Tədbirə 500-700 nəfər gəncin qatılacağı bildirilir
Müsavat Partiyasının Gənclər Təşkilatı partiya sədri İsa Qəmbərin gənclərlə görüşü ilə bağlı Bakı meriyasına müraciət edib. Görüşün martın 10-u saat 14:00-dan 17:00-dək davam etməsi nəzərdə tutulur. Müraciətdə adı çəkilən görüşün təşkili və keçirilməsi üçün ”Bakı”, “Təbriz” və ya “Dostluq” kino-teatrlarının birində icazə verilməsi xahiş edilir. Tədbirə 500-700 nəfər gəncin qatılacağı bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?