Müğənni Səidə Dadaşovanın gizli və qeyri-rəsmi nikahdan uşaq düyaya gətirməsi məsələsi gündəmdədir. Səidə Dadaşovanın həyat yoldaşı Məhəmməd bəy BİG.az-a açıqlama verib:
"Başım şişib, onun başı çatmır. O nə danışır axı? Mən Bakıda yoxam, gəlib, aydınlaşdıracağam. Yolumu rahat gəlim, danışacağam. Gələndə onun başını kəsəcəm. Sizi də çağıracağam, çəkərsiniz. Bizim boşadığımız arvad evdə oturur, dilini də qoyur qarnına. Arvad kimdi?! Bizdə qanun budur. Səidə xanımın eks prodüsseri var idi ki, neçə milyard ona pul atıb. Səidə xanım da o prodüsserini qovub. Sizə deyirəm ha, o yazıları çıxardın. Çünki mən gələndə qan düşəcək. Qarşımıza kim çıxsa onu yortacağıq. Prodüsseri Səidəni gözdən salmaq üçün edir. Aysel xanım saytdan mahnı yükləyə bilməyən insandır. O sizin nömrəni haradan tapa bilər?! Mənim həyat yoldaşım yoxdur. Xahiş edirəm yazıları çıxardın. Sabah qan düşəndə deyəksiz ki, qurban olum mənə dəymə. Hədələmirəm, sadəcə kim buna səbəbkar olubsa, başına oyun açacağam. Mən sizə ətraflı məlumat verəcəyəm".
Xatırladaq ki, Məhəmməd bəyin əsl həyat yoldaşı Aysel xanım dünən BİG.az saytına açıqlama verib. Aysel xanım iki oğul anası olduğunu və Məhəmməd bəylə hələ də ailəli olduğunu sübut edib. Xanım redaksiyamıza Məhəmməd bəylə birgə olan nikah şəadətnaməsini yollayıb. Aysel xanım iddia edir ki, Məhəmməd bəylə aralarında olan soyuqluğa səbəbkar Səidə Dadaşovadır. Aysel xanım iddia edib ki, Səidə xanım onun ailəsini dağıdıb və ərindən qeyri-rəsmi uşaq dünyaya gətirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?