GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiya zəhərlənmə ilə bağlı yeni fərziyyələr irəli sürür

Rusiya zəhərlənmə ilə bağlı yeni fərziyyələr irəli sürür

Tarix: 19-03-2018, 11:52 Bölmə :Dünya Baxış: 425
Rusiya zəhərlənmə ilə bağlı yeni fərziyyələr irəli sürür


Britaniya və Rusiya arasında Britaniyada keçmiş rusiyalı casusun zəhərlənməsi ilə bağlı mübahisə artıb. Belə ki, Kreml 23 britaniyalı diplomatı ölkədən çıxardığını elan edib. Daha sonra isə Rusiya xarici işlər nazirliyi zəhərli maddənin mənbəyi ilə bağlı yeni fərziyyə irəli sürüb.

Rusiya xarici işlər nazirliyi Britaniyanın Sergey Skripal və qızının zəhərlənəməsində istifadə olunduğunu dediyi Noviçok maddəsinin mümkün mənbəyininin dörd ölkədən biri olduğunu bildirib. Bu siyahının ən başında Britaniya özü yer alıb. Digər üç ölkə isə Slovakiya, Çex Respublikası və İsveçdir.

Rusiyada keçirilən prezident seçkilərindən öncə Rusiya dövlət televiziyasında yayımlanan müsahibəsində xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Britaniya da daxil olmaqla hər dörd ölkənin Noviçokla bağlı “hərtərəfli araşdırma” apardığını deyib, amma bu iddialarına dair heç bir sübut təqdim etməyib.

Çexiyanın xairici işlər naziri Martin Stropniki Zaxarovanın iddialarını rədd edib və “Biz Noviçokun mənbələri ilə bağlı bu əsassız bəyanatı rədd edirik,” deyib.

Britaniyalı qanunvericilər və təhlilçilər Britaniya baş naziri Teresa Meyi Rusiya prezidenti Vladimir Putinə yaxın plutokratların Britaniyadakı aktivlərini ələ keçirməyə çağırıb.

Britaniya diplomatlarınının Rusiyadan çıxarılmasına dərhal cavab verilməsini istəyən qanunvericilər deyir ki, Rusiyanın baş nazirinin birninci müavini İqor Şuvalovun adına qeydiyyatdan keçmiş şirkətlərin sahib olduğu əmlaklar, eləcə də Chelsea futbol klubunun sahibi oliqarx Roman Abramoviçin Londonda yerləşən 150 milyon dollar dəyərindəki evi hədəf alınmalıdır.

Kremlin şənbə günü britaniyalı diplomatları ölkədən çıxaracağı gözənilirdi, çünki ondan bir neçə gün öncə Britaniya eyni sayda rusiyalı diplomatı ölkədən çıxardığını elan etmişdi. Bu həftənin ortalarında Britaniya baş naziri Putinin bir zamanlar açıq şəkildə öldürməyi vəd etdiyi casus Skripal və onun qızına qarşı əsəb-sinir sisteminə təsir göstərən maddə ilə hücumuna cavab olaraq Rusiyaya qarşı bir sıra tədbirlər açıqlayıb. London bu hücumun Kremlin göstərişi ilə həyata keçirildiyini iddia edir.

Aktivlər hədəf alınır

Britaniya rəsmiləri deyir ki, ata və qızın vəziyyəti kritiktir. Onlara ilk yardım edən polis zabiti də hələ də xəstəxanadadır, amma onun vəziyyəti stabildir.

Britaniyalı toksikoloqlar deyir ki, sui-qəsddə Noviçok maddəsindən istifadə olunub. Kreml əlinin olduğunu inkar edib və hadisə ilə bağlı fərqli iddialar irəli sürüb. Bu iddialardan biri isə odur ki, Britaniya bütün bunları uydurub.

Mey çərşənbə günü qanunvericilərə deyib ki, onun höküməti “Rusiya hökümətinin Birləşmiş Krallıq vətəndaşları və ya sakinlərinin həyatlarına təhlükə yaratmaq üçün dövlət aktivlərindən istifadə etdiklərinə dair dəlil əldə etsə onları donduracaqlar.”

Amma Moskvanın Rusiyanın neft şirkətində 20 faiz hissəsi olan British Petroleuma sanksiyalar tətbiq edəcəyinə dair narahatlıqlar da var.

Lakin Meyin geri çəkilməməsi üçün ona qarşı siyasi təzyiqlər artır. Keçmiş hüquqşünas Lord MakDonlad deyib ki, Britaniyanın ən effektiv silahı Putinlə əlaqəsi olanlara qarşı “aqressiv maliyyə strategiyasıdır.” O, Britaniyanın Sunday Times qəzətinə deyib ki, Mey höküməti maliyyə sektorunda olan rusiyalılara qarşı daha sərt kampaniya aparmalıdır.

Rusiya şübhə ilə yanaşır

Rusiya xarici işlər nazirliyinin sözçüsü Zxarova həmçinin Britaniyanın Noviçokdan istifadə edildiyinə dair iddiasına şübhə ilə yanaşıb.

“Onlar bizə nümunə vermirlərsə, Rusiyanın əlinin olduğuna dair nəticəyə necə gələ bilərlər? Məntiq baxımından onlarda bu maddədən olmamalıdır. Onlar bu cür nəticəyə gəlmək üçün həmin maddəni nə ilə müqayisə ediblər?” o sual edib.

Kreml xəbərdarlıq edib ki, əgər Britaniya Rusiyaya qarşı əlavə “düşmən” addımlar atsa, Rusiya əlavə tədbirlər görəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyadan cavab addımları: 23 diplomatı ölkədən çıxarır

    Rusiyadan cavab addımları: 23 diplomatı ölkədən ...

    17-03-2018, 19:52

  • 
  • Britaniya, Fransa və Almaniya Rusiya əleyhinə birgə bəyanatla çıxış edib

    Britaniya, Fransa və Almaniya Rusiya əleyhinə ...

    16-03-2018, 11:17

  • 
  • Stoltenberq: "NATO Rusiya ilə münasibətlərə yenidən baxacaq"

    Stoltenberq: "NATO Rusiya ilə münasibətlərə ...

    19-03-2018, 12:39

  • 
  • ​Rus biznesmenlərinin London banklarındakı hesabları yoxlanır – BRİTANİYADAN GÖZLƏNİLMƏZ ADDIM

    ​Rus biznesmenlərinin London banklarındakı ...

    15-03-2018, 16:59

  • 
  • Rusiya Londonun qərarına cavab olaraq Britaniya diplomatlarını ölkədən çıxaracaq

    Rusiya Londonun qərarına cavab olaraq Britaniya ...

    15-03-2018, 18:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu