mirzəyevin öz həmkarlarına belə güzəştə getməməsi Sumqayıt polisində nizam və dispilinin artmasına səbəb olub: “S.Mirzəyevin reydlərdə ortaya qoyduğu iradə göstərdi ki, polis generalı heç kimə - hətta öz həmkarlarına belə güzəştə getməməkdə israrlıdır və buna görə də hər hansı bir şəxs öz vəzifə və rütbəsindən istifadə edərək qanunlara etinasız münasibət bəsləyərsə dərhal cəzalandırılacaqdır. Ümumiyyətlə, bu gün S.Mirzəyevin formalaşdırdığı ab-hava Sumqayıt polisində nizam-intizamın daha da artmasına, polis əməkdaşlarının qanun pozuntularına qarşı daha həssas münasibət bəsləməsinə səbəb olub”.

Icra yetkililəri xof içində

Bilgili qaynağın məlumatına görə, S.Mirzəyevin şəhər həyatına gətirdiyi yeniliklər xırda və orta məmurlarıla yanaşı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin yetkililəri tərəfindən də narahatlıqla izlənməkdədir: “İcra yetkliləri bugünə qədər özlərini Sumqayıtın şəriksiz ağası hesab etdikləri üçün istədikləri kimi davranır, qanunlara hörmət etmir, öz davranışlarında qanunları deyil, şəxsi istək və arzularını əsas götürürdülər. Lakin S.Mirzəyevin gəlişi və ortaya qoyduğu iradə icra başçılarının ərköyünlüyünə də son qoyub. Əvvəlki dövrlərdən fərqli olaraq S.Mirzəyevlə üz-üzə gəlməmək üçün kifayət qədər ehtiyatlı davranan icra yetkililəri, polis generalı ilə toqquşmamaq üçün qanunlara mümkün qədər əməl etməyə çalışırlar. Icra yetkililəri hesab edir ki, S.Mirzəyevin onların törətdiyi qanun pozuntusuna hər hansı formada müdaxiləsi onların nüfuzuna mənfi təsir göstərər ictimaiyyət arasında hörmətdən sala bilər. Məhz bu səbəbdən də icra yetkililərinin heç biri indiki etabda qanun pozuntusu ilə gündəmə gəlməməyə çalışır. İcra yetkililəri hesab edir ki, “mövcud narahatlıq” keçicidir və yaxın gələcəkdə icra məmurlarının şəhərdəki ağalığı bərpa olunacaq”.

Polis generalı daha kimləri “sındıracaq”?

S.Mirzəyevin harınlamış məmurlara qarşı mübarizədə israrlı olduğunu bildirən mənbə, yaxın günlərdə xalqa yuxarıdan aşağı baxan daha bir neçə məmurun “sındırılacağını” bildirdi: “S.Mirzəyevdən öncə bir çox məmur qanunlarla hesablaşmır, hər şeyə mənəm-mənəmlik prinsipi ilə yanaşırdı. Lakin bu gün onların hamısı ortalıqda çox görünməməyə çalışır. S.Mirzəyevin bugünə qədərki fəaliyyəti onlara göstərdi ki, yeni polis rəisi qanundan başqa ağa tanımır və bu səbəbdən də qanuna ağa olmaq istəyən hər kəsi qanun çərçivəsində cəzalandırmaqda israrlıdır. Buna görə də şəhərin məmur elitasının demək olar ki, tamamı kölgəyə çəkilərək hadisələrin sonunu gösləməkdədir. Məlum sona kimi isə hələ çox məmurun öz harınlığının qurbanına çevriləcəyi şübhəsizdir”.
İlqar Rəsulov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Polis generalı sabiq millət vəkilinə qarşı

    Polis generalı sabiq millət vəkilinə qarşı ...

    19-02-2013, 11:12

  • 
  • Sumqayıtda dəniz intiharı

    Sumqayıtda dəniz intiharı ...

    28-11-2013, 13:13

  • 
  • Sumqayıtda sərxoş sürücülər polisə müqavimət göstərdilər - VİDEO

    Sumqayıtda sərxoş sürücülər polisə müqavimət ...

    20-08-2015, 23:12

  • 
  • Sumqayıt Şəhər Polis İdarəsində giriş qadağası

    Sumqayıt Şəhər Polis İdarəsində giriş qadağası ...

    10-07-2013, 13:13

  • 
  • Yol polisi: plyonka mövsümü bu gün başa çatır

    Yol polisi: plyonka mövsümü bu gün başa çatır ...

    15-11-2014, 11:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu