“Rəsmi Bakını “qıcıqlandırmağa” ehtiyac yoxdur, belə ki, qalan siyasi məhbuslar da azad olunacaq”
Eynulla Fətullayev çərşənbə axşamı Avropa Şurasında jurnalistlər, deputatlar və beynəlxalq təşkilatların nümayəndələri qarşısında çıxış edib. Onun çıxışında toxunduğu əsas mövzu Ştrasserin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəsi olub, bu barədə Turan-ın Strasburqdakı müxbiri məlumat verib. Fətullayev hesab edir ki, sabah Ştrasserin məruzəsinin müzakirəsi Azərbaycan hakimiyyəti üçün qıcıqlandırıcı amil olacaq. Onun sözlərinə görə, sonuncu əfvdən sonra Ştrasserin siyahısında 30 nəfərin adı qalıb, onlar da azad ediləcək. Hazırda Gürcüstanda da, Rusiyada da, Türkiyədə də, Ukraynada da siyasi məhbuslar var, bununla belə, bu ölkələrdə siyasi məhbuslar üzrə xüsusi məruzəçi yoxdur, deyə o qeyd edib. Fətullayev bunu tamamilə yanlış hesab edir, belə ki, bütün AŞ üzvlərinə münasibət eyni olmalıdır. “Mən AŞPA-nın Azərbaycanda siyasi məhbuslar məsələsini müzakirə etməsinin əleyhinə deyiləm, amma qoy digər ölkələrlə bağlı da bu məsələ müzakirə olunsun”, deyə keçmiş siyasi məhbus qeyd edib. Fətullayev bir daha qeyd edib ki, AŞPA-da Ştrasserin məruzəsinin müzakirəsini keçirməklə Azərbaycan hakimiyyətini “qıcıqlandırmağa” ehtiyac yoxdur, belə ki, qalan siyasi məhbuslar da azad olunacaq.
Sorğu
Yeni dizaynımız necədir?