GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ermənistanı matəmə qərq edən azərbaycanlıya MTN-də divan tutulub - VİDEO

Ermənistanı matəmə qərq edən azərbaycanlıya MTN-də divan tutulub - VİDEO

Tarix: 28-10-2015, 15:02 Bölmə :Ölkə Baxış: 0
Ermənistanı matəmə qərq edən azərbaycanlıya MTN-də divan tutulub - VİDEO

Kəşfiyyatçı Ramiz Əliyev: “Bunlar mütəşəkkil qrupdurlar, onları cəzasız buraxmaq xalqı, sahibkarları təhlükədə qoymaqdır”

Eldar Mahmudov nazir vəzifəsindən azad ediləndən sonra Milli Təhlükəsizlik Nazirliyində son 11 ildə baş verən şərləmələr, sahibkarlara qarşı qanunsuz ittihamların irəli sürülməsi, iş adamlarından ən müxtəlif adlarla xərac toplanması, ölkəyə gətirilən qızıl-zinət əşyalarına görə bac alınması, taxta-şalbana görə faizlər yığılması və daha nələr haqda məlumatlar yayılmaqdadır.

“Yeni Müsavat”a MTN-dəki qanunsuzluqlarla üz-üzə qalmış iş adamlarından, sahibkarlardan, qızıl-zinət əşyaları alveri edən şəxslərdən onlarla müraciətlər var.

Redaksiyamıza müraciət edənlərdən biri də Kəlbəcər köçkünü, hazırda Gəncədə məskunlaşmış Ramiz Əliyevdir. R.Əliyev deyir ki, o da, digər sahibkarlar kimi, bu qurumdakı “pulçəkən maşın”dan keçənlərdəndir.

Ermənilərin torpaqlarımıza təcavüzü zamanı mərdliklə döyüşən, kəşfiyyatçı kimi ermənilərə qan udduran, bu gün də bədənində 48 qəlpə, 2 güllə yarası gəzdirən, barmaqlarını itirmiş R.Əliyevi dinlədikcə millətin təhlükəsizliyi tapşırılan qurumda hökm sürən qanunsuzluq mühiti haqda müfəssəl təsəvvür yaranır.

O deyir: “Məni 2014-cü il oktyabrın 31-də ”Sınıq körpü"dən Azərbaycana keçəndən dərhal sonra tutdular. Olduğum taksinin qabağını bir maşın kəsdi, arxada da biri saxladı. Maşınlardan düşənlər dedilər ki, MTN-dəndirlər. Taksi sürücüsü Əli Əliyevi və məni MTN-in Qazax şöbəsinə, oradan da Bakıya, nazirliyin özünə gətirdilər. Mənə dedilər ki, səni güdmüşük, üzərində 398 qram qızıl var. Başqa nəsə olub-olmadığını soruşdum. Dedilər ki, səndə olan ancaq qızıldır. Dedim ki, qızıldırsa, bu nə əməliyyatdır? Gömrükçülər məni tutub bəyan etmədən qızıl keçirdiyimə görə cərimələyərdilər, məsələ həll olardı. Məgər üzərimdə atom bombası var ki, mənə qarşı belə bir əməliyyat keçirirsiz?"

Ermənistanı matəmə qərq edən azərbaycanlıya MTN-də divan tutulub - VİDEO

Onun sözlərinə görə, 6 ay davam edən istintaq zamanı gördüklərindən dəhşətə gəlib: “Dövlət mənə 45 manat təqaüd verir. Həmin pulla mən xəstə övladımı, 2-ci qrup əlil yoldaşımı, xəstə anamı və 2 uşağımı saxlaya bilmərəm. Ona görə də qızıl alverçisinə çevrilmişəm. Bunu məni tutan MTN-çilərə də dedim. Dedilər ki, sənin kim olduğunu səndən yaxşı bilirik. Mənim Qarabağ veteranı olduğumu, kəşfiyyatçı olmağımla bağlı məlumatları, döyüş yolum haqda danışdılar. Üstəlik, dedilər ki, sən 1992-ci il mayın 8-də Kəlbəcərdə ermənilərin AN-24 təyyarəsini vurmusan, təyyarədə olan erməni dövlət xadimləri ölüblər. Buna görə də Ermənistanda rəsmi matəm elan olunub. Təyyarəni vurduğuma görə mənə o dövrdə Kəlbəcərin icra başçısı İlham Həsənov 10 min rubl mükafat da vermişdi.

Amma həmin təyyarədə ermənilərin dövlət xadimlərinin olduğunu, bu hadisəyə görə Ermənistanda matəm elan olunduğunu mənə MTN-də dedilər. İşi MTN-in İstintaq İdarəsinin müstəntiq qrupunun rəhbəri Yasin Məmmədov aparırdı. Ona dedim ki, bunları bilirsənsə, heç olmasa məni zaminə buraxın. Əli ilə 1 işarəsi göstərdi. Soruşdum, dedi ki, 100 min gətir, səni zaminə buraxaq. Erməni təyyarəsini vurduğuma görə bu məbləği istədiyini xəbər aldım. Cavab verdi ki, Azərbaycan təyyarəsini vursaydın, 300-400 min alardıq. Əsəblərim dözmədi, qışqırdım, qollarımı tutdular. Yasin Məmmədov kresloya yayxanıb dedi ki, get yat, ağlın başına gələr”.

Ermənistanı matəmə qərq edən azərbaycanlıya MTN-də divan tutulub - VİDEO

Ramiz Əliyevin sözlərinə görə, tutulana qədər Tiflisə tez-tez gedib: “Oradan yoldaşıma, ağır xəstə olan oğluma dərmanlar alıb gətirirdim. Sonuncu səfərim də bununla bağlı idi. Oradan qızıl alacağımızı heç kimə deməmişdim. Gəncədə bir taksi sürücüsü ilə Tiflisə gedib qayıtmağa görə 100 dollara qiymətləşmişdik. Tiflisdə onu bazarın yanında qoyub gedib dərman almışam, oradan da gedib qızıl alıb gəlib maşına oturmuşam. Məni tutandan sonra bildim ki, MTN-çilər məni güdüblər. Sanki qatı cinayətkaram. Taksi sürücüsü Əli Əliyevi də mənimlə əlbir olmaqda suçladılar. Dedilər ki, guya biz dəstə üzvləriyik. Bunu ona görə edirdilər ki, guya böyük bir qaçaqmalçı dəstəni tutublar, bizdən pul qoparsınlar. Mənə həbsdə olduğum 6 ayın 3 ayını ailəmlə danışmağa imkan vermədilər. Taksi sürücüsü isə 6 ay uşaqları ilə danışa bilmədi. Mənə ailəm vəkil tutmuşdu. Vəkil MTN-ə gəldi, amma Yasin Məmmədov ona cinayət işi ilə tanış olmağa imkan vermədi. Özlərinin təyin etdiyi ”paykovı" vəkilin ümidinə qaldım. 6 ay ərzində məni MTN-in İstintaq Təcridxanasında 17-ci kamerada Suriyadan gəlmiş İŞİD-çı Maarif Mərdanovla bir yerdə saxladılar. Bilirdilər ki, mən öz torpaqlarımız uğrunda döyüşmüşəm. Mən şiəyəm, o isə radikal vəhhabi. O, Suriyada şiələrin başını kəsib, güllə atıb. 10 dəfə Təhsin Ağayevə, Baş İstintaq İdarəsinin rəisi general Mövlam Şıxəliyevə də ərizə yazmışdım ki, məni qəbul edin. Qəbul etmədilər. Mən məhkəmədə olanda bildim ki, iş üzrə 31 nəfər dindirilib. Amma mənimlə nə onları, nə də Əlini üzləşdirməyiblər. Əli ilə mənim üzləşməm keçirilməyib. Cinayət işi 4 cilddən ibarət idi, 1275 səhifədir. Üstəlik, əlavə sənədlər də var. Qızıl alveri etdiyim 21 nəfəri MTN-ə aparıblar. Bu şəxslərin evlərində, iş yerlərində axtarışlar olub.

Bakıda Mərkəzi Univermaqda qızıl alveri edənlər - Elçin Əhmədov, Ağasalam Ağamalıyev, Moskva Univermağından - Məhəmməd Hüseynov, Azad Rəşidov, Məzahir Manafov, Teymur Ağalarov, Məhərrəm Məmmədov, Gəncə şəhərində Eldar Əliyev, Samir Hüseynov, Şahmalı Məmmədov, Fizuli, Gülnarə, Şəkidən Əli və 2 taksi sürücüsü - Aqil və Hafiz. Əlavə 3 nəfər var ki, bu adamları ümumiyyətlə tanımıram - Vüqar Həsənov, Əliməmməd Məmmədov və Ayaz Vəliyev.

Ermənistanı matəmə qərq edən azərbaycanlıya MTN-də divan tutulub - VİDEO

Gəncə Mərkəzi Univermağında “Zaminbank”ın şöbəsində valyutadəyişmə məntəqəsində işləyən Vüqarı da saxlayıblar. Mənə salam vermiş qızıl alverçilərinin başına zülm-zillət gətiriblər. Bu adamlardan 200 min manatdan çox pul yığıblar. Mən azad olunandan sonra bu adamlar mənimlə düşmən münasibəti saxlayırlar. Deyirlər ki, sənə görə bizim dərimizi soyublar, bizi böyük ziyana salmısan. Mən “etdiyim” əmələ görə cəzamı çəkməyə hazır idim. Amma bunlar məni camaatla düşmən ediblər. Üstəlik, iş üzrə dindirilən adamlar bu günün özündə də qorxurlar. Bu şəxslərin başına oyun açıldığını, onların milyonlarla manat dəyəri olan qızıl-brilyantlarının MTN-ə aparılmasını, adamların orada incidilməsini 6 ay sonra bilmişəm. O adamlarla məni üzləşdirməyiblər. Mən qızılı ehtiyac üzündən Tiflisdən gətirmişəm. Bunu gizlin etmişəm. Heç kimə deməmişəm. Kimə deməliydim ki, Gürcüstanda ucuz mal var? Elə həmin adamlar da gedib qızılı oradan alardılar da. Təsəvvür edin ki, mənim bədənim qəlpə içindədir. Kəlbəcər, Ağdərə, Laçında döyüşmüşəm.

Ermənistanı matəmə qərq edən azərbaycanlıya MTN-də divan tutulub - VİDEO

Mən 1992-ci il mayın 8-də Ağdərənin Narınclar kəndində “İqla” raketindən Ermənistanın “AN-24" təyyarəsini vurmuşam. Bundan bir neçə gün sonra 2-ci erməni təyyarəsini vurmuşam. 4 tank da vurmuşam. Kəlbəcərin polis rəisi və komendantı Nizami Məmmədov məni yaxşı tanıyır. Bilir ki, mən hansı əməliyyatları həyata keçirmişəm. Kəlbəcərdən qızıl mədənindən Ermənistana gedən dəmir yolunu şəxsən partlatmışam. Erməni qızılı daşıyıb satırdı, əvəzinə silah alıb üstümüzə hücuma keçirdi. Ağdaban hadisəsində düşmənin arxasında olmuşam, orada diversiya törətmişəm.

MTN-in həkimləri bədənimdə 48 qəlpə, 2 güllə yarası sayıb işə əlavə elədilər. Psixoloji durumumu isə 4 ay sonra yoxladılar. İstəyirdilər ki, İŞİD-çini orada öldürüm? 6 ay guya istintaq apardılar, işi məhkəməyə göndərdilər. Qardaşım Zahid Əliyevdən işimi yüngülləşdirməkdən ötrü Yasin Məmmədov 2 qızıl onluq və 13 min dollar almışdı. Lakin işi məhkəməyə ağır maddə ilə göndərmişdilər. Qardaşıma 10 min manat qaytarıblar. İttiham aktında Yasin Məmmədov şəxsiyyətimi xarakterizə edən məlumatlarda yazır ki, Qarabağ veteranıdır, yoldaşı 2-ci qrup əlildir, himayəsində ağır xəstə olan azyaşlı övladı var, anam himayəmdədir, ağır xəstədir, məcburi köçkünəm, Gəncədə məskunlaşmışam və altdan da yazır ki, yüngülləşdirici hal qeydə alınmadı. İşi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. Orada məhkəməni yarımqapalı keçirdilər. 3 ay məhkəmədən sonra məni və heç bir günahı olmayan Əli Əliyevi 5 il şərti cəzaya məhkum etdilər”.

R.Əliyev ölkə prezidentinə, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyevə müraciət ünvanlayıb: “Mənim yoldaşım və ağır xəstə olan övladım həbs olunana qədər Tiflisdə müalicə olunurdular. Bu gün ölkədən çıxışıma qadağa qoyublar. Həmin qadağanın götürülməsinə göstəriş verin. Ailəmin durumu bərbaddır. Əli Əliyev günahsızdır, ona vurulan mənəvi və maddi ziyanı ödəsinlər. Məni düşmən etdikləri şəxslərdən aldıqları pulları qaytarsınlar. Məndən ermənilərin qisasını alan istintaqçılardan bunun səbəbini də soruşsunlar. Mən onların hansı qohumunu öldürmüşəm ki, belə qisas alırdılar? Prezidentimizə arxayınam, Yasin Məmmədov kimilər Azərbaycan xalqına, sahibkarlara qənim kəsiliblər. Bunlar mütəşəkkil qrupdurlar, onları cəzasız buraxmaq xalqı, sahibkarları təhlükədə qoymaqdır”.

E.MƏMMƏDƏLİYEV

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakı aeroportunda sahibkarlara qan udduran MTN-çilər yoxa çıxıb

    Bakı aeroportunda sahibkarlara qan udduran ...

    30-10-2015, 23:28

  • 
  • Bakıda avtomobildən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

    Bakıda avtomobildən qızıl-zinət əşyaları ...

    9-04-2019, 11:20

  • 
  • Bakıda 70 min manat dəyərində qızıl-zinət əşyaları oğurlandı

    Bakıda 70 min manat dəyərində qızıl-zinət ...

    11-06-2013, 12:34

  • 
  • Bakıda evdən 10 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

    Bakıda evdən 10 000 manatlıq qızıl-zinət əşyaları ...

    14-11-2018, 15:44

  • 
  • Bakıda evdən 5 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

    Bakıda evdən 5 min manatlıq qızıl-zinət əşyaları ...

    2-10-2018, 13:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu