Ötən sutka ərzində Rusiya aviasiyası Suriyada İŞİD terror qruplaşmasının 60 obyektinə zərbələr endirib.
APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsinin rəis müavini İqor Makuşev bildirib.
O, son sutka ərzində 67 uçuş həyata keçirildiyini qeyd edib: "Bu 67 uçuş "Xmeymim" aviabazasından həyata keçirilib. Su-34M və Su-25SM təyyarələri terrorçuların 60 obyektini məhv edib".
Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsədin müraciəti əsasında Rusiya sentyabrın 30-dan İŞİD mövqelərinə hava zərbələri endirməyə başlayıb.
Sorğu
Yeni dizaynımız necədir?