GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 11 sentyabrın sirli məqamları: cəhhənnəmə dönən ölkə, yoxa çıxan cəsədlər, terrorçulara "yardım edən" qığılcımlar...

11 sentyabrın sirli məqamları: cəhhənnəmə dönən ölkə, yoxa çıxan cəsədlər, terrorçulara "yardım edən" qığılcımlar...

Tarix: 30-10-2015, 15:49 Bölmə :Ölkə Baxış: 0
11 sentyabrın sirli məqamları: cəhhənnəmə dönən ölkə, yoxa çıxan cəsədlər, terrorçulara "yardım edən" qığılcımlar...

2001-ci ilin 11 sentyabrı Amerika üçün cəhənnəm oldu. Çox sayda qurban verən ABŞ üçün bu gün həm də ona görə ləntələnmişdi ki, qüdrətli dövlət haqqındakı illuziyalar tamamilə darmadağın olmuşdu. Son zamanlar həmin gün baş verənlərlə bağlı rəsmi versiyaya şübhə ilə yanaşanların sayı getdikcə artır. Cebhe.info xəbər verir ki, əvvəllər gizlədilən bir çox faktın əlçatan olması bu müzakirələri daha da genişləndirir. İlk öncə Amerika rəsmi qurumlarını hadisə ilə bağlı versiyasını yada salaq. Bu versiyaya görə 19 ərəb terrorçusu 4 hava laynerini qaçıraraq onlardan ikisini əkiz qüllələrə, birini isə Pentaqona yönəldib. 4-cü təyyarə isə Pensilvaniyada adamsız yerə düşüb. Hadisənin ilkin təsiri altında bütün dünya ictimaiyyəti bu versiyanın həqiqiliyinə inandı. Həmin zaman üçün kiminsə daha fərqli və inadırıcı versiyası yox idi. Ancaq məüyyən zaman keçdi, ilkin təəssürat dağıldı və yavaş-yavaş diqqətdən yayınan məqamların üzərindən sirr pərdəsi götürülməyə başladı. İlk şübhə terrorçuların təyyarəyə daxil olması və sərnişinlərin heç bir etirazı ilə qarşılaşmayaraq laynerin kabinin giriş imkanı əldə etməsidir. Təyyarəni qaçıranlardan biri olduğu bildirilən Məhəmməd Atta və başqalarının təyyarəni idarə etmə bacarığının hansı səviyyədə olması şübhələri artıran amil idi. Bu insanlar hansısa təlim keçə bilərdilər, ancaq onların təlimi “Boinq”i təkbaşına idarə etmək üçün heç də kifayət deyildi. Əkiz qüllələrin dağıdılması ilə bağlı da şübhələr az deyil. Rəsmi versiyaya görə, yanğın nəticəsində qüllələr dağılıb. Ancaq məlumdur ki, poladın əriməsi üçün olduqca yüksək temperatur lazımdr. Söhbət 1538 dərəcədən gedir. Aviasiya yanacağı buna sadəcə qadir deyil. Poladı əridəcək temperaturun əldə edilməsi üçün atəş uzun müddətli olmalı idi. Ancaq şahidlər atəşin heç də uzun müddət davam etmədiyini, hadisənin qısa zamanda baş verdiyini bildirirlər, cəmi 10 dəqiqə. Bundan başqa Əkiz qüllələr “Boinq 707” ilə toqquşmaya davamlı hazırlanmşdı. Əgər qüllələrdən heç olmasa biri dağılsaydı, bu versiyaya inanmaq mümkün idi. Ancaq indiki halda əzəmətli iki qüllə də dağılıb, üstəlik də təyyarə ilə toqquşmadan və çıxan yanğından... Mütəxəssislərin sözlərinə görə belə partlayış ancaq əvvəlcədən görülən hazırlıq nəticəsində mümkündür. Başqa sözlə, mərtəbələr arasına yerləşdirilən partlayıcılar terrorçulara bir az “yardım edib”. Əvvəllər bu versiya ilə bağlı fikirlər haçalanırdı, çünki hadisə şahidlərindən heç biri partlayış səsi eşitdiyini demirdi. Son illər isə vəziyyət dəyişib, hətta toqquşmadan əvvəl binanın içində partlayış baş verdiyini təxmin etməyə imkan verən videogörüntülər də meydana çıxıb. Dünya Ticarət Mərkəzinin yaxınlığında ofisi olan bir şahid isə binanın 10-15-ci mərtəbələri arasında qığılcımları gördüyünü bildirib. Güclü partlayışların olduğu Ticarət Mərkəzindən 34 kilometr məsafədə yerləşən seysmoqraflar vasitəsilə də qeydə alınıb. Binanın dağıntıları arasında da uzunmüddətli araşdırma aparmaq mümkün olmayıb. Binadan geriyə qalan 300 min ton polad dərhal metalaloma verilib və daha sonra Çinə və Cənibi Koreyaya göndərilib. Beləliklə də bütün dəlillər məhv edilib. Diqqəti çəkən bir məqam da dağıdılan ticarət mərkəzinin yerində təmizləmə işlərini aparılması üçün işin «Controlled Demolition Inc.» şirkətinə verilməsi olub. Bu şirkət nəzarət edilən dağıntılar üzrə ixtisaslaşıb. Bu sahədə dünya lideri hesab olunur. Məhz bu şirkət hadisə yerindən bütün izlərin silinməsi ilə məşğul olub. Bütün bunlar nəzərə alınaraq Əkiz qüllələrin təkcə təyyarə çırpılması nəticəsində dağılması versiyası şübhə doğurur. Rəsmi versiyada şübhəli görünən başqa bir məqam isə Pentaqonda yanğındır. Rəsmi versiyaya görə, “American Airlines”ə məxsus “Boinq 757” Pentaqonun binasına çırpılıb. Nəticədə binanın bir sektorunda yanğın olub, ancaq qəribədir ki, yanğın təmir aparılan sektorda qeydə alınıb. Həmin sektorda əvvəlcə terrorizmlə mübarizə idarəsi yerləşirmiş. Ancaq hadisədən əvvəl həmin idarə sektoru tərk edib, onun yerinə köçməli olan dəniz flotu isə hələ yerləşməyib. Binada ancaq mülki personal olub və hadisənin qurbanları da məhz onlardır. Həlak olanlar arasında ancaq bir general var. Laynerin Pentaqon binasına çırpılması özü də sirlidir. Belə ki, təyyarə Pentaqona horizontal traektoriya üzrə yaxınlaşıb. Ancaq necə olubsa işıq dirəklərinin arasında bacarıqla keçə bilib, hansı ki, aralarındakı məsafə “Boinq 575”in qanadlarının ölçüsündən də azdır. Bu manevri hansısa ərəb terrorçusunun yerinə yetirməsi də şübhəli görünür. Əlbəttə, heç kəs onun bacarığını şübhə altına almır, amma 2 aylıq yay kursunu bitirən Hani Hancur adlı terrorçunun bunu bacardığına inanmaq çox çətindir. Bundan başqa hadisə yerindən çəkilən fotolarda təqribən 100 tona yaxın metallın görüntüsü sanki yoxa çıxıb. Bəs hardadır binaya çırpılan “Boinq”dən geriyə qalan metal? Üstəlik təyyarənin bortunda 56-64 nəfərin olduğu bildirilir. Əgər bu təyyarə içindəki sərnişinlərlə binaya çırpılıbsa, bəs o zaman sərnişinlərin cəsədi və yükü hardadır? Axı bütün qəzalarda cəsədlər olur, hətta tanınmaz hala düşmüş şəkildə olsa belə ortada cəsədlər olmalıdır. Bu halıda isə sərnişinlərin cəsədlərinin ortada olmaması belə bir sual doğurur. Bəlkə bu sərnişinlər təyyarə Pentaqona çırpılmazdan daha əvvəl başqa yerdə ölüblər? Həqiqətdə nə baş verib? Bu sualı “911 əməliyyatı: kamikadze-pilot olmayıb” məqaləsinin müəllifi Kerol Valentin cavablandırmağa çalışıb. Bu məqalədə müəllif təyyarlərin uzaqdan idarə edilməsinin mümkünlüyü versiyasını irəli sürür. Əlbəttə, bu versiyanın da çatışmayan tərəfləri var. Doğrudur, məsafədən idarəetmə texnologiyası mümkündür, ancaq bunu 4 təyyarə ilə eyni zamanda 2 saat müddətində həyata keçirmək üçün çox sayda ixtisaslı kadra ehtiyac var. O əməkdaşlara ki, minimum səhv və informasiya qapalılığında onlara tam etibar etmək mümkün olsun. Bu əməliyyata verilən önəm və sərf edilən vəsait hər hansı səhv ehtimalını sıfıra endirirdi. Əməliyyat barədə nə qədər az adam bilərdisə, onun uğuru bir o qədər çox təmin edilmiş olardı. Bununla yanaşı bu versiyanın həqiqliyinə inansaq belə bir sual açıq qalır: sərnişinlər hara yox olub? Bu suala nə rəsmi versiyalarda cavab verilib, nə də bu versiyanı inkar edənlər sualın cavabını tapıb. Dəlilləri ümumiləşdirəndə isə belə qənaət yaranır: 11 sentyabrla bağlı rəsmi versiya ABŞ hakimiyyəti tərəfindən düşünülüb. Bununla yanaşı indiyə qədər heç kəs onu bütünlüklə inkar edə bilməyib. Rəsmi versiyanın yoxlanılması üçün xüsusi komissiya yaradılıb. Ancaq bu komissiya da 11 sentyabr barədə yeni söz deməyib. İndiyə qədər də aydın deyil, bu terraktı kim hazırlamışdı: Bin Ladenə qarşı gələcək əməliyyatda özünü sığortalamaq istəyən ABŞ, yoxsa ərəb terrorçuları?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Putin administrasiyası rəhbərinin oğlunu Amerika dalğıcları öldürüb? - (Sensasion təfərrüatlar)

    Putin administrasiyası rəhbərinin oğlunu Amerika ...

    8-11-2014, 01:24

  • 
  • Ukraynada hərbi helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

    Ukraynada hərbi helikopter qəzaya uğrayıb, 5 ...

    27-03-2017, 01:38

  • 
  • Lujnikidə kütləvi ölüm, Brejnevin tələbi, susdurulan mətbuat, gizlədilən ölü sayı – son dəqiqə faciəsi

    Lujnikidə kütləvi ölüm, Brejnevin tələbi, ...

    14-05-2019, 15:59

  • 
  • Şəkidə qoca çinarın aşması nəticəsində 19 nəfər yaralanıb - RƏSMİ

    Şəkidə qoca çinarın aşması nəticəsində 19 nəfər ...

    14-07-2019, 15:38

  • 
  • ABŞ-da təyyarə qəzası – F-16 yerə düşdü

    ABŞ-da təyyarə qəzası – F-16 yerə düşdü ...

    1-07-2020, 14:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu