GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Həsənovu rumın mafiyası ilə nə bağlayır… FOTOLAR

Eldar Həsənovu rumın mafiyası ilə nə bağlayır… FOTOLAR

Tarix: 29-10-2015, 21:35 Bölmə :Ölkə Baxış: 0
Eldar Həsənovu rumın mafiyası ilə nə bağlayır… FOTOLAR

Eynulla Fətullayev, Budapeşt-Bakı
-Səninlə təcili görüşməyim lazımdır. Neçə illərdir araşdırdığın məsələyə dair çox vacib informasiya əldə etmişik…
Mən bu doğma səsi çoxda idi eşitmirdim. Əlbəttə ki, Kristina Xereanın səsini. Bu xanım jurnalistlə sonuncu dəfə Strasburqada görüşmüşdük. O, Rumıniya nümayəndə heyətinin AŞ PA-dakı fəaliyyətini işıqlandırmağa gəlmişdi. Bizi Rumıniyanın Avropa Şurası Nazirlər Kabinetindəki səfiri, hələ 2009-cu ildə məni Bakı türməsində ziyarət etmiş Stefan Stoyan tanış etmişdi.
Kristinanın gözlənilməz zəngi gələndə mən Budapeştdə idim. O, mənə rumın mafiyasının xaç atası Niku Geara, həmçinin türk mənşəli kriminal Sabit Danış və… Edqar haqda həvəslə danışır.
Bu adların heç biri mənə tanış deyildi. Çünki korrupsiyalaşmış piramidaların Şərqi Avropa ölkələrinin, xüsusilə də həmin bu Rumıniyanın siyasi isteblişmentinə təsirləri haqda məlumatlı olsam da Rumıniya gerçəkliklərinə çox da dərindən bələd deyiləm.
Elə Macarıstanın özündə də korrupsiya sisteminin məngənəsində getdikcə daha çox sıxılıb əzilən və yoxsullaşan macarların narazılığını hər addımbaşı eşitmək olar. Onlar baş nazir Orbanın ünvanına lənətlər yağdırır. Bu adamın adı macar elitası üçün çoxdan bəri lənət ünvanına çevrilib. Macar elitası dünya tarixinin gedişatını nəhayət ki, anlayıb. Anlayıb ki, zahiri Avroatlantik bər-bəzək sovetizmin sosial yaralarını gizlədə bilməz. Bu yaralar cəmiyyəti yeyib-gəmirməkdə davam edir. Şərqi Avropa ölkələrində sosial ənənələr və institusional normalar siyasi mədəniyyətin bir elementi kimi hələ də təşəkkül tapmayıb. Halbuki bu siyasi mədəniyyət korrupsiya və kölgə iqtisadiyyatı ilə mübarizədə ən vacib elementdir. Öz ölkələrini Avropa İttifaqının bayrağı və Qərbi Avropa siyasi mədəniyyəti brendi altında idarə edən siyasətçilər – Zeman və Orban isə sovet canişinləri Qusak və Kadarın şinelindən sanki elə indicə çıxıblar…
Mən elə Avropanın qeyri-sovet hissəsindəki siyasi metamorfozalar barədə düşünürdüm ki, Kristina məni daha böyük şok yaradacaq gerçəkliklərlə üz-üzə qoydu.
Demə, Rumıniyanın məşhur jurnalist təhqiqatları mərkəzi öz saytında rumın mafiyasının xaç atası Niku Geara haqda sensasion araşdırma yazısı dərc edibmiş. Əgər Azərbaycanın məşhur səfirinin adı bu hay-küylü işdə keçməsəydi, həmin saytdan müəmmalı şəkildə yoxa çıxan o araşdırma yazısı bəlkə də diqqətimizi çəkməzdi.
Edqarın adı bu mafioz qruplaşma ilə əlaqələrdə çəkilirdi. Kristina bu haqda susa bilməzdi. O, Rumıniyanın bütün ictimai rəyini silkələmiş bu sensasion məsələ haqda fikirlərini mənimlə bölüşmək istəyirdi.
-Hansı Edqar axı? Bizim bu adda səfirimiz yoxdur və olmayıb! – deyə mən Kristinanı inandırmağa çalışıram.
Amma əbəs yerə. Kristinanın yeni açıqlamaları azərbaycanlı korrupsionerlə kriminal rumın şəbəkəsinin maraqlarının necə üst-üstə düşdüyünü, necə çulğaşdığını göstərən aşkar faktları ortaya çıxarır.
-Krstina, bir dəqiqə icazə ver. Söhbət axı hansı Edqardan gedir? Bizim belə bir səfirimiz olmayıb. Bunu sənə deməkdən yoruldum – bir daha deyirəm.
-Sizin səfir Eldar Həsənov Rumıniyada Edqar adı ilə tanınır – cavabı bu olur.

Eldar Həsənovu rumın mafiyası ilə nə bağlayır… FOTOLAR

Kristinanın bu son sözləri məni rumın jurnalistlərinin həmin araşdırması ilə tanış olmağa təhrik edir. Axı burada maraqlı bir məqam vardı. Başda Emil Bok olmaqla rumın hökumətinin istefasına gətirib çıxarmış 2012-ci il “məxməri inqilabı”ndan dərhal sonra Eldar Həsənov Buxaresti təcili şəkildə tərk edərək Bakıya qayıtmış,- Bakıda onu heç kim gözləməsə də,- və səfir postundan istefa verdiyini bəyan etmişdi. Bu da əsla təsadüfi deyildi.
Bu hadisə təbii də deyildi. Hətta kifayət qədər qəribə və müəmmalı idi. Azərbaycan siyasi elitasına xas olmayan hadisə baş vermişdi. Azərbaycanda indiki hakimiyyət dövründə heç kəs könüllü istefaya getmir. Bu sistemdə yalnız birgə addımlamaq var. Çünki Əliyev siyasi mədəniyyəti vəzifədən istefanı siyasi xəyanətə bərabər tutur.
Eldar Həsənov bunu bilirdimi? Şübhəsiz ki, bilirdi! Sərt oyunçu, amansız rəqib, istedadlı yaltaq, “siyasi ürəklər oğrusu” və saray intriqaları ustası olan Eldar Həsənov öz addımlarında adətən çox ehtiyatlıdır. Həsənov olduğu ölkədə (Rumıniyada) kütləvi iğtişaşların törətdiyi mürəkkəb fors-major vəziyyətinin ağırlığı altında və iflasın bir addımlığında ikən öz çirkli əməllərinin izlərini silməyə var gücünü sərf edərək birmənalı şəkildə bildirdi ki, bir daha həmin ölkəyə qayıtmayacaq. İllah da oradakı hakimiyyət dəyişikliyindən sonra!
Mən bu qənaətə hələ 2013-cü ildə gəlmişdim. Lakin Rumıniya jurnalist təhqiqatları mərkəzinin araşdırması və rumın həmkarlarımın sadaladığı faktlar Eldar Həsənovun Buxarestdən qaçışının mahiyyətini daha çılpaq şəkildə ortaya qoyurdu.
Bu Niku Geara kimdir?
Niku Geara ilə Eldar Həsənovun münasibətlərinin təfərrüatları barədə danışmazdan əvvəl gəlin bu suala cavab axtaraq: rumın mafiyasının xaç atası olan bu Niku Geara kimdir?
Keçmişdə peşəkar futbolçu və qlamur tədbirlərin təşkilatçısı olan Niku Geara fəal sosial həyat tərzi keçirir. O, məşhur adamların – siyasətçilərin və musiqiçilərin, aktyorların və xüsusi xidmət orqanları əməkdaşlarının iştirakı ilə müxtəlif ziyafətlər və gecələr təşkil edir. Bütün bu tədbirlər mətbuatda geniş işıqlandırılır.
N.Geara öz xeyirxah və xeyriyyəçi imicini formalaşdırmağın qayğısına qalmağı da unutmur. Bu məqsədlə əlinin altında ictimaiyyəti öz patronunun “böyük əməlləri” barədə məlumatlandırmağa hər dəqiqə hazır olan böyük reportyorlar ordusu saxlayır.

Eldar Həsənovu rumın mafiyası ilə nə bağlayır… FOTOLAR

Ən maraqlısı budur ki, Gearanın əksər yerli dostları hay-küylü “Karma” işi üzrə narkotik qaçaqmalçılığında ittiham olunub. “Karma” isə N.Gearanın indi sahibi olduğu diskotekanın adıdır.
Bu diskotekanın əvvəlki sahibi Sorin Sapunaresku olub. S.Sapunaresku ekstazi həblərinin qaçaqmalçılığı ilə məşğul olduğuna görə Almaniyada həbs edilib. S.Sapunaresku öz narkotik ticarəti şəbəkəsini pərdələyib gizlətmək üçün Rumıniyanın Manqali adlı liman şəhərindən olan qaçaqmalçı Nuredin Beynurla birlikdə bir neçə şirkət yaratmışdı.
Jurnalist təhqiqatı mərkəzinin bildirdiyinə görə, Niku Geara o şirkətlərdə pay sahibi idi.
Geara bandasının üzvü
N.Gearanın tədbirlərinin daimi iştirakçısı olan Florin Yozef adlı biri də bu bandanın üzvü idi. Florin Yozef narkotik ticarətinə görə hazırda ABŞ həbsxanasında cəza çəkir. “Karma” işi Rumıniyada başlayıb, lakin bu işi Almaniya və ABŞ hüquq-mühafizə orqanları başa çatdırıb.
S.Sapunareskunun bandası Rumıniyanın özündə çox ciddi və yüksək səviyyəli himayə altındadır. Ona görə də bu banda barədə hər hansı adekvat tədbir görülmür. Bu şəbəkə hətta 2012-ci ildəki “məxməri inqilab”dan sonra da rumın elitasına güclü təsirini qoruyub saxlaya bilib.
Niku Geara İtaliya, Rusiya, Azərbaycan və ABŞ-ın kriminal dairələrinin nümayəndələri ilə əlaqələrinə görə də məşhurdur. N.Gearanın məsələn, “Ciro’s Pomodoro” pitseriyalar şəbəkəsinin sahibi Çiro Orsini ilə sıx əlaqələri var.
Ç.Orsininin adı isə məşhur amerikalı model Cill Uezervaksın qətlində keçir. İtalyan mafiozun Cillə münasibətləri vardı və modelə karyerasında kömək etmişdi. Cill Orsini ilə ayrılandan sonra isə qadının meyiti tapıldı.
Ç.Orsini karyerasına onun Los-Ancelesdəki ilk pitseriyasının meneceri kimi başlayan amerikalı mafioz Franko Nikoletti ilə də çox yaxın idi. Sapunaresku kimi Orsini də ABŞ və Böyük Britaniyadakı rus mafiyasının nümayəndələri ilə də sıx əlaqələrə malik idi. Söhbət Sergey Skobeltin və Rodion Sokrovişşukdan gedir. Hüquq-mühafizə orqanları bu iki sonuncu şəxsi narkotik ticarətində və Qərbdə keçmiş SSRİ ölkələrindən olan fahişələrin satılmasında şübhəli bilir.
S.Skobeltin ABŞ Dövlət Departamenti tərəfindən “qara siyahı”ya salınana və ABŞ ona viza verməkdən imtina edənə qədər 8 milyon dollara aldığı iki bahalı gecə klubunun sahibi idi. ABŞ hakimiyyət orqanları onu Kazan kriminal qruplaşmasına yaxın olmaqda şübhəli bilir.
Edqar və Geara

Eldar Həsənovu rumın mafiyası ilə nə bağlayır… FOTOLAR

İndi isə biz Niku Geara əhvalatının Azərbaycan oxucusu üçün çox maraqlı olacaq epizoduna yaxınlaşırıq. Söhbət Edqardan, yaxud Azərbaycanda və onun hüdudlarından kənarda yaxşı tanınan şəxsdən – Rumıniyadakı sabiq, Serbiyadakı indiki səfir Eldar Həsənovdan gedir.
Eldar Həsənovun hələ Bakıda baş prokuror postunda olarkən oyun biznesinə sonsuz maraq göstərməsi dillər əzbəridir. Bu mənhus şöhrəti bizim səfirin yaxasını Buxarestdə də buraxmayıb. Həsənovun CD 206 101 dövlət nömrə nişanlı xidməti avtomobilini Geara və Sapunaresku bandasının nəzarətindəki oyun biznesi obyektlərinin qarşısında kifayət qədər tez-tez görmək olardı. Eldar Həsənov bu müəssisələrə öz şəxsi sürücüsü Vasile Stanla birgə gələrdi.
Rumıniyalı jurnalistlər bildirir ki, oyun biznesi obyektlərində nəvazişlə “Edqar” deyə çağırılan Eldar Həsənov bu kazinoların daimi müştərisi idi. İlkin məlumatlara görə, Eldar Həsənovun kriminal biznesin bu seqmentində birbaşa maraqları vardı.
Şübhəsiz ki, Eldar Həsənov əksər ölkələrdən olan kriminal ünsürlərdən ötrü cazibə mərkəzi sayılan N.Gearanın kimliyi və keçmişi barədə demək olar ki, hər şeyi bilirdi.
Bu da əsla təsadüfi deyildi ki, Eldar Həsənov Azərbaycanın Rumıniyadakı səfirliyinin binasını məhz Niku Gearadan satın almışdı. Və bu alqı-satqı sövdələşməsindən Həsənova etibarlı adamı, şəxsi sürücüsü Vasile Stan vasitəsilə babat “otkat” da çatmışdı.
Azərbaycan səfiri ilə rumın mafiyasının maraqları görünür, o qədər sıxlaşmış və üst-üstə düşməyə başlamış, yaxınlıq o səviyyəyə çatmışdı ki, Eldar Həsənov Niku Geara şəbəkəsini Azərbaycan səfirliyinin diplomatik nömrələri ilə təmin etməyə başlamışdı.
Yəni “Edqar” Rumıniyada hər iki nəfərdən birinin haqqında açıq danışdığı bu şəbəkənin biznesinin kriminal mahiyyəti barədə məlumatsız olmaya bilməzdi. Axı E.Həsənov Rumıniyada “Serghei Limited İnc.” Şirkətini təsis edən Sapunaresku və Skobeltin şəbəkəsinə də Geara vasitəsilə çıxmışdı. Bu şirkət əsasən neft və neft məhsulları satışı ilə məşğul idi.
Eldar Həsənov digər kriminal ünsür Sabit Danışla da yaxın idi. Yeri gəlmişkən, S.Danış da Rumıniyada Azərbaycan səfirliyinə məxsus diplomatik nömrəli maşında gəzib-dolaşırdı. Bu isə həm ona, həm də bütün kriminal şəbəkəyə siyasi toxunulmazlıq və diplomatik immunitet verirdi.

Eldar Həsənovu rumın mafiyası ilə nə bağlayır… FOTOLAR

Onu da deyək ki, bu şəbəkə həm də insan alveri ilə məşğul olurdu. Buna görə də həm rumın xüsusi xidmət orqanlarının, həm də rumın araşdırmaçı-jurnalistlərinin diqqətini cəlb etmişdi.
Azərbaycanın ən məkrli və qəddar siyasətçilərindən birinin yeni əməlləri haqdakı bu əhvalatı böyük maraqla dinləyirəm. Və həmsöhbətlərimə onu da xatırladıram ki, Azərbaycanın Rumıniyadakı səfirliyinin adı təkcə kriminal Geara şəbəkəsi işində çəkilmir. Azərbaycan əsginaslarının Vyanada çapı ətrafında yaranmış nəhəng korrupsiya qalmaqalını və Avstriyadakı hay-küylü məhkəmə prosesini də onlara xatırladıram. Axı nağd pullar Vyanaya iri sellofan torbalarda məhz Buxarestdəki səfirliyimizdən daşınmışdı…
Mənim dediklərimi dəhşət içində dinləyən həmkarlarım sözlərimi təsdiqləyirmişcəsinə başını yelləyir. Sonra da məni bu kriminal sindikatın izinə düşməyə çalışan araşdırmaçı-jurnalistlər qrupuna qoşulmağa dəvət edirlər.
“Sən “Edqar”ı özün araşdırarsanmı?” – Kristina sual edir.

Eldar Həsənovu rumın mafiyası ilə nə bağlayır… FOTOLAR

Kristina bu sualı verir. Bununla belə Azərbaycanın ən qorxulu məmurlarından biri ilə döyüşə girməyin nə qədər təhlükəli olduğunu o da anlayır.

Eldar Həsənovu rumın mafiyası ilə nə bağlayır… FOTOLAR

“Mən onun izinə düşərəm” – deyə inamla cavab verirəm.
Sonra da transmilli cinayətkar şəbəkələrə cəlb olunmuş azərbaycanlı siyasətçilərin kriminal fəaliyyətinin xronikasını qurdalamaqda davam edirəm. Biz onların izinə düşəcəyik…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudov Eldar Həsənova necə yaşıl işıq yandırmışdı...

    Eldar Mahmudov Eldar Həsənova necə yaşıl işıq ...

    20-11-2015, 00:49

  • 
  • Söyün Sadıqovdan Eynulla Fətullayev haqqında şok ittiham

    Söyün Sadıqovdan Eynulla Fətullayev haqqında şok ...

    30-03-2014, 14:18

  • 
  • Bu gün Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniyanın XİN başçıları görüşəcək

    Bu gün Azərbaycan, Gürcüstan, Türkmənistan və ...

    4-03-2019, 10:55

  • 
  • “PULU MƏN ALMIŞAM, MEHMAN ƏLİYEV YOX” - Eynulla Fətullayev

    “PULU MƏN ALMIŞAM, MEHMAN ƏLİYEV YOX” - Eynulla ...

    2-09-2017, 20:08

  • 
  • Eynulla Fətullayev keçmişini unudub

    Eynulla Fətullayev keçmişini unudub ...

    23-01-2013, 10:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu