Öncələr 1 milyon manat gəliri olan şəxs buna görə ən azı 180 min manat vergi ödəməli idi. Ancaq vergilər məcəlləsindəki dəyişikliyə görə gələn ilin yanvarın 1-dən həmin obyekt üçün cəmi 9 min manat ödəmək kifayət edəcək. “Xəzər Xəbər” yeni dəyişikliyinin üstünlüklərini araşdırıb.
Sahibkarlar artıq ticarət obyekti satarkən daha çox qazanc əldə edəcəklər. Bu Vergilər Məcəlləsinə edilən yeni dəyişikliklə mümkün olacaq.
Yanvarın 1-dən tətbiqi gözlənilən yeni qaydalara görə baza məbləği 22.5 manat götürülüb. Bakı şəhərindəki obyektlər 22.5 rəqəmini 1.2-4 bal arasındakı əmsallara vurmaqla hesablanacaq. Yəni 12 zonaya bölünən paytaxt ərazisində obyekt hansı zonaya uyğun gəlsə həmin zonanın əmsal rəqəmi də 22.5 vurularaq obyektin kvadratmetrinə görə ödəniləcək verginin həcmi müəyyən olunacaq.
Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 22.5 manat məbləği 1.5-ə, Abşeron rayonunun qəsəbə və kəndləri 1.2-ə, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhələri üçün də 1.2-ə, digər rayon və qəsəbələr, eləcə də kəndlər üçün isə 0.5-ə vurmaqla hesablanacaq. Bu dəyişiklikdən əvvəl tətbiq olunan vergi hesablaması qaydası ilə müqayisədə sahibkarlara daha çox vəsaiti özündə saxlamaq imkanı verəcək.
Yenilik həm obyekt sahiblərinə, həm də dövlətə faydalı olacaq. Obyekt sahibləri daha az vergi ödəməklə qalan məbləği bizneslərinin şaxələnməsinə yönəldəcək, belə obyektlərin satışına görə artıq dəqiq hesablama qaydası tətbiq olunduğuna görə isə dövlət büdcəsinə vergi ödəmələri sürətlə artacaq.
Sorğu
Yeni dizaynımız necədir?