GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda bu apteklərdən “bir paçka verin…” deməklə, narkotik almaq mümkündür - FOTOLAR

Bakıda bu apteklərdən “bir paçka verin…” deməklə, narkotik almaq mümkündür - FOTOLAR

Tarix: 30-10-2015, 16:00 Bölmə :Ölkə Baxış: 0
Bakıda bu apteklərdən “bir paçka verin…” deməklə, narkotik almaq mümkündür - FOTOLAR

Bakının apteklərində narkotik satışı açıq şəkildə davam edir. Aptekə yaxınlaşırsan və ad çəkmədən “bir paçka verin” deyirsən. Satıcı sənin nə istədiyini bilir və dərhal narkotik vasitəni sənə uzadır. Halbuki, bu cür dərmanı yalnız reseptlə satmaq olar.

Haqqında danışdığımız dərman “tramadol”dur. Reseptlə satılmalı olan psixotrop dərman vasitəsi paytaxt Bakıda bir neçə aptekdə açıq şəkildə, istənilən şəxsə satılır.

Musavat.com saytının reportyoru bu cür dərmanların satıldığı apteklərdə olub. Müşahidələr zamanı məlum olub ki, “tramadol”un əsas alıcıları gənclər və orta yaşlı kişilərdir.

Əvvəlcə dərman haqda qısa məlumat verək...

“Tramadol” psixotrop dərmandır. “Tramadol” tərkibli həblərin satışı qadağan edilməyib, lakin bu dərman güclü psixotrop təsirə malik olduğundan yalnız həkim göstərişi əsasında satıla bilər. Bu dərmanın reseptsiz satışı Səhiyyə Nazirliyi tərəfindən qadağan edilib. Bu preparatdan ancaq güclü ağrısı olanlar, məsələn, xərçəng xəstələri istifadə edə bilərlər. Həmin dərmanın əlavə təsirindən biri də bu dərmanın asılılıq yaratmasıdır. Bu dərmanlar eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur. “Tramadol” dərmanlarını yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilərlər. "Tramadol" güclü narkosərxoşluq və asılılıq yaradan narkotik vasitə kimi Ukraynada, Belarusda dövriyyəsi qadağan olunub.

“Tramadol”un satışı...

Bakıda bir neçə aptek var ki, bu dərmanın açıq şəkildə, reseptsiz satışı ilə məşğuldur. Bu cür apteklərdən biri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev 151 K ünvanında yerləşir. Əvvəlcədən də yollandığımız aptekdən dərmanı rahatlıqla, heç bir resept tələb edilmədən, ən azından sorğu-sual edilmədən alacağımızı eşitmişdik. Və elə də olur. Aptekə yaxınlaşırıq və dərmanın adını çəkmədən satıcıya 20 manat uzadaraq “bir paçka verin” deyirik. Satıcı bir paçka “tramadol”u və 16 manat qalıq pulu bizə qaytarır.

Dərmanı aldıqdan sonra aptekin qarşısında bir neçə dəqiqə müşahidə aparırıq. İstənilən şəxs aptekə yaxınlaşır və həbləri rahatlıqla alır.

Aptekin qarşısında 25-28 yaşlı alıcılardan biri ilə söhbətimiz:

- Salam, “tramadol”u reseptsiz aldınız?
- Aha. Resept istəmirlər, axı...
- Məndə ala bilərəm?
- Əlbəttə. Bu dərmanı hamı alır.
- Bəs, deyirlər, narkotik vasitə kimi istifadə olunduğu üçün hər kəs ala bilmir...
- Siz niyə məni suala tutursunuz? Alacaqsınızsa, girin aptekdən alın...
- Mən xəstə üçün almıram...
- Bilirəm nə üçün alırsınız. Guya alanlar xəstə üçün alır? Sağ olun. Mənim vaxtım yoxdur...

Həmsöhbətimiz nədən danışdığımızı başa düşür və bizdən uzaqlaşır.

Aptek satıcısından bu dərmanı niyə respetsiz satdığını soruşmuruq. Çünki onlar da bu dərmanın kimlər tərəfindən və nə məqsədlə alındığını bilirlər. Bu cür apteklər narkotik vasitələrin aludəçiləri olan şəxslər tərəfindən tanınır. Bu apteklərə məhz “tramadol” almaq üçün üz tuturlar.

Xətai rayonundakı bir neçə aptekdə də açıq şəkildə “tramadol”un satışı həyata keçirilir. Bu aptekdə də dərmanın reseptsiz və istənilən şəxsə satıldığını müşahidə etmək olar.

Onu da əlavə edək ki, “tramadol” əvvəllər “tramal” adı ilə satışda idi.

“Tramadol”dan istifadə edəndə nə olur?

Bu dərmandan istifadə etdikdən sonra süstlük yaranır, reallıq hissi itir, hərəkət ləng olur, ətrafda baş verənlərə reaksiya vermək qabiliyyəti əhəmiyyətli dərəcədə azalır. Dərmanın istifadəçilərinin dili ilə desək, “adamı tamamilə söndürür, elə bil ayaqların yerdən üzülür”.

“Lirika” tərkibli dərmanlar da psixotrop dərmandır. Bu dərmanların satışı Bakıda qadağan edilib. Səhiyyə Nazirliyi 2013-cü ilin yanvarından “Lirika” preparatının fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər bu həblərin satışını dayandırıb və dövlət qeydiyyatından çıxarıb.

Məlumat üçün bildirək ki, “tramadol” və “lirika” həbləri narkotiklə birgə qəbul olunanda narkotikin təsirini uzadır. Bundan əlavə, uyuşdurucu təsiri göstərir.

Səhiyyə Nazirliyindən verilən məlumatda isə deyilir ki, “Lirika” həbləri ilə yanaşı, “Koaksil”, “Tropin” və “Midriasil” dərman vasitələrinin də uyuşdurucu təsiri olduğu, xəstələrdə asılılıq yaratdığı üçün “Koaksil” dərman preparatlarının respublikaya idxalı bu preparatların fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər dayandırılması və dövlət qeydiyyatından çıxarılması qərara alınıb. “Tropin” və “Midriasil” dərman preparatlarının stasionar tibb müəssisələrində istifadə olunan dərman preparatları sırasına daxil edilməsinə və aptek şəbəkəsindən çıxarılmasına dair qərar verilib.

Səhiyyə Nazirliyi bu cür apteklərə qarşı reydlər keçirir. Xatırladaq ki, bu ilin əvvəlində “Murad Farm” MMC-yə məxsus Xətai rayonunda yerləşən “Murad” aptekin fəaliyyəti dayandırıldı. Səhiyyə Nazirliyi yanvarın 21-də “Murad” aptekinin lisenziyasının ləğv edilməsi haqqında qərar verdi.

Nazirlik tərəfindən yoxlama zamanı aptekdə satışı aparılan və dövlət qeydiyyatına alınmamış 46 adda dərman preparatı aşkarlanaraq müsadirə edilmişdi. Həmçinin reseptlə satılmalı olan psixotrop dərman vasitələrinin reseptsiz satışının aparılması və xüsusi saxlama rejimi tələb olunan termoləbil dərman vasitələrinin saxlanma şəraitinə riayət olunmaması faktları da müəyyən edilmişdi.

Yuxarıda qeyd etdiyimiz ünvanlarda “tramadol”un satılması haqda 2013-cü ildə də məlumat vermişdik. Bundan sonra Səhiyyə Nazirliyi həmin apteklərdə yoxlamalar apardı və bu dərmanın satışının qarşısı alındı. Nazirlik tərəfindən yoxlamalar aparılsa da, qeyd etdiyimiz ünvanlarda hələ də bu cür psixotrop dərmanların qanunsuz satışı həyata keçirilir.

İlkin Muradov,
Musavat.com
Fotolar müəllifindir.

Bakıda bu apteklərdən “bir paçka verin…” deməklə, narkotik almaq mümkündür - FOTOLAR
Bakıda bu apteklərdən “bir paçka verin…” deməklə, narkotik almaq mümkündür - FOTOLAR
Bakıda bu apteklərdən “bir paçka verin…” deməklə, narkotik almaq mümkündür - FOTOLAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “ŞAMAXINKA”DA PSIXOTROP DƏRMANLARI SATAN QADIN BU DƏFƏ SUMQAYITDA PEYDA OLDU

    “ŞAMAXINKA”DA PSIXOTROP DƏRMANLARI SATAN QADIN BU ...

    20-12-2018, 13:15

  • 
  • Məşhur klinikanın həkimi və aptek sahibi hakim qarşısında - psixotrop maddə satmaq ittihamı

    Məşhur klinikanın həkimi və aptek sahibi hakim ...

    25-07-2019, 16:30

  • 
  • Nazirlik qanunsuz dərman satan firmanı bağladı

    Nazirlik qanunsuz dərman satan firmanı bağladı ...

    23-01-2015, 22:51

  • 
  • Bakıda tramadol satışına görə həbs edilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

    Bakıda tramadol satışına görə həbs edilən şəxsin ...

    22-09-2018, 11:15

  • 
  • Sabiq nazirin həbs edilən qohumu məhkəmədə ifadə verdi - güclü təsir edici dərmanlar satırmış

    Sabiq nazirin həbs edilən qohumu məhkəmədə ifadə ...

    2-06-2018, 11:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu