Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinovun maşını yanıb. Olay Nəsimi rayonu ərazisində qeydə alınıb. Musavat.com-a daxil olan məlumata görə hakimin yaşadığı Nizami küçəsi 118 ünvanında “Hundai Santa Fe” markalı, ağ rəngli maşını qəfildən alışıb. Maşının arxa təkəri tərəfdən başlayan yanğını ətrafdakı şəxslər tərəfindən söndürülüb. Yanmış maşın evakuator vasitəsi ilə ərazidən naməlum istiqamətə aparılıb.
Belə ehtimal var ki, hakimə məxsus olan maşın qəsdən yandırılıb.
Bakı Apelyasiya Məhkəməsi ilə əlaqə saxlayıb olayla bağlı hakim İkram Şirinovun da mövqeyini öyrənməyə çalışdıq. Lakin hakimin mövqeyini öyrənə bilmədik.
Baş Prokurorluğun mətbuat xidmətindən redaksiyamıza daxil olan məlumatda isə qeyd olunur ki, “bu barədə prokurorluq orqanlarına hər hansı bir məlumat daxil olmayıb”.
Sorğu
Yeni dizaynımız necədir?