GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Atletlər kəndi”ndəki qəza ilə bağlı yeni şok bilgilər- bibioğlu kimdir?

“Atletlər kəndi”ndəki qəza ilə bağlı yeni şok bilgilər- bibioğlu kimdir?

Tarix: 6-11-2015, 14:06 Bölmə :Ölkə Baxış: 0
“Atletlər kəndi”ndəki qəza ilə bağlı yeni şok bilgilər- bibioğlu kimdir?

Nəqliyyat məsələləri ilə bağlı bütün işlər Eldar Mahmudovun bibisi oğlu olan “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəisi Elimxan Hacıyevin göstərişi ilə həyata keçirilib - qəzaya görə tutulanların adları

Bu ilin iyununda Bakıda keçirilən Avropa Oyunları başlamamışdan öncə “Atletlər kəndi”ndə baş vermiş xoşagəlməz olayın - avtobusun 3 xarici atletin üzərindən keçməsi işi üzrə istintaq davam edir. Bu günə qədər bəlli olan “Bakubus”un sürücüsü Vəli Əhmədovun elə həmin gün həbs edilməsidir. Olayın baş verməsindən aylar ötüb, istintaq orqanı baş vermiş olayla bağlı müfəssəl rəsmi açıqlama verməyə tələsmir.

Bunun səbəbinə toxunmadan qeyd edək ki, qəzadan dərhal sonra olayın sosial şəbəkələrdə yayılan videosuna baxmış hər kəs sürücünün bu hadisəni bilərəkdən törətdiyinə əmin ola bilər. Hər kəs deyirdi ki, bu, qəsddir. Çünki sürücünün düz yolda getdiyi zaman səhvə yol verib belə bir qəza törətməsi inandırıcı görünmürdü. Bu arqumentləri inandırıcı edən bəzi faktlar da vardı. Oyunlar öncəsi ölkədə xoşagəlməz olayın baş verəcəyi gözləntisi, narahatlıq ab-havası hiss edilirdi. Hüquq-mühafizə orqanlarının xüsusi rejimdə çalışması, nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər bu gözləntilərə bir qədər də güc vermiş olurdu. Belə bir vəziyyətdə, oyunlara 1 gün qalmış “Atletlər kəndi”nin nəqliyyat deposunda avtobus düz yoldan çıxaraq atletlərin üzərindən keçdi.

“Atletlər kəndi”ndəki qəza ilə bağlı yeni şok bilgilər- bibioğlu kimdir?

Sonradan məlumat yayıldı ki, sürücü V.Əhmədov əvvəllər qəsdən adam öldürməyə görə həbsdə olub. Barəsində məhkəmə tərəfindən 10 illik azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Bu müddətin bitməsinə 5 il qalmış V.Əhmədov məhkəmə qərarı ilə azad olunub. Həbs olunan V.Əhmədovun oğlu Orxan Əhmədov qəzadan sonra mətbuata açıqlama verərək deyib ki, atasının qəzanı qəsdən törətməsi haqda məlumatlar yalandır.

Atasının idarə etdiyi avtobusun əyləc sistemindəki problem üzündən belə bir qəza meydana gəlib. “Avtobusun əyləc sistemində problem olub və sürücü problemi aradan qaldırmağa çalışarkən diqqəti yoldan yayınıb. Sükanı yığışdırmaq mümkün olmadığından avtobusu saxlaya bilməyib və nəticədə qəza baş verib” - deyə, sürücünün oğlu bildirmişdi.

Qəzadan sonra yaranmış suallardan biri də sürücülərin seçilməsi, sürücülük qabiliyyətlərinin yoxlanılması ilə bağlı idi. Səriştəsiz sürücü belə bir mötəbər oyunlar zamanı sükan arxasına necə keçə bilmişdi?

Redaksiyamıza daxil olan məlumatda deyilir ki, oyunlardan 2 ay əvvəl nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Rövşən Məmmədov “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəisi vəzifəsindən azad olunub. Yəni “Bakubus” rəhbərliyindən uzaqlaşdırlıb. Nazir öz qardaşı oğlunu işdən çıxarıb. Azərbaycanda görünməyən məsələdir, amma bu, oyunlar öncəsi baş vermişdi. Onun yerinə təyinat alan isə Elimxan Tarix oğlu Hacıyev olub. Bu şəxsin qohumluq əlaqələri haqda aldığımız məlumat bir çox məqamlara aydınlıq gətirməklə yanaşı, Ziya Məmmədovun qəzadan sonra postunda qalmasında bir növ xilas kəmərinə çevrilib.

E.Hacıyev o dövrdə milli təhlükəsizlik naziri olan Eldar Mahmudovun yaxın qohumu, bibisi oğludur. Qaynağımız deyib ki, bu təyinata qədər E.Hacıyev Nəsimi Su Kanalizasiya İdarəsinin rəisi olub. Onun təyinatından sonra oyunlar zamanı sərnişin daşıyacaq avtobusların sürücülərinin seçilməsinə, onların avtobioqrafiyalarının yoxlanılmasına başlanıb. Sürücülərin təlim keçməsi üçün büdcədən 1 milyon manat vəsait ayrılıb. Qaynağımız bildirib ki, seçilmiş sürücülərin avtobioqrafiyasının yoxlanılması zamanı səhlənkarlığa yol verilib.

Vəli Əhmədovun bioqrafiyası lazımi səviyyədə nəzərdən keçirilməyib. Olay baş verəndən sonra isə onun barəsində avtoqəzaya görə cinayət işi olması üzə çıxıb. Tədbirlə əlaqədar işə götürülən sürücülərdən 500-1000 manat rüşvət alındığı da bildirilir.

Qaynağımız deyir ki, olaydan sonra Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov tutulub, xidmətin avtobus şöbəsinin rəisi Yunus Hüseynov, sərnişin və yükdaşımaların təşkili şöbəsinin rəisi Malik Məmmədov və lisenziya şöbəsinin rəisi (ad-soyadını dəqiqləşdirə bilmədik-red.) işdən çıxarılıblar.

“Atletlər kəndi”ndəki qəza ilə bağlı yeni şok bilgilər- bibioğlu kimdir?

H.Salamov nəqliyyat naziri Ziya Məmmədovun kadrıdır. Onun sürücülərin işə götürülməsi səlahiyyəti olmayıb. Bu və ümumiyyətlə oyunlar zamanı nəqliyyat məsələləri ilə bağlı bütün işlər Eldar Mahmudovun bibisi oğlu olan “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəisi Elimxan Hacıyevin göstərişi ilə həyata keçirilib.

Qaynağımız deyir ki, MTN-in Nəqliyyat Nazirliyinə təsiri çox böyük olub. E.Mahmudovun oyunlardan əvvəl Z.Məmmədovun qardaşı oğlunu Nəqliyyat Nazirliyinə tabe olan bir MMC-nin rəhbərliyindən çıxarıb bibisi oğlunu ora yerləşdirə bilməsi buna sübutdur. Digər tərəfdən, Z.Məmmədov olaydan əvvəl qardaşı oğlunun gəlirli bir sahənin rəhbərliyindən uzaqlaşdırılmasına mane ola bilmədiyinə təəssüflənsə də, qəzadan sonra buna sevinmiş olub. Eldar Mahmudov qohumu Elimxan Hacıyevi həmin posta təyin etdirməklə faktiki olaraq Z.Məmmədovu böyük bir bəladan kənarda qoymuş olub.

Bu məlumatlar onu deməyə əsas verir ki, E.Mahmudovun nazir kimi ona olan etimadı itirməsində bu cür təyinatlar rol oynayıb.

Qəzadan sonra işdən çıxarılanlar sırasında E.Hacıyev başda olub. Qaynağımız deyib ki, olaya aid videonun sosial şəbəkələrə düşməsinə səbəb olan 2 hüquq-mühafizə orqanı işçisi də tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Sürücü V.Əhmədova gəlincə isə mənbəmiz deyib ki, o, ilkin ifadəsində qəzanın ayağının əyləcə ilişməsi üzündən baş verdiyini açıqlayıb.

Sürücünün qəzada suçunun olub-olmamasını istintaq müəyyən etməlidir. İstənilən halda olayın baş verməsinə görə sürücünün suç ortağı onu işə götürən, onu təlimə cəlb edən vəzifəli şəxsdir. Əgər avtobuslarda hər hansı bir nasazlıq olubsa, yenə də bunun məsuliyyəti MMC rəhbərliyinin üzərinə düşür. Bütün bunlar istintaqın aydınlıq gətirməli olduğu məsələlərdir.


“Atletlər kəndi”ndəki qəza ilə bağlı yeni şok bilgilər- bibioğlu kimdir?

İş üzrə istintaqın nə yerdə olduğunu öyrənmək üçün DİN və Baş Prokurorluğun mətbuat xidmətləri ilə əlaqə saxladıq. Hər 2 qurumun mətbuat xidmətindən hər hansı bir açıqlama verilmədi.

Yada salaq ki, iyunun 11-də baş vermiş olayla bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunurdu ki, 2015-ci il iyun ayının 11-də, saat 8.30-da, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.

Adları çəkilən idmançılar dərhal xəstəxanaya yerləşdirilərək onlara bütün zəruri tibbi yardımlar göstərilib, sonradan isə müalicələrini davam etdirmələri üçün Azərbaycan hökuməti tərəfindən Vyana şəhərinə göndərilmələri təmin edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanıb.

E.MƏMMƏDƏLİYEV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakıda yaralanan Avstriya idmançılarının aqibəti - RƏSMİ (FOTO)

    Bakıda yaralanan Avstriya idmançılarının aqibəti ...

    11-06-2015, 18:38

  • 
  • BNA-dan 64 saylı avtobusun iştirakı ilə baş vermiş qəza haqqında açıqlama

    BNA-dan 64 saylı avtobusun iştirakı ilə baş ...

    10-08-2018, 23:48

  • 
  • Salyanda ağır qəza baş verib: sürücünün oğlu ölüb, həyat yoldaşı xəsarət alıb  Böyüt

    Salyanda ağır qəza baş verib: sürücünün oğlu ...

    12-08-2016, 01:05

  • 
  • Bakıda "BakuBus" avtobusu qəza törətdi: yaralı var - FOTO

    Bakıda "BakuBus" avtobusu qəza törətdi: ...

    1-06-2017, 12:30

  • 
  • “BakuBus”un daha bir avtobusu qəzaya uğradı

    “BakuBus”un daha bir avtobusu qəzaya uğradı ...

    17-11-2015, 13:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu