Bakı Apelyasiya Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Elşən Qurbanlı, Bəhruz Rəsulov, Nadir Əlixanov, Kamran Əzizov, Tural Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Elşən Qurbanlı, Bəhruz Rəsulov, Nadir Əlixanov, Kamran Əzizov, Tural Məmmədov 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Qurbanlı 14 il 6 ay, Kamran Əzizov 14 il 6 ay, Tural Məmmədov 14 il 6 ay, Nadir Əlixanov 13 il, Bəhruz Rəsulov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin şikayətləri təmin edilməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?