GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Polis generalı sabiq millət vəkilinə qarşı

Polis generalı sabiq millət vəkilinə qarşı

Tarix: 19-02-2013, 11:12 Bölmə :Ölkə Baxış: 5 842
Polis generalı sabiq millət vəkilinə qarşı

Sahib Mirzəyev heç kimi bağışlamaq fikrində deyil

Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev son günlər şəhər daxilində ictimaiyyət tərəfindən məmnunluqla qarşılanan sistemli fəaliyyətə start verib. Küçə və yollarda ictimai nəqliyyatın işini yaxşılaşdırmaq, ayrı-ayrı iş adamları və məmurlar tərəfindən qanunsuz olaraq zəbt edilən səki və meydanları boşaltmaq yönündə fəaliyyətə başlayan general, artıq bu sahədə müəyyən uğurlara imza atıb. Bununla bağlı redaksiyamızı məlumatlandıran özəl mənbənin sözlərinə görə, S.Mirzəyevin zavalına gələn ilk iş adamlarından biri də sabiq millət vəklili, “Sumqayıt” və “Cavid” Ticarət Mərkəzlərinin sahibi Nizami İsgəndərovdur.

Generaldan iş adamına ilk zərbə

Mənbənin bildirdiyinə görə, S.Mirzəyevin N.İsgəndərovla ilk toqquşması “Cavid” Ticarət Mərkəzinin sağ tərəfində, “Göyərçin” abidəsindən avtovağzala doğru uzanan magistral yolun sağındakı ərazi üzərində baş tutub: “Bu ərazi “Cavid” Ticarət Mərkəzinin əsas girişlərindən biri olduğu üçün N.İsgəndərov və onun yaxın qohumları öz avtomobillərini yolun məhz bu hissəsinə - ticarət mərkəzinin yaxınlığındakı yol kənarına park edirdi. Həmin əraziyə başqa avtomobillərin daxil olmaması və iş adamının istənilən vaxt öz avtomobili ilə məlum məkana rahat bir şəkildə giriş-çıxışını təmin etmək üçün digər maşınların yol kənarında park edilməsi yasaqlanmışdı. “Kənar avtomobillər”in girişini yasaqlamaq üçün yolun hərəkət hissəsinə doğru qırımızı rəngdə xüsusi dəmir lövhələr qoyulmuşdu ki, bu da məlum ərazidə avtomobil saxlamağın yasaq olduğu anlamına gəlirdi. Təxminən 3 gün bundan öncə dövlət yolunun qanunsuz olaraq yasaqlanması general S.Mirzəyevin diqqətini cəlb edib. Bundan sonra S.Mirzəyev dərhal həmin dəmir lövhələrin götürülməsi və dayanacaq kimi istifadə edilən yol kənarının bütün avtomobillərin park edilməsi üçün açıq elan edilməsinə göstəriş verib. Əmr dərhal yerinə yetirilib və ərazi bütün avtomobillərin istifadəsinə verilib”.

Nizami İsgəndərov üçün yeni rəqib?

Bilgili qaynağın sözlərinə görə, proseslər sadəcə sabiq millət vəkili ilə məhdudlaşsaydı, o zaman təbii ki, bunu N.İsgəndərov üçün yeni bir rəqibin meydana gəlməsi kimi xarakterizə etmək olardı. Lakin S.Mirzəyev yalnız N.İsgəndərova deyil, qayda və qanunlara riayyət etməyən bütün iş adamları və məmurlara qarşı barışmaz münasibət ortaya qoyub ki, bu da əksər iş adamlarının hədəfdə olduğunu göstərir: “Sumqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifəsinə təyin ediləndən sonra ilk növbədə Bakı-Sumqayıt yolu kənarındakı pritonların ləğvinə nail olan S.Mirzəyev bununla da kifayət qədər prinsipial biri olduğunu ortaya qoydu. Bunun ardınca şəhər daxilində baş verən proseslərlə bağlı müəyyən informasiya araşdırması aparan S.Mirzəyev, daha ciddi addımlar üçün zəmin hazırlamağa başladı. N.İsgəndərovla bağlı baş verənlər isə göstərir ki, artır polis generalı qəti olaraq hərəkətə keçib. Deyilənlərə görə, S.Mirzəyev kimliyindən asılı olmayaraq qanunu pozan, dövlətə və vətəndaşlara etinasızlıq sərgiləyən hər kəsin qanunlar çərçivəsində cəzalandırılacağını bildirib. Habelə, polis generalı qeyd edib ki, heç kim özünü toxunulmaz və əlahiddə şəxs hesab etməsin. Qanun hamı üçündür və qanunu tapdayan hər kəs onun nəticəsi ilə qarşılaşmalı olacaq”.

Eldar Əzizovun başı dərddə

Mənbənin məlumatına görə, S.Mirzəyevin aktivliyindən ciddi mənada zərər çəkəcək şəxslərdən biri də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov hesab edilir. Buna səbəb icra başçısının vətəndaşlarla “burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə davranmasıdır. Bu baxımdan yaxın günlərdə polis generalı ilə icra başçısının ciddi mənada qarşı-qarşıya gələcəyi qaçınılmaz hesab olunur: “S.Mirzəyevin hədəfinə gələcək şəxslərdən birinin də şəhərin birinci şəxsi – icra başçısı Eldar Əzizov olduğu gözlənilir. Ən azından ona görə ki, E.Əzizovun Sumqayıt şəhəri öz dədə mülki kimi rəftar etməsi ilə bağlı onlarla fakt mövcuddur və KİV-də bu faktların geniş siyahısı ilə tanış olmaq mümkündür. Çox güman ki, E.Əzizovun məlum özbaşınalıqları S.Mirzəyevin də diqqətini cəlb edəcək və polis generalı öz prinsipiallığını E.Əzizovla münasibətdə də nümayiş etdirəcəkdir. Münasibətlərin gərginləşməsindən kimin daha çox zərərlə çıxacağına gəlincə, bu şəxsin icra başçısı olacağı şübhəsizdir. Belə ki, E.Əzizova müxalif olan çoxlu sayda iş adamı və sadə vətəndaş var ki, S.Mirzəyev məlum sosial bazadan istifadə edərək icra başçısı haqqında yüzlərlə mənfi rəy ala, ona qarşı vətəndaş müraciətinə əsaslanaraq istənilən tədbiri ala bilər. Bundan başqa, prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafının dördüncü ildönümü münasibəti ilə keçirilən konfransdakı çıxışı da indiki məqamda polis generalının xeyrinə işləyən amildir. Prezidentin kəskin tənqid üzərində qurulan çıxışında icra başçılarını təhdid etməsi və hüquq-mühafizə orqanlarını qanunsuzluqlara qarşı daha ciddi fəaliyyətə səsləməsi yalnız Sumqayıtda deyil, respublikanın hər yerində hüquq-mühafizə orqanlarının başında dayanan şəxsləri aparıcı qüvvəyə çevirib. Bu baxımdan ictimaiyyətdə özü ilə bağlı mənfi rəy formalaşdıran E.Əzizovun da S.Mirzəyevə qarşı gələcəyi təqdirdə ciddi şəkildə cəzalandırılması mümkündür”.
İlqar Rəsulov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Polis generalı harınlamış məmurlara qarşı

    Polis generalı harınlamış məmurlara qarşı ...

    25-02-2013, 11:10

  • 
  • Sabiq millət vəkilindən “səndəl qadağası”

    Sabiq millət vəkilindən “səndəl qadağası” ...

    27-02-2013, 10:23

  • 
  • Sumqayıt Şəhər Polis İdarəsində giriş qadağası

    Sumqayıt Şəhər Polis İdarəsində giriş qadağası ...

    10-07-2013, 13:13

  • 
  • Məşhur polis generalı qəflətən dünyasını dəyişdi

    Məşhur polis generalı qəflətən dünyasını dəyişdi ...

    3-09-2015, 21:56

  • 
  • Sumqayıtda oliqarxların mübarizəsi kəskinləşib

    Sumqayıtda oliqarxların mübarizəsi kəskinləşib ...

    22-01-2013, 09:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu