Bakı Apellyasiya Məhkəməsində Babək Həsənov və Afiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İttihama görə, keçən il iyulun 4-də bir neçə şəxs avtomobillə Mingəçevir şəhər sakini Qəhrəman Orucovun idarə etdiyi “VAZ 2106”-nın qarşısını kəsib.
Onlar Qəhrəman Orucova hədə-qorxu gələrək onun pulunu alıblar və daha sonra seksual xarakterli hərəkətlər ediblər. Cinayəti törədənlər Babək Həsənov və Afiq Məmmədov Yasamal rayonu ərazisində saxlanılıb. Onlardan oyuncaq tapança götürülüb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.2.4, 142.2.5, 145.2.6-cı (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə), 150.2.1-ci (bir qrup şəxs,
qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmə), 180.2.1, 180.2.2, 180.2.4-cü (soyğunçuluq), 182.2.1, 182.2.2 və 182.2.3-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Babək Həsənov və Afiq Məmmədovun hər biri 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar apelyasiya şikayətlərini müdafiə ediblər.
Sorğu
Yeni dizaynımız necədir?