GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məşhur klinikanın həkimi və aptek sahibi hakim qarşısında - psixotrop maddə satmaq ittihamı

Məşhur klinikanın həkimi və aptek sahibi hakim qarşısında - psixotrop maddə satmaq ittihamı

Tarix: 25-07-2019, 16:30 Bölmə :Cəmiyyət Baxış: 448
Məşhur klinikanın həkimi və aptek sahibi hakim qarşısında - psixotrop maddə satmaq ittihamı


Bakıda iki aptekin rəhbər şəxsləri hakim qarşısına çıxarılıb. Onlar satışı reseptsiz qadağan olunan psixotrop dərmanların satışında ittiham edilirlər. Həmin şəxslər həbs edilməyib və barələrində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Mikayılov, Yaqub Kazımov və Xədicə Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda göstərilir ki, Səbuhi Mikayılov və Yaqub Kazımov özlərinə məxsus apteklərdə satışı reseptsiz qadağan olunmuş psixotrop dərman vasitələri satıblar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı dərman vasitələrinin reseptsiz satışı müəyyən edilib.

Səbuhi Mikayılov, Yaqub Kazımov və onun satıcısı Xədicə Məmmədova törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb ediliblər.

İşin təfərrüatı belədir ki, Səbuhi Mikayılova məxsus aptekə gələn müştəri bir neçə dərman istəyib. Səbuhi Mikayılov öz aptekində olmayan və satışı reseptsiz qadağan olunan dərmanı Yaqub Kazımovun aptekindən alıb. Bu zaman polis əməkdaşları əməliyyat keçirərək hər iki şəxsi və satıcını saxlayıblar.

Elan olunmuş ittihamla hər üç şəxs özünü təqsirli bilməyib.

Məhkəmədə Səbuhi Mikayılov ifadə verib. O deyib ki, aptek müdiri olduğu müddətdə heç bir qanun pozuntusuna yol verməyib.

O, müştərinin istədiyi dərmanlardan yalnız birinin olmadığını, buna görə də qonşu aptekə müraciət etdiyini deyib:

"Müştəri bir dərman olmayanda başqa aptekə gedir. Mən də müştərini itirməmək üçün digər dərmanı qonşu aptekdən almaq istədim. Adətən belə edirik. Həmin dərmanın reseptsiz verilmədiyini bilirdim. Birinci bizim satıcı getdi, amma dərmanı vermədilər. Sonra mən getdim. Yaqub müəllimgildən aldığım həmin dərmanı da müştəriyə verdim. 40 manata alıb 42 manata satmışdım. Dərmanı verəndə polis əməkdaşları gəldi".

Suallara cavab olaraq Səbuhi Mikayılov qonşu aptekə resept təqdim edib-etmədiyini xatırlamadığını deyib.

Digər təqsirləndirilən şəxslər isə buna etiraz edib. Onlar bildiriblər ki, dərman reseptlə verilib.

Məhkəmə iclasının davamında Xədicə Məmmədova da ifadə verib. O da özünü təqsirli bilməyib.

Onun sözlərinə görə, dərman reseptlə satılıb:

"Biz heç vaxt reseptsiz dərman satmamışıq. Həmin gün də qonşu aptekdə işləyən Könül gəldi. Dərmanı istəyəndə resept tələb elədim. Olmadığı üçün vermədim. Sonra Səbuhi müəllim gəldi. Mən yenə də resept olmadığı üçün dərmanı vermədim. Sonra resept gətirdilər, mən də verdim. Reseptin sürətini də çıxardım".

Suallara cavab verən Xədicə Məmdova deyib ki, resepti ona Səbuhi Mikayılov verib: "Bunu dəqiq bilirəm. Hətta iki dəfə dərmanı vermədiyim üçün əsəbləşmişdi. Yaqub müəllimə zəng elədi. Yaqub müəllim də dedi ki, reseptsiz olmaz. Sonra Səbuhi müəllim resepti gətirib əsəbi şəkildə mənə verdi. Dedi ki, ala, bu da resept".

Xədicə Məmmədova reseptin sürətinin harada olması ilə bağlı suala da cavab verib. O deyib ki, reseptin sürətini istintaq orqanına təqdim edib: "Mən dedim ki, reseptin sürəti var. Mənə dedilər ki, lap yaxşı. Alıb işin içinə qoyacaqlarını dedilər. Sonradan məlum oldu ki, reseptin sürəti yoxdur".

Reseptin olub-olmaması ilə bağlı sual yenidən Səbuhi Mikayılova ünvanlanıb. O, bu dəfə də suala konkret cavab verə bilməyib. "Ola bilsin ki, olub" deyə cavab verib.

Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edək ki, Səbuhi Mikayılovun həkim pediatr olması ilə bağlı da məlumat var. Onun "EuroMed" Tibb Mərkəzində çalışdığı bildirilir. //musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Leyla Şıxliniskayanın işçiləri özünü günahsız hesab edir- mənimsəmə işi

    Leyla Şıxliniskayanın işçiləri özünü günahsız ...

    24-11-2017, 11:21

  • 
  • Nazirlik qanunsuz dərman satan firmanı bağladı

    Nazirlik qanunsuz dərman satan firmanı bağladı ...

    23-01-2015, 22:51

  • 
  • Aygün Kazımovanın qardaşına 10 il iş verildi

    Aygün Kazımovanın qardaşına 10 il iş verildi ...

    29-07-2013, 17:23

  • 
  • Azərbaycanda narkotik maddələrin onlayn satışı ilə məşğul olan dəstənin məhkəməsi başlayıb

    Azərbaycanda narkotik maddələrin onlayn satışı ...

    27-12-2018, 13:51

  • 
  • Aşıq Namiq 54500 manatını və təqsirləndirilənlərin həbsini istədi

    Aşıq Namiq 54500 manatını və ...

    7-02-2018, 12:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu