Artıq neçə gündür ki, GDU-da MM-ə seçkilərlə bağlı fövqəladə iclaslar keçirilir. Bu haqda “Gündəm Xəbər”ə məlumat verən mənbə bildirir ki, iclasların dünən də, bu gün də keçirilməsinə səbəb, universitetin elm və inovasiyalar üzrə prorektoru Pərvin Orxan qızı Kərimzadə və YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevlə bağlıdır. İclaslar universitet rəhbərliyi tərəfindən aparılmış və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevin adından isə, adı çəkilən namizədlərə səs verilməsi təbliğatı da aparılmışdır. Daha sonra müəllimlərin və yaşı 18-dən yuxarı tələbələrin(rayonlardan gələn tələbələrin hesabına) seçkiyə "səfərbərliyi" ilə bağlı söhbətlər də olur. Universitet tərəfindən hər seçicinin boş qalan büllitenlərdən bir daha istifadə etmək "hüququ”na malik olması və 01 noyabr -MM-ə seçkilərdə hansı şəkildə, yaxud da karusel qaydasında həyata keçirilməsinə start da verilr. Adları çəkilən şəxslərin mövqeyini də dinləməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?