GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Seçkiləri 53 dövlət və 37 beynəlxalq təşkilatı müşahidə edirdi”

“Seçkiləri 53 dövlət və 37 beynəlxalq təşkilatı müşahidə edirdi”

Tarix: 2-11-2015, 15:53 Bölmə :Ölkə Baxış: 0
“Seçkiləri 53 dövlət və 37 beynəlxalq təşkilatı müşahidə edirdi”

Mikayıl Rəhimov: “Seçki günü 60909 nəfər yerli müşahidəçi seçki prosesini izlədi”

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimovun seçkilərə iki gün qalmış, seçki prosesinə dair müsahibə verib. MSK katibi müsahibəsində bir sıra maraqlı məqamlara toxunub, seçkidən sonrakı fəaliyyət barədə danışıb.

- Mikayıl bəy, Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinə hazırlığını necə qiymətləndirirsiniz?

- Sizə deyim ki, əslində seçkilərə hazırlıq mərhələsinə 2015-ci ilin əvvəllərindən başlanılıb. Və kifayət qədər də intensiv iş aparılıb. Demək olar ki, MSK və digər aşağı seçki komissiyaları bu seçkilərin keçirilməsinə tam hazırdır. Bizim artıq seçkiyə 5 gün qalmış yaradılan müəssisələrdə-Pentensiar Xidmətdə, hərbi hissələrdə komissiyaların yaradılması yekunlaşmaq üzrədir. Yəqin ki, qarşıdakı iki gün müddətində bizə aydın olacaq ki, müvəqqqəti yaradılan seçki komissiyalarında hansı sayda seçici iştirak edəcək. Bütünlüklə hazırlıq başa çatıb, biz seçki gününə hazırıq. Onu da qeyd edim ki, seçki bülletenləri hazırdır, müvafiq dairə seçki komissiyalarına çatdırılıb. Onlar öz növbəsində bu gün məntəqə seçki komissiyalarına bülletenləri çatdıracaq. Yəni Seçki Məcəlləsinin tələbinə uyğun olaraq seçkiyə 3 gün qalmış bütün məntəqə seçki komissiyaları bülletenlərlə təmin ediləcək. Seçki məntəqələrində seçkini keçirmək üçün tələb olunan bütün avadanlıqlar, tədbirlər həyata keçirilib. Sizə, xüsusilə deyim ki, “Azəriişıqla” müvafiq müzakirələr aparılıb. Qarşıya məqsəd qoyulub heç bir seçki məntəqəsində elektrik enerjisinin verilməsi ilə bağlı problem olmasın. Əgər belə bir problem olarsa, seçki məntəqələri müvafiq avadanlıqla təmin edilib. İşıqlandırmada hansısa fasilərlə yol verilməyəcək. Onu da, vurğulayım ki, min seçki məntəqəsində xüsusi kameralar quraşdırılıb, görüntülər yenidən yoxlanılıb və hamısı saz vəziyyətdədir. Demək olar ki, Mərkəzi Seçki Komissiyası seçkiləri keçirmək üçün tam hazırdır.


- Xaricdə olan və işləyən Azərbaycan vətəndaşları noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edə bilməzlər. Bu qanunun tələbidir. Biz parlament seçkiləri keçiririk, bu seçkilər isə konkret seçki dairəsinin ərazini əhatə edir. Yəni dairənin ərazisində yaşayan və qeydiyyatda olan vətəndaşlar bu seçkilərdə iştirak edəcək. Odur ki, bizim xaricdə ki, vətəndaşlarımız-konsulluq və səfirliklərin əməkdaşları qanunun tələbinə uyğun olaraq yalnız prezident və referendumlarda iştirak edirlər. Bələdiyyə və parlament seçkilərində bu şəxslər iştirak etmirlər.

- Təbliğat-təşviqat mərhələsində MSK-ya şikayətlərin daxil olması mənzərəsi necədir?

- Bilirsinizmi, burada aydın mənzərə var. İstənilən seçici və seçki marağı olan şəxs MSK-nın internet səhifəsini aça, burada seçkiyə start veriləndən indiyə qədər nə kimi şikayətlərin daxil olması və kim tərəfindən edilməsinə dair konkret informasiya ala bilər. Bu günə qədər daxil olan şikayətlər qanunun tələblərinə uyğun olaraq baxılıb və qiymətləndirilib. Həm də, şikayətlərə cavab verilib. Təbliğat-təşviqat mərhələsinə gəldikdə deyim ki, xüsusi diqqət ayrılacaq şikayət daxil olmayıb. Təbii ki, müəyyən anlaşılmazlıq olub, namizədlər digər seçki subyektlərinə, Mərkəzi Seçki Komissiyasına müraciətlər olub. Mən hesab edirəm ki, bu məsələlər operativ şəkildə araşdırılıb, ona baxılıb. Bildiyiniz kimi Mərkəzi Seçki Komissiyasının 115 nömrəli qaynar xətti var. Gün ərzində qaynar xəttə onlarla, bəzən yüzlərlə zəng daxil olur. Seçki subyektləri bizimlə çox sıx əlaqə saxlayırlar. Hansısa hüquq pozmalar və anlaşılmazlıqlarla bağlı müraciət daxil olursa, buna dərhal reaksiya verilir və yerindəcə öz həllini tapır. Yəni xüsusi narahatçılıq doğuran, seçki prosesinin gedişatına neqativ təsir edəcək narahatçılıq hiss etməmişik, bu haqda məlumat daxil olmayıb. Daxil olan digər müraciətlər və şikayətlərə isə operativ cavab verilir, qiymətləndirilir və həlli təmin edilir. Əlbəttə, təbliğat-təşviqat kampaniyasıdır, bəzən namizədlər bir-birinin marağına toxunan hərəkətlərə yol verirlər. Bizimdə vəzifəmiz həm də bu proseslərin tənzimlənməsini həyata keçirməkdir. Xüsusilə, qeyd edim ki, ciddi narazılıq və narahatlıq doğuran bir hal müşahidə etməmişik.

- Maraqlıdır, bu günə qədər MSK hansısa bir şəxsin namizədliyini ləğv edibmi?

- Xeyir, belə bir hal yoxdur ki, biz hansısa bir namizədin qeydiyyatını ləğv edək. Amma namizədliyin irəli sürülməsi prosesində dairə seçki komissiyalarında 150 iddiaçının namizzədliyi qeydiyyata alınmayıb və ya ləğv edilib. Onlardan 18-nin namizədliyi sonradan Mərkəzi Seçki Komissiyası tərəfindən bərpa edilib. Başqa sözlə, biz hansısa iddiaçının namizədliyini ləğv etməmişik. Ümumiyyətlə MSK tarixində belə bir hal olmayıb. Əksinə, MSK marağındadır ki, namizəd olmaq istəyən şəxslər seçkilərə qatılsın. Amma təbii ki, onların müvafiq sənədləri qanunauyğun olmalıdır. Yuxarıda qeyd etdiyim 150 iddiaçının namizədliyindən imtina prosesi dairə seçki komissiyasında baş vermişdi. Onların da , mütləq əksəriyyəti əsaslandırılmış imtinalar idi. Məhz bu səbəbdən də, onların qeydə alınmasından imtina olunmuşdu. Sonradan bu şəxslərin bəziləri MSK-ya müraciət etdi və bizdə 18 iddiaçının namizədliyini bərpa etdik. Lakin digər iddiaçılarla bağlı qanunvericilik imkan vermədiyi üçün namizədliklərini bərpa etmək mümkün olmadı.

- Mətbuatda xəbərlər çıxır, məsələn 16 saylı Yasamal seçki dairəsindən bir neçə namizəd ortaq mövqeyə gələrək konkret bir namizədin qanunları pozması ilə bağlı MSK-ya müraciət edib...

- Bəli, siz haqlısınız. Qeyd etdiyiniz şikayət MSK-ya daxil olub, baxılıb və müvafiq münasibət ifadə edilib. Əlbət də, namizədlərin hüquqları var və əgər onlar hesab edirlərsə ki, hansısa situasiyada digər namizəd hüquq pozuntularına yol verir və ya Seçki Məcəlləsinin tələbinə uyğun olmayan davranışları var, bu zaman onların MSK-ya müraciət etmək hüququ var. Seçki komissiyası da, bunu araşdırıb müvafiq münasibətini ifadə edir.

- Müşahidəçilərin qeydiyyatdan keçməsi prosesi artıq başa çatıbmı?

- Bəli. Sizə, bildirim ki, seçki qanunvericiliyinə uyğun olaraq müşahidəçilər seçkiyə 5 gün qalmışa qədər dairə seçki komissiyasından, 10 gün qalmışa qədər isə Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçə bilərdirlər. Bu müddət artıq bitib. Odur ki, bundan sonra müşahidəçilərin qeydiyyata alınması prosesi dayandırılıb. Məndə olan məlumata görə, iki gün əvvələ qədər 55 min 242 müşahidəçi dairə seçki komissiyasından, 2414 nəfər isə MSK-dan qeydiyyatdan keçib. Əslində bu köhnə rəqəm hesab olunur. Ən son rəqəmə əsaslanıb deyə bilərəm ki, ümumilikdə seçki prosesini müşahidə edəcək yerli müşahidəçilərin ümumi sayı 60 mindən çoxdur. Daha doğrusu ən son nəticəyə görə, 60 min 909 nəfər qeydiyyatdan keçib. Bunların 2421 nəfəri MSK-dan, 58 min 488 nəfər isə dsk-lardan qeydiyyatdan keçib. Hesab edirəm ki, bu kifayət qədər sanballı rəqəmdir.

- Xarici müşahidəçilərin sayı bizə bəllidirmi?

- Şübhəsiz ki, bəllidir. Beynəlxalq müşahidəçilərin sayı 500 nəfərə yaxındır. Ümumilikdə deyim ki, beynəlxalq müşahidəçilər 53 ölkəni və 37 beynəlxalq təşkilatı təmsil edirlər.

- Beynəlxalq müşahidəçilər yalnız Bakıda müşahidə aparacaq, yoxsa regionlarda da bu prosesi müşayiət edəcək?

- Onlar istədiyi dairə üzrə müşahidə aparmaq hüququna malikdirlər. Biz onlara dairə göstərib deyə bilmərik ki, bu dairələr üzrə müşahidə aparın. Harada istəyəcəklərsə, orada sərbəst şəkildə seçkilərin müşahidəsini apara biləcəklər.

- Yeri gəlmişkən, jurnalistlərin seçkini müşahidə etməsi prosedurası necədir?

-Jurnalistlərə heç bir qadağa yoxdur. Onların MSK-dan qeydiyyatdan keçməsi də tələb olunmur. Jurnalistlər Kütləvi İnformasiya Haqqında qanuna əsasən bütün seçki prosesini müşahidə etmək hüququna malikdir, istədiyi informasiyanı ala, istədiyi müşahidəni apara bilərlər. Buna görə, MSK-dan icazə almaq tələb edilmir. Yalnız xarici kütləvi informasiya vasitələrinin nümayəndələri bu təşəbbüsdə olduqları zaman hökmən MSK-da akkreditasiyadan keçməlidir. Bu qanunun tələbidir. Yerli mətbuatla bağlı isə heç bir məhdudiyyət yoxdur.

- Seçki günü və seçkidən sonrakı 3 gün diqqət mərkəzində olacaq, şikayətlər, narazılıqlar səslənəcək. MSK bu günlərdə fəaliyyətini necə quracaq?

- Bildiyiniz kimi parlament seçkilərinə iki aya yaxındır ki, start verilib. Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları demək olar ki, bu müddətdə hər gün fəaliyyət göstərib. Seçki günü və seçkidən sonrakı günlərdə biz daima işləyəcəyik. Qanunvericiliyə görə, seçki günündə daxil olan şikayətə dərhal baxılmalıdır. Seçki günündən sonrakı günlərdə də Mərkəzi Seçki Komissiyasının üzvləri yerlərində olacaq, onlara daxil olan müraciətləri gecikdirmədən baxıb cavab verəcəklər. Bir daha vurğulayım ki, MSK ilin əvvəlindən seçkilərlə bağlı hazırlığa start verib, son iki ayda isə demək olar ki, fasiləsiz fəaliyyət göstərib. Seçkidən sonra da bu templə fəaliyyət göstəriləcək. Mərkəzi Seçki Komissiyası və aşağı seçki qurumları noyabrın 1-də keçiriləcək Milli Məclis seçkilərinə tam hazırdır.

Hüseyn Abbasoğlu

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • MSK seçkilərə tam hazırdır

    MSK seçkilərə tam hazırdır ...

    31-10-2015, 22:31

  • 
  • MSK sədrinin seçki komissiyaları üzvlərinin maaşları artırıldı

    MSK sədrinin seçki komissiyaları üzvlərinin ...

    14-01-2014, 12:00

  • 
  • Məzahir Pənahov: "Seçki bülletenlərinin dərci bir həftəyə başa çatacaq"

    Məzahir Pənahov: "Seçki bülletenlərinin ...

    24-03-2018, 13:27

  • 
  • Prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə 41 seçki məntəqəsi yaradılacaq

    Prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə ...

    10-03-2018, 16:12

  • 
  • “Azərbaycanda hamı seçkiyə öz şəxsi işi kimi yanaşmalıdır” - Məzahir Pənahov

    “Azərbaycanda hamı seçkiyə öz şəxsi işi kimi ...

    25-07-2013, 00:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu